çərşənbə günü, 19 avqust 2026
     

Azərbaycanın böyük nəqliyyat layihəsinə Vyetnam və Pakistan da “elçi düşdü”...

Image


Azərbaycanın iştirakı ilə realalşmaqda olan ən uğurlu layihələrdən biri qismində bu gün "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin adı xüsusi qeyd edilməkdədir. Çünki bu marşruta indidən beynəlxalq diqqət olduqca yüksəkdir və görünən odur ki, onun işə düşməsi Azərbaycana nəzərdə tutulduğundan daha çox dividend qazandıracaq.

Ən azı o baxımdan ki, "Şimal-Cənub"la kifayət qədər böyük həcmdə yüklərin daşınması gözlənir. Məsələn, məlumdur ki, təkcə Hindistan "Şimal-Cənub" dəhlizi ilə ilk mərhələdə 6 milyon ton yük daşıyacaq.

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana bildirib ki, ölkəsi "Şimal-Cənub"la növbəti illərdə daşınan yüklərin həcmini daha da artıracaq. Xatırladaq ki, Hindistan həm də "Şimal-Cənub" dəhlizinin tanıdılması məqsədilə avtoyürüş təşkil edəcək. Sanjay Rana bildirib ki, rəsmi Dehli "Şimal-Cənub" marşrutunun tanıdılması məqsədilə 2018-ci ilin may ayında Hindistandan İrana, Azərbaycana və Rusiyaya avtomobillərin böyük avtoyürüşünü təşkil edir. Avtoyürüş aprelin 28-də Hindistandan İranın Bəndər-Abbas limanına dəniz yolu ilə çatmış “Kalinga” Avtomobil İdmanı Klubuna məxsus 20 ədəd Hindistan yürüş avtomobillərindən ibarət olacaq. Bütün bunlar Hindistanın  "Şimal-Cənub" dəhlizinə yüksək marağının bariz təsdiqidir. Xatırladaq ki, Hindistan ixrac etdiyi məhsulların həcminə görə dünyada ilk beşlikdə yer alır. Bu isə Hindistanın Azərbaycan üzərindən kifayət qədər böyük yük daşıyacağını göstərir. Hindistandan başqa Azərbaycanın vacib mütəffiqlərindən olan Pakistan da "Şimal-Cənub"a qoşulmağa hazırlaşır. Asiyada Vyetnam kimi böyük ixracatçı da "Şimal-Cənub"la indi yaxından maraqlanır. Qeyd edək ki, Vyetnamın ixrac potensialı 204 milyard dollardır. Bundan 42 milyard dollar həcmində mal Avropa İttifaqı bazarlarına göndərilir.  Bu yüklərin dəniz yolu ilə göndərilməsi böyük vaxt və uzun məsafə qət etməyin hesabına başa gəlir. Gəmilər Hind okeanından, Süveyş kanalından, Aralıq dənizindən, Atlantik okeandan keçir, bundan sonra Baltik dənizinə çıxır və Sankt-Peterburqa çatır. Amma "Şimal-Cənub"dan istifadə Vyetnama həm ucuz başa gəlir, həm də vaxt baxımından böyük üstünlüklər qazandırır. Bütün bunlar "Şimal-Cənub"un beynəlxalq əhəmiyyətini daha da artırır.

Qeyd edək ki, “Şimal-Cənub” sərnişin və yük daşıyan multimodal marşrutdur. Sankt-Peterburqdan Hindistanın Mumbai limanına qədər davam edən bu marşrutun ümumi uzunluğu 7,2 min kilometrdir. Marşrut Rusiya, Azərbaycan, İran və Hindistanı birləşdirəcək. Bu dəhliz Azərbaycan üzərindən daşınan yüklərin həcmini artırmaqla yanaşı, yeni bazarlara çıxış baxımından da ölkəmiz üçün vacib əhəmiyyətə malikdir. Bu səbəbdən Azərbaycan layihənin tam şəkildə formalaşması prosesinin mümkün qədər tez başa çatmasına çalışır. Dəhlizin tam formalaşması üçün isə İranda Astara-Rəşt dəmir yolunun çəkilişinin tam başa çatması lazımdır. Artıq bu prosesə başlanıb. Xatırladaq ki, bununla bağlı olaraq İran prezidenti Həsən Ruhaninin Azərbaycana son rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə İran Respublikası ərazisində Astara-Rəşt dəmir yolunun maliyyələşdirilməsi haqqında” saziş imzalanıb. Sazişə əsasən, Azərbaycan İrana 500 milyon dollar həcmində kredit ayırıb. Qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolunun qısa müddətdə başa çatdırılaraq istifadəyə verilməsi Azərbaycanın dünya iqtisadiyyatına fəal inteqrasiya olunmasına, tranzit ölkə kimi böyük səmərə əldə etməsinə səbəb olacaq. Astara-Rəşt dəmir yolunun tikilib istifadəyə verilməsi “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam güclə vahid bir dəmiryol şəbəkəsi sistemində fəaliyyətinə gətirib çıxaracaq.  Ən əsası, Astara-Rəşt dəmir yolu işə düşdükdən sonra ölkəmizin Fars körfəzinə, Oman dənizinə, Hind okeanına, Afrika ölkələrinə çıxışı asanlaşacaq, Rusiya və Mərkəzi Avropa ölkələri ilə əməkdaşlıq imkanları artacaq. Tranzit bir ölkə kimi isə, böyük iqtisadi səmərə ilə yanaşı, həm də böyük siyasi dividendlər əldə etməsilə ölkəmizin regionda aparıcı rolu yüksələcək. Bu dəmir yolunun istifadəyə verilməsi ölkəmizin iqtisadi inkişafına, iqtisadiyyatın diversifikasiyasına, ixrac imkanlarının artırılmasına səbəb olacaq və bütünlükdə ona bölgədə iqtisadi, siyasi əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə daxil olmağa imkan verəcək. Bütün bunlardan Ermənistanın işğal siyasətinə görə kənarda qalması isə adıçəkilən ölkənin daha da zəifləməsinə rəvac verməklə yanaşı, Azərbaycanın onun üzərində üstünlüyünü xeyli artıracaq. 

Dəmir yolu ilə yanaşı, Rusiya-Azərbaycan-İran “Şimal-Cənub” elektrik enerjisi dəhlizinin yaradılmasına da indi xüsusi maraq göstərir. Bu dəhlizin yaradılması isə bu istiqamət üzrə də Azərbaycana əlavə ixrac imkanları qazandırır.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ