çərşənbə günü, 19 avqust 2026
     

Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Müstəqillik illərində Azərbaycanın inkişaf yolunda əldə etdiyi uğurları görmək üçün onun istər bölgələrinə, istərsə də paytaxt Baki və onun rayonlarına vizual nəzər yetirmək kifayətdir.  Sanki hər addımda bu inkişafın şahidi olursan.

Ucalan müasir yaşayış kompleksləri, insanların rifahına və rahatlığına xidmət edən yaşıllıq zolaqları, salınan yollar, inşa edilən körpülər – bunların hamısı ölkədə gedən böyük abadlıq-quruculuq işlərindən, Azərbaycanın tərəqqisindən xəbər verir.  Lakin o da faktdır ki, bu inkişaf özünü son on ilin göstəricilərində daha qabarıq formada büruzə verir. Bunun da səbəbi bəllidir: Azərbaycanın müstəqilliyini əldə etdiyi ilk illərdə bu işıqlı tarixlə həmyaşıd olan Qarabağ problemi, torpaqlarımızın işğalı böyük bir qaçqınlar ordusunun Bakıya üz tutmasına gətirdi ki, bu da həmin illərdə işsizlik üzündən onsuz da regionlardan paytaxta yaşanan axını pik həddinə çatdırdı. Bu urbanizasiya prosesi isə şəhərin yüklənməsinə və beləliklə də onun inkişafının tormozlanmasına gətirdi. Son on ilin göstəriciləri isə artıq Bakının və onun rayonlarının yenidənqurma prosesini uğurla keçdiyindən xəbər verir. Bu inkişaf, Bakının hər köşəsi kimi, Suraxanı rayonundan da yan keçməyib.

Odlar Yurdunun “od ocağı” – Suraxanı…

Suraxanı rayonunun adı odla assosiasiya olunur, çünki Azərbaycan torpağının əsrlərə dayanan tarixindən xəbər verən Atəşgah məbədi məhz bu rayonun ərazisində yerləşir.  Sovet dövründə kommunist Orconikidzenin adını daşıyan rayon 1920-ci ildə yaradılsa da, tarixi yüzilliklərin öncəsinə dayanır. Bu qədimliyə ölkəmizi Odlar Yurdu kimi tanıdan “Atəşgah” məbədinin burada yerləşməsi şahidlik edir. Tarixi II-IIII əsrlərə aid edilən məbəd atəşpərəstliyin nişanəsi sayılır. Böyük İpək Yolunun üzərində yerləşən Suraxanıya Şərqdən və Qərbdən gələn karvanlar özləri ilə fərqli mədəniyyətləri də gətirirdi. XVII-XVIII əsrlərdə hindistanlı zəvvarların atəşpərəstliyin yeni odunu yandıraraq bu məbədi inşa etməsi Azərbaycanı dünyada tanıdan ilk nümunə olsa da, son deyildi. Çünki əsrlər sonra ölkəmizin ev sahibliyi etdiyi, 2015-ci ildə Azərbaycanın uğurla gerçəkləşdirdiyi ilk Avropa Oyunlarının məşəli də buradan atəş aldı və dünya buna şahidlik etdi. Bu həm də Oyunlara Bakının, eyni zamanda onun Suraxanı rayonunun  “atəşin” xeyir-duası oldu…

Çox qədim tarixə malik, Bakının 30 kilometrliyində yerləşən bu məbəd hələ ötən əsrlərdən Aleksandr Düma, Vereşşaqin, Mendeleyev, Beryozin kimi dünyaca ünlü alim və səyyahların diqqətini çəkib. Vaxtilə zərdüştilərin məbədi yerləşdiyindən dünya miqyasında buraya maraq hər zaman böyük olsa da, məbədin özü günümüzə böyük dağıntılardan keçərək çatıb.Yerli sakinlərin rəvayətinə görə, ilk dəfə Əmircan ərazisindəki Atəşgah Makedoniyalı İsgəndərin Azərbaycana yürüşü zamanı dağıdılıb. Sonradan İrandan qovulmuş atəşpərəstlər 636-cı ildə məbədi bərpa etsələr də, 7 il sonra ərəb xilafəti onu yenidən xarabaya çevirib. Sonralar atəşpərəst hind tacirləri Atəşgahı bərpa edib, orada ibadətlə məşğul olublar. Bu gün dünyanın hər yerindən, özəlliklə də atəşpərəstlər hələ də buraya ciddi maraq göstərir, məbədi ziyarətə gəlir, buranın fotolarını öz ölkəsilərinə aparmaqla isə, deyil ölkəmizin, hətta kiçik Suraxanı rayonunun da dünya çapında tanıdılmasına öz töhfələrini verirlər. Təbii, buna müstəqillik ilərinin yaratdığı şərait imkan verir. Daha əvvəllər isə hər şey fərqli idi...

Sovet Azərbaycanı ilə həmyaşıd olan Suraxanı rayonu ərazisində vaxtilə zərdüştilərin yaşadığı, Atəşgah məbədinin məhz o zamanlardan qaldığı barədə miflər, tam da olmasa, qismən sovet dönəmində dağıdıldı. Burada yalnız yeraltı qaz yataqlarından xam qazın fasiləsiz olaraq sızması nəticəsində sönməz alovun olması versiyasının hər cür dini təriqəti rədd edən kosmopolit sovet ideologiyası ilə paralel şəkildə beyinlərə yeridilməsi bu unikal təbiət hadisəsini dəyərsiz və görünməz etmişdi. Üstəlik, ötən 70 il ərzində sovet təbliğatına üzdən dözümlülük göstərsə də, Bakı kəndlərinin aborigen əhalisi İslama sadıq olduğundan, burada nə zamansa atəşpərəstlərin yaşadığını qəbul etmirdi. O üzdən də əslində ciddi tarixi əhəmiyyəti olan, eyni zamanda turist marağını çəkə bilməsi yönümündən əhəmiyyət daşıyan Atəşgah on illərlə nəzərlərdən kənarda qalmış, gözdən uzaq dağılmış bir məkana çevrilmişdi.  Bu vəziyyət Azərbaycan müstəqiliyini qazanıb dünya ölkələri sırasında yerini tutmaq kursu götürənə kimi davam etdi. Bu kursun götürülməsilə, bir çox sahələrlə yanaşı, ölkənin qeyri-maddi mədəni irsi olaraq, Atəşgah da öz dəyərini geri qazandı və YUNESKO-nun müvafiq siyahısına daxil edildi.

Müasir rayonun bu günü...

Bu gün Suraxanı rayonu özünün tarixində ən abad dövrünü yaşayır. Ölkə başçısının rayona tez-tez baş tutan hər gəlişi isə bu inkişafın yeni nüansından – hansısa məktəbin, tibb ocağının, parkın... istifadəyə verilməsindən xəbər verir ki, bütün bunlar da ölkədəki abadlıq-quruculuq işlərinin Suraxanı rayonundan da yan keçmədiyinin parlaq göstəricisidir.

Son illərdə rayonun sosial-iqtisadi inkişaf göstəricilərinə ötəri nəzər yetirmək kifayətdir ki, bu inkişafın hansı masştabda getdiyinin şahidi olasan. Elə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov da deyir ki, son illər ərzində Prezident İlham Əliyev tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü islahatlar, ölkəmizin bütün regionlarında olduğu kimi, Suraxanı rayonunda da iqtisadiyyatın sürətli inkişafını, insanların yaşayış şəraitinin yaxşılaşmasını, yoxsulluğun və işsizliyin azaldılmasını təmin edib: “2017-ci ildə rayonda əvvəlki ilə nisbətən sənaye məhsulunun istehsalı 145 faiz, əsas kapitala yönəldilən investisiyalar 211 faiz, kənd təsərrüfatı 163 faiz, pərakəndə ticarət dövriyyəsi 224 faiz təşkil etmiş, nəqliyyat xidmətləri 3 dəfə artıb, orta aylıq əməkhaqqı 611 manat olub, əhaliyə 222 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 4840 yeni daimi iş yeri açılıb. Hesabat dövründə rayonda mühüm yenidənqurma layihələri reallaşdırılıb, küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 306,3 min kvadratmetr asfalt örtüyü çəkilib, 95 min kvadratmetrdən çox sahədə cari təmir işləri aparılıb. Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən, uzunluğu 2 kilometr olan avtomobil yolu, Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən, uzunluğu 12 kilometr olan yolun 3 kilometrlik hissəsi yenidən qurulub. Zığ və Hövsan qəsəbələrini birləşdirən 6,8 kilometrlik avtomobil yolu yenidən qurulur”.

Prezident İlham Əliyev öz doğum günündə rayona hansı müjdə ilə gəldi...

İcra başçısı deyib ki, rayonda vətəndaşların mənzil ehtiyacını ödəmək, müasir tələblərə cavab verən çoxmənzilli binaların tikintisini reallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Hövsan qəsəbəsinin qərb hissəsində Dövlət Neft Şirkətinin daimi istifadəsində olan 20 hektar sənaye təyinatlı torpaq Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC-nin sərəncamına verilib. Onun sözlərinə görə, həmin ərazidə 3200 mənzilli, 12 min nəfərin yaşaya biləcəyi 7-10 mərtəbəli binalardan, məktəb və iki uşaq bağçasından ibarət yaşayış kompleksinin tikintisi nəzərdə tutulub: “2003-cü ildən bəri Suraxanıda 31 dəfə səfərdə olan və rayonun inkişafına daim böyük diqqət göstərən möhtərəm Prezidentimiz cənab İlham Əliyev ötən il dekabr ayının 24-də Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə MİDA-nın ikinci layihəsi olan Hövsan yaşayış kompleksində tikiləcək ilk 7 mərtəbəli binanın təməlqoyma mərasimində iştirak edib”.

İcra başçısı hesabat dövründə rayonda görülən genişmiqyaslı abadlıq-quruculuq işlərindən də danışıb. Bildirib ki, rayon ərazisində 17,8 min poqonometr su və 832 poqonometr kanalizasiya xətti çəkilib, görülən işlər nəticəsində rayon əhalisinin 58 faizi qrafiklə, 38 faizi isə fasiləsiz su ilə təmin olunub. İlqar Abbasovun sözlərinə görə, rayonun sosial-iqtisadi inkişaf planına uyğun olaraq, Qaraçuxur qəsəbəsində yerləşən “S. Steel Company” şirkətinin qarşısındakı dairədən Əmircan qəsəbəsinin Səttar Bəhlulzadə dairəsinədək yolda və Yeni Suraxanı qəsəbəsinin Səttar Bəhlulzadə, Atamoğlan Rzayev və Xanlar Ələkbərov küçələrində qəzalı vəziyyətdə olan 2 ədəd 400 millimetr diametrli su xətti “Azərsu” ASC tərəfindən dəyişdirilib, 6820 metr uzunluğunda müxtəlif diametrli yeni xətlər çəkilərək istifadəyə verilib, Əmircan və Yeni Suraxanı qəsəbələrində 8 min nəfərin su təchizatı yaxşılaşdırılıb: “Hazırda Qaraçuxur qəsəbəsinin Etibar Bəkirli küçəsində 100-ə yaxın fərdi yaşayış evinin altından keçən qəzalı su xəttinin ləğv edilərək daha təhlükəsiz əraziyə köçürülməsi və həmin küçədə 2800 poqonometr, Bülbülə qəsəbəsinin Səttar Bəhlulzadə, Vüqar Bədəlov küçələrində 6000 poqonometr, Əmircan qəsəbəsinin Elxan Həsənov, Malik Mustafayev və Zülal Tağıyev küçələrində 5500 poqonometr yeni su şəbəkələri qurulur. Hesabat dövründə 19,2 kilometr yeni qaz kəməri çəkilib və ya əsaslı təmir olunub, 3 ədəd yüksəkgərginlikli elektrik yarımstansiyasının binasında və ətrafında təmir-abadlıq işləri aparılıb, 5 elektrik yarımstansiyasında transformatorlar daha güclüləri ilə əvəzlənib, 5360 metr kabel ?əkilib və hazırda rayon əhalisinin 100 faizi elektrik enerjisi ilə, 98 faizi isə məişət qazı ilə təmin olunur”.

Suraxanı RİH-dən maraqlı proyekt - “Bir bələdiyyə-azı bir layihə”...

Rayonda görülən quruculuq işləri kontekstində burada tətbiqinə start verilən “Bir bələdiyyə-azı bir layihə” proqramı diqqət çəkir. Xüsusilə o baxımdan ki, Azərbaycanda bələdiyyə sistemi oturuşmadığından və bu institut köhnə Mənzil Kommunal Sahələrinin (JEK) bazasında yaradıldığından, bəzən bu iki qurum arasında məsuliyyətin bir-birinin üzərinə atılması kimi xoşagəlməz hallar da yaşanır. Sözügedən proyekt isə bələdiyyələrin qarşısında konkret vəzifə qoymaqla yanaşı, onların yenidənqurma layihələri ilə çıxış etməsinə, səmərəli təkliflər verməsinə şərait yaradır. Hazırda isə həmin layihə çərçivəsində rayonun Bülbülə qəsəbəsində Şəhidlər Xiyabanı əsaslı şəkildə yenidən qurulub, Hövsanda “1941-1945” abidə kompleksi əsaslı təmir edilib, Qaraçuxur qəsəbəsində isə Ə.Mehbalıyev küçəsində “Vətən şəhidləri unudulmur” abidə kompleksində yenidənqurma işlərinə başlanıb. Görülən işlərə Vətən uğrunda canından keçmiş şəhidlərimizlə əlaqədar başlanması və bu fəaliyyətin onların xatirəsinin uca tutulması baxımından əhəmiyyətini isə əlavə şərhə ehtiyac yoxdur. Təkcə onu qeyd etmək yetər ki, ümumilikdə, rayon üzrə 19 ünvanda 63 şəhidin xatirəsini əbədiləşdirən xatirə kompleksləri əsaslı təmir olunub və ya yeniləri tikilib ki, bu da dövlətin şəhidlərə ehtiramı, onların ailələrinə böyük təsəllisi, yetişən gənc nəslə isə vətəndaşlıq çağırışıdır.

Və turizm...

Ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişaf proqramında əsas müddəalardan biri kimi nəzərdə tutduğu turizmin genişləndirilməsi də rayon rəhbərliyi qarşısında bu məsələni prioritet vəzifə kimi qoyur. Nəzərə alınsa ki, tarixi abidələrlə zəngin Suraxanı rayonunun daş yaddaşında hələ açılmamış sirlər var, onun tarixi turizm məkanı kimi bu proqramın önəmli hissəsi ola biləcəyi şübhə doğurmur. Buna şərait də var, niyyət də, dövlət dəstəyi də.

Bizlərə isə yalnız yurdumuzun çiçəklənməsi yolunda zəhmət çəkənlərə uğur arzulamaq qalır...

Samirə SƏFƏROVA

Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ