çərşənbə günü, 19 avqust 2026
     

Neftin qiymətində yüksəlişlər Azərbaycana yeni manevr imkanları qazandırır...

Image


Dünya bazarlarında yenidən diqqət cəlb edən ən önəmli hadisələrdən biri neftin qiyməti ətrafında baş verənlərdir. Proseslər göstərir ki, geosiyasi proseslər, dünya iqtisadiyyatında cərəyan edən müəyyən hadisələr neftin qiymətində yeni yüksəlişə təkan verib. Bu fonda Azərbaycan neftinin də qiyməti bahalaşır. Son məlumatlara görə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar bahalaşaraq 79,38 dollar təşkil edib. Qiymətin tezliklə 80 dolları keçəcəyi şübhə doğurmur.

Ölkəmizin büdcəsində neftin qiymətinin 55 dollardan götürülməsi nəzərə alınarsa, real vəziyyət o deməkdir ki, Azərbaycan neft satışından daha çox gəlir əldə edəcək. Bu isə ölkəyə daha çox valyuta axınını təmin edir və maliyyə sahəsində ölkəmizə yeni manevr imkanları qazandırır. Digər tərəfdən belə vəziyyət manatın uzunmüddətli sabitliyini də təmin edir. Proseslər isə bunu deməyə əsas verir ki, ilin sonuna kimi Azərbaycan neft satışından daha çox gəlir əldə edəcək. Çünki ilin sonuna kimi neftin qiymətinin 100 dollarlıq həddi keçməsi belə istisna olunmur. Bunu   Beynəlxalq Enerji Agentliyinin  icraçı direktoru Fatih Birolun açıqlamaları da təsdiq edir.  O qeyd edir ki, bu ilin sonuna kimi qlobal neft bazarının kiçiləcəyinə dair narahatlıqlar var: “Artan tələbat və Venesuela kimi bəzi neft istehsalçısı ölkələrdə hasilatın səviyyəsindəki dəyişkənliklə əlaqədar ilin sonuna doğru qlobal neft bazarı kiçiləcək. Artıq bununla bağlı qəti fikir söyləmək olar. Hindistan və digər qabaqcıl neft idxalçısı ölkələr buna hazırlıqlı olmalıdır”. Venesuelanın neft istehsalının son iki ildə yarıdan çox azaldığını deyən Birol, Yaxın Şərqdəki istehsalçılar da daxil olmaqla, bəzi ölkələrin neft istehsalının aşağı düşdüyünü qeyd edib. O, daha əvvəlki şərhində isə Venesuelanın neft istehsalının azalmaqda davam edəcəyini açıqlamışdı.

Elə analitiklərin də fikrincə, Yaxın Şərqdə neft ixracındakı ləngimələr qlobal bazarda Liviya, Venesuela və İran kimi ölkələrdə də ixracda azalmalar olacağına dair narahatlıq doğurur. ABŞ və Avropa İttifaqı arasındakı gərginliyin azalması ilə neftin qiymətindəki geriləmənin azalacağını qeyd edən ekspertlər ABŞ-la Çin arasındakı “ticari savaş”ın da “qara qızıl”ın qiymətinə təsirsiz ötüşmədiyini bildirir. Həmçinin ABŞ-ın neft ehtiyatlarının son 3,5 ilin ən aşağı səviyyəsinə enməsi qlobal bazarda qiymətin artırmasına təsir edən əsas faktorlardandır. Belarus Dövlət Universitetinin eksperti Mixail Kovalyov da neftin qiymətinin artıq artan xətt üzrə inkişaf edəcəyini vurğulayır: "Bundan başqa Çin, Hindistan və digər yüksək sürətlə inkişaf etməkdə olan ölkələrin sayəsində dünya neft bazarı artmaqda davam edəcək. Neftin 65%-ni avtomobillər istehlak edir. Onların elektromobillərlə əvəz edilməsi proqramı isə neftə olan tələbin artmasının qarşısını alacaq. Artıq bu yerdə neft-kimya haqqında düşünmək vaxtıdır və bu da əməkdaşlığın bir sahəsidir. Deyirlər, daş dövrü daş bitdiyinə görə başa çatmayıb. Neft əsri də belə olacaq, amma bu, gələcək nəslin dövrünə düşəcək". Neftin qiymətinin tənzimlənməsində OPEK-in rolundan danışan M.Kovalyov qeyd edib ki, bu təşəbbüs neftin qiymətini 2016-cı ildəki 30 dollar səviyyəsindən indiki 75 dollara qədər artırmaqla öz rolunu oynayıb: "Əminəm ki, artıq ABŞ-ın şist nefti və gələcək elektromobillər kimi bugünkü təhdidlər qarşısında ənənəvi OPEK-lə əməkdaşlıq yalnız güclənəcək".

Danimarkanın və dünyanın aparıcı banklardan olan "Saxo Bank" da neft, qızıl və gümüş qiymətləri ilə bağlı bu il üçün proqnozunu açıqlayıb. Bankın strategiya və ticarət bazarları şöbəsinin rəhbəri Ole Hansen neftlə bağlı proqnozunda bildirib ki, qarşıdakı dövr ərzində neftin qiymətinin yüksək səviyyəyə qalxmasına artan tələbat və Venesuela ilə İrandan tədarükün təhlükə altında ola biləcəyi rəvac verəcək. Bankın nümayəndəsi hesab edir ki, tədricən bu təhlükələr inkişaf edən bazarlar tərəfindən tələbat artımına rəvac verəcək və bu da qiymətləri yüksəldəcək.  Bütün bunlar o deməkdir ki, hasilatçı ölkələr, o cümlədən Azərbaycan neft satışından daha çox gəlir əldə edəcək. Özü də bunlar o vaxt baş verir ki, Azərbaycan neft ixracı marşrutunu şaxələndirir. Söhbət Azərbaycan nefti üçün açılan Avrasiya neft-nəqliyyat dəhlizindən gedir. “Sarmatia” Beynəlxalq boru kəməri müəssisəsinin baş direktoru Sergey Skripka qeyd edir ki, Avrasiya neft-nəqliyyat dəhlizi Azərbaycan neftinin Avropaya tədarükü üçün ən rəqabətqabiliyyətli marşrutlardandır. Onun sözlərinə görə, Avrasiya neft-nəqliyyat dəhlizinin hələlik çatışmayan yeganə hissəsi Brodı-Plotsk neft kəməridir: “Bu layihə reallaşdırıldıqdan sonra Xəzər ölkələri neftin Avropa ölkələrinə tədarükü üçün yeni etibarlı marşrut əldə edəcək. Bu il biz layihənin texniki-iqtisadi əsaslandırılmasını həyata keçirmişik. Əsaslandırmanın nəticələri onu göstərib ki, Avropada Xəzər regionundan Azərbaycan neftinin tədarükünə maraq mövcuddur. Layihəmiz tərəfindən təklif olunan marşrut digər mövcud marşrutlara münasibətdə rəqabətqabiliyyətlidir”. Skripka vurğulayıb ki, texniki-iqtisadi əsaslandırılma çərçivəsində layihənin özünün parametrlərinin optimallaşdırılması həyata keçirilib. Nəticədə nəqlolunmanın planlaşdırılmış gücü bir qədər azaldılıb. Boru kəmərinin ilkin keçirmə gücü ildə 30 milyon ton nəzərdə tutulsa da, daha sonra bu rəqəm 20 milyon tona salınıb. Qeyd edək ki, Avrasiya neft-nəqliyyat dəhlizinin uzunluğu 377 kilometr təşkil edəcək. Onun 120 kilometri Ukrayna, 257 kilometri Polşa ərazisindən keçəcək.

Bütün bunlar isə Azərbaycanın müxtəlif istiqamətlər üzrə dünyaya daha çox neft satışını təmin edəcək.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ