Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Yaxın tezlikdə neftin qiymətinin 100 dolları aşacağı reallaşır

Image


Dünya neft bazarında qiymətlərlə bağlı son vəziyyət bu istiqamətdə ciddi artım dinamikasının yaşandığını göstərir. Qeyd olunan fonda Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir. Artıq  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,54 dollar bahalaşaraq 76,15 dollar olub. Bu, son üç ildə ən yüksək qiymətdir.

Artım tempi indiki şəkildə davam edərsə, yaxın tezlikdə neftin qiyməti 100 dollarlıq həddi keçəcək. ABŞ-ın “USA today” nəşri də yazır ki, qiymətlər 100 dollarıq həddə çatacaq və bu prosesdə Səudiyyə Ərəbistanının gedişləri də mühüm rol oynayacaq. Qeyd olunur ki, Səudiyyə Ərəbistanı istədiyinə nail olarsa, dünya bazarında neftin qiyməti 100 dollara qədər yüksələ bilər: “Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv ölkələr 2019-cu ilin ortalarında hasilatın həcminin daha da azaldılması məsələsinə baxır. Bu isə bazarda defisit yaradır. Belə vəziyyət isə Səudiyyə Ərəbistanının xeyrinə olacaq, çünki  səhmlərini satışa (IPO)  çıxmağa hazırlaşan “Saudi Aramco” şirkətinin bu şərtlərdə səhmlərinin dəyəri artacaq. OPEK nümayəndələrindən biri “Reuters” agentliyinə bildirib ki, Səudiyyə Ərəbistanı neftin qiymətinin artmasına nail olmaq istəyir: “Ola bilər ki, bu, IPO ilə bağlıdır. Amma məsələ təkcə bundan ibarət deyil. “Saudi Aramco” şirkətinin səhmlərinin IPO-ya çıxmasından sonra da rəsmi Ər-Riyad yüksək qiymətləri saxlamaq niyyətindədir. Bu isə həm də ölkə iqtisadiyyatının dəyişməsi üçün pul vəsaitinə ehtiyacın olması ilə bağlıdır”. “USA Today” iddia edir ki, Səudiyyə Ərəbistanının planları neft bazarındakı mövcud trendlərə ciddi təsir edə bilər. Qəzet yazıb ki, neftin qiymətinin qalxmasına hasilatın azaldılması, yüksək tələbat və geosiyasi gərginlik təsir edir.

Bundan başqa, indi hasilatçı ölkələrin böyük əksəriyyəti koordinamiya olunmuş şəkildə fəaliyyət göstərirlər. Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih bu xüsusda bildirib ki, hazırda bazarda yeni təklif çoxluğu formalaşmaqdadır: “Qeyri-OPEK ölkələri 2019-cu ildə də kartellə birgə hərəkət edəcək. Hazırkı əməkdaşlıq mexanizmi hələ də nəzərdən keçirilir. Neft hasilatının azaldılmasına dair sazişin nəticələri təqdirəlayiqdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzrə neft ehtiyatları son 15 ayda ciddi şəkildə azalıb. Belə ki, ehtiyatlar 300 milyon barrel azalaraq 2,83 milyard barrelə geriləyib. Neft sektorunun isə 4-5 milyon barrel yeni tutuma ehtiyacı var”. Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol da bildirib ki, neftin qiymətinin bahalaşmasının davam etməsini gözləmək olar: “Son həftələrdə neftin qiyməti təxminən 3,5 ilin maksimumuna çatıb. Lakin buna baxmayaraq, bəzi neft istehsalçıları “qara qızıl”ı daha yüksək qiymətə satmağı arzulayır. Neftin qiymətinin bahalaşması isə öz növbəsində artan tələbatı yavaşlada bilər”. O bildirib ki, neftin qiyməti indiki ilə müqayisədə daha yüksək olacağı təqdirdə ABŞ-da şist, Braziliyada isə açıq dənizdə neft istehsalı artacaq: “Qlobal neft bazarında artan tələbata baxmayaraq, bu sektora investisiyalar hələ də azdır. Hər il köhnələn neft yataqları nəticəsində gündəlik 3 milyon barrel neft itkiyə gedir. Qlobal neft tələbatını ödəmək üçün gündəlik əlavə 1,5 milyon barrel neft istehsal etməyə ehtiyac var. Hazırda artan neft tələbatının üçdə biri Asiya qitəsində formalaşır”. Neftin qiymət artımı hasilatçı ölkələrin, o cümlədən də Azərbaycanın bu məhsulun satışından daha çox gəlir əldə etməsi deməkdir. Qiymətlər 100 dollarıq həddə çatsa, ekspertlər dövlət büdcəsinə yenidən baxılmasını belə istisna etmir. Çünki bu hədd büdcədəki indiki qiymətdən iki dəfədən artıqdır.

Amma ekspertlər qeyd edir ki, belə vəziyyətdə hökumətin neft gəlirlərindən əldə olunan vəsaiti daha çox ehtiyat kimi yığmaq ehtimalı daha yüksəkdir. Bu vəziyyət cari ildə valyuta ehtiyatlarının yenidən 50 milyard dollarıq həddi keçməsi gözlənilir. Eyni zamanda hökumət ölkəyə əlavə valyta axınını daha çox qeyri-neft sektoru hesabına əldə etməyi düşünür. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bu xüsusda bildirir: "İstehsal müəssisələri artıq ixrac bazarlarına üz tutur ki, bu istiqamətdə də prezident İlham Əliyev tərəfindən ən innovativ islahatlar həyata keçirilir. Belə ki, gömrük keçid məntəqələrində sənədləşmə prosesinin azaldılması, elektron yanaşmalar, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi qeyd olunan genişmiqyaslı islahatların tərkib hissəsidir. Biz inanırıq ki, qarşıdakı 7 il ərzində də Prezident İlham Əliyevlə ölkəmiz dünyanın ən aparıcı iqtisadi inkişaf mərkəzlərindən birinə çevriləcək, müstəqil və qüdrətli Azərbaycan iqtisadiyyatını daim qoruyub saxlayacağıq". 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ