çərşənbə günü, 19 avqust 2026
     

Azərbaycanın qeyri-neft sektoru üçün yeni inkişaf mərhələsi başlayır...

Image


Bu gün ölkədə qeyri-neft sektorunun sürətli inkiaşfı kreditləşməyə olan tələbi də artırır. Real vəziyyət göstərir ki, əslində, banklar da qeyri-neft sektioruna yönəlik kreditləri artırmağı düşünür. Bunu “Moody’s” beynəlxalq reytinq agentliyi də təsdiq edir. Qurum bildirir ki, 2018-ci ildə Azərbaycan banklarının kredit portfeli 5-10 faiz artacaq. Agentliyin mütəxəssislərinin fikrincə, iqtisadi artımın bərpa olunması kreditlərə tələbatın artmasına səbəb olacaq: "Bu, əsasən, əhaliyə kreditlərin artması hesabına baş verəcək".

Xatırladaq ki, bundan əvvəl də “Moody’s Investors Service” 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı üzrə proqnozunu 1,5 faizdən 2 faizədək yaxşılaşdırıb.  Eyni zamanda agentlik 2019-cu il üçün proqnozu 3 faiz səviyyəsində saxlayıb. Qeyd olunur ki, iqtisadiyyatın artımına yüksək neft qiymətləri və qaz ixracının çoxalması da yol açacaq. Hesabata əsasən, kredit portfelinə mühüm dəstəyi ölkənin iri maliyyə aktivləri göstərir. Qeyd edək ki, bir müddət əvvəl “Moody’s” Azərbaycanın bank sistemi ilə bağlı proqnozu “mənfi”dən “sabit”ədək yüksəltmişdi. Agentlik hesab edir ki, qarşıdakı dövr ərzində Azərbaycan iqtisadi yüksəlişi daha çox qeyri-neft sektorunun hesabına əldə etməyə çalışacaq. Bu zaman kreditləşməyə olan tələbin ödənilməsində bank fəallığının yüksəlməsi gözlənir. Proseslərin qeyd olunan istiqamətdə inkişafını bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da mümkün sayır. O vurğulayır ki, prinsipcə, 2018-ci ildə bankların kredit portfelinin artacağı gözlənir və bunun üçün zəmin var: "Bu ilin əvvəlindən başlayaraq Mərkəzi Bank uçot dərəcəsini 3 dəfə azaldıb. Uçot dərəcəsi Mərkəzi Bankın banklara verdiyi kreditin faiz dərəcəsidir. Yəni banklar üçün Mərkəzi Bankın kredit vəsaitləri ucuzlaşıb və Mərkəzi Bank, qismən də olsa, həmin kreditləri banklara verir. Uçot dərəcəsi ilin əvvəlinə 15 faiz idi, indi isə 10 faizdir. Mərkəzi Bankın banklara verdiyi kreditlər artıb. Buna görə banklar da öz növbəsində kredit verməyə başlayıb". Onun sözlərinə görə, dövlət başçısının təşəbbüsü ilə aparılan bəzi iqtisadi layihələrə də vəsaitlər qoyulur: "Təbii ki, bunlar da kredit tələb edir Yəni, 2018-ci ildə bankların kredit portfelində qismən artım gözləniləndir. Amma Mərkəzi Bank banklara vəsait verməsə, ola bilər, bu artım özünü doğrultmasın". Əkrəm  Həsənov əlavə edib ki, banklar əhaliyə kreditləri yenə də bərpa etməyə çalışır: "Maliyyə Bazarlarına Nəzarət Palatasının məsuliyyətli kredit konsepsiyasına əsasən, banklar üçün əhaliyə kredit vermə çətinləşib. Amma hazırda banklar əhaliyə kredit verilməsini nisbətən bərpa etməyə başlayıb. Bunun alt səbəbi neftin qiymətinin artmasıdır. Yəni iqtisadiyyata əlavə vəsaitlər qoyulur, bu da öz növbəsində banklara, əhaliyə çatır".

Digər ekspertlər isə vurğulayır ki, bank kreditlərinin artımı qeyri-neft sektorunun inkişafını daha sürətli hala gətirəcək. Elə hökumət də bu məsələdə daim xüsusi maraqlı tərəf kimi çıxış edir. Məlumdur ki, həm qeyri-neft sektorunun inkişafı, həm də balanslı iqtisadi tərəqqinin bərqərar edilməsi bu günün iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Eyni zamanda qeyri-neft sektorunda əldə olunan uğurlar ixracata söykənən iqtisadi inkişafı daha da sürətləndirir. Bu mənada yalnız Azərbaycan hökumətinin və İqtisadiyyat Nazirliyinin deyil, eyni zamanda, beynəlxalq maliyyə institutlarının da proqnozlarında artıq qeyri-neft sektorunun inkişafı hesabına 2018-ci ildən başlayaraq iqtisadi artımın bərpa ediləcəyi qeyd edilir. Bu da artımın birbaşa qeyri-neft sektoru hesabına formalaşmasından xəbər verir.  Araşdırmalar da göstərir ki, bu gün iqtisadiyyatdakı sabitlik birbaşa qeyri-neft sektorunun inkişafı hesabına baş verir. Nəticədə, təbii ki, qeyri-neft sektorunun inkişaf etməsi Azərbaycan üçün daha dayanıqlı və balanslı inkişafın yaranmasına gətirib çıxarır. Ən azından o baxımdan ki, qeyri-neft sektorunun inkişafı həm də regionların inkişafı üçün vacibdir. Bu da daha dayanıqlı iqtisadi inkişafın əldə edilməsi ilə yanaşı, həm də iqtisadi inkişafda balansın qorunmasına şərait yaradır. Həmçinin regionlarla paytaxt arasında bir növ iqtisadi artım balansının formalaşmasına imkan verir. Təbii ki, bu həm də ölkə iqtisadiyyatının diversifikasiyası baxımından kifayət qədər vacib hesab edilir. Bütün bunların sayəsində neftdən asılılığın aradan qaldırılması və qeyri-neft sektoru hesabına iqtisadi artımın təmin olunması baş verir. Belə vəziyyətdə qeyri-neft sektoruna yönələn bank kreditlərinin miqdarının artması isə həm də əhalinin məşğulluq səviyyəsinin yüksəldəilməsi baxımından önəmli sayılır. Çünki məşğul əhalinin böyük əksəriyyəti məhz qeyri-neft sektorunda çalışır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ