Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər…

Image


Günü-gündən abadlaşan  Bakının gözəlliyinə biganə qala bilməyən dünya mətbuatı paytaxtımızın gözəl binalarını və memarlıq nümunələrini vəsf edərək, onu Parisin və Dubayın xələfi adlandırır.

Hər kəsi valeh edən Bakının siması günü-gündən dəyişir. Heyranedici görünüşü, müasirliyi və inkişafı ilə ölkəmizə gələn xarici qonaqları heyrətləndirir. Elə məhz bu səbəbdən də istər turizm, istərsə də iqtisadi baxımdan paytaxtımız bir çox dünya ölkələrinin diqqət mərkəzindədir.

Məlumat üçün bildirək ki, Bakı şəhərinin sosial-iqtisadi inkişafında 12 rayonun hər birinin öz payı və yeri var. Sosial-iqtisadi inkişafına görə Qaradağ rayonu hər zaman seçilir.

Mavi gözlü Xəzərin sahilində yerləşən Qaradağ rayonunun inzibati ərazi vahidi kimi yaradılmasından 95 il ötür. Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qaradağ rayonunun mərkəzi şəhər tipli Lökbatan qəsəbəsidir. Hazırda Qaradağ rayonunun ərazisi 1080 kv. km və əhalisi 123614 nəfərdir.

Qaradağ rayonu hazırda günbəgün yeniləşir, inkişaf edir, ölkə miqyasında aparılan abadlıq və quruculuq işlərinə öz layiqli töhfəsini verir.

Hazırda Qaradağ rayonunda gedən sürətli sosial-iqtasadi inkişafdan danışarkən, ilk öncə belə bir vacib məqamı da qeyd etmək lazımdır ki, ölkə başçısı İlham Əliyev hələ ötən əsrin 90-cı illərinin ortalarında Qaradağ rayonundan millət vəkili kimi fəaliyyət göstərib. Həmin illərdə Qaradağ rayonunda da çoxlu işlər görülüb.

Xatırladaq ki, sosial-iqtisadi inkişaf proqramı da Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə məhz Qaradağ rayonunda qəbul edilib və “Qaradağın sosial-iqtisadi inkişafına yardım fondu” çərçivəsində rayonda böyük həcmdə layihələr həyata keçirilib.

Qaradağ rayonunda sənaye ən dinamik inkişaf edən sahədir

Məlumat üçün bildirək ki, Azərbaycan Prezidentinin 2015-ci il 3 iyun tarixli, 1255 nömrəli Sərəncamına əsasən, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı yaradılıb. Qaradağ Sənaye Parkının bir rezidenti var, bu da "Bakı Gəmiqayırma Zavodu" MMC-dir.

Son illərdə Qaradağ rayonunda genişmiqyaslı islahatların həyata keçirilməsi, yeni müəssisələrin yaradılması nəticəsində iqtisadiyyatın aparıcı sahəsi olan sənayedə əhəmiyyətli nəticələr əldə olunub. 2017-ci ilin birinci yarısında da, əvvəlki dövrlərdə olduğu kimi, sənaye ən dinamik inkişaf edən sahə olub.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı görülən işlər, bu sahədə aparılan digər tədbirlər rayonda qeyri-neft sahələrinin və emal sənayesinin inkişafına təkan verib. Fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 2017-ci il ərzində 459,3 milyon manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə 20,1 faiz  çoxdur. Rayon üzrə fəaliyyət göstərən mədənçıxarma sənaye müəssisələri tərəfindən isə bu ilin yanvar-iyun aylarında 199,8 milyon manatlıq məhsul istehsal olunub.

Onu da bildirək ki, sənayenin inkişafında qeyri-dövlət sektorunun fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Qeyri-dövlət subyektləri tərəfindən 2017-ci ilin yanvar-iyun ayları ərzində 202,5 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu, ümumi məhsulun 44,1 faizi qədərdir.

Qaradağa yatırılan investisiyalar

Sevindirici haldır ki, Qaradağ rayonuna yatırılan investisiyanın həcmi ildən-ilə artır.Tək yerli iş adamları deyil, xarici investorlar da Qaradağ rayonuna investisiya yatırmaqda maraqlıdırlar. Açıqlanan statistik rəqəmlərə əsasən, ötən il rayon iqtisadiyyatına 150,1 milyon manatlıq investisiya qoyulub. Məlumat üçün bildirək ki, investisiyanın 27,5  faizi, yəni 41,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Qeyd etdiyimiz kimi, Qaradağ rayonuna xarici şirkətlər investisiya yatırmağa maraq göstərirlər. Qaradağ rayonu Çinin bir sıra vilayətləri ilə iqtisadi və mədəni əlaqələri genişləndirib, qarşılıqlı səfərlər və işgüzar görüşlər keçirilib, əməkdaşlığın inkişaf etdirilməsinə dair müvafiq razılaşmalar əldə edilib.

Belə ki, ötən müddət ərzində Rusiya Federasiyasının Volqoqrad, Ukrayna Respublikası Kiyev vilayətinin İrpen, Hollandiyanın Rotterdam şəhəri, Çin Xalq Respublikasının Çunçinq şəhərinin Çuzulunpo, Dalyan şəhərinin Yeni Cunpi rayonları və Şenzen şəhəri ilə, həmçinin, Koreya Respublikasının Seul şəhərinin Yonqsan rayonu ilə “Dostluq və əməkdaşlıq haqqında” Memorandum imzalanıb.

Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində 1000 hektar ərazidə, ümumi dəyəri ilkin olaraq 2 milyard manat olmaqla “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması məqsədilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və Şenjen Şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Chen Zhiyong saziş imzalayıblar.

Qaradağ rayonunda aparılan abadlıq-quruculuq işlərinin rayon sakinlərinə təsiri

Qaradağ rayonunun təhsil, səhiyyə, mədəniyyət, eləcə də idman və gənclər siyasəti sahəsində əldə etdiyi nəticələr də ürəkaçandır. Son illər dövlətimizin adıçəkilən sahələrə qayğı və diqqəti nəticəsində rayonda yeni təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa edilərək sakinlərin ixtiyarına verilib. Bundan əlavə, bir sıra obyektlərdə əsaslı təmir və bərpa işləri həyata keçirilib.

Qaradağ rayonu sakinlərinin onlar üçün yaradılan abadlıq-quruculuq işlərindən razı qaldıqları simalarından hiss olunur. Fikrət Əliyev adlı Qaradağ rayon sakini bizimlə söhbətində son illər rayonda aparılan islahatlar haqqında danışdı: “Rayon İcra Hakimiyyətinin başçısı mütəmadi olaraq rayon sakinləri ilə görüşür və onların problemlərinin həllində köməyini əsirgəmir. Rayonun bütün qəsəbələrində sürətli tikinti-quruculuq və abadlıq işləri aparılır. Bu sahədə görülən işlər rayon sakinlərinin kommunal sahədə, o cümlədən digər sosial sahələrdə mövcud olan bir sıra problemlərini artıq həll edib. Həmçinin, rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi küçələrində, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin, digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb və bu istiqamətdə işlər bu gün də uğurla davam etdirilir”.

Məlumat üçün onu da bildirək ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi 17, 27 saylı və Ələt qəsəbəsi Sülh küçəsi 1 saylı yaşayış binalarının ətrafında geniş abadlıq və yenidənqurma işləri həyata keçirilib. Görülən işlər nəticəsində rayonun Ələt qəsəbəsində 9 yaşayış binasının fasadı təmir olunaraq 5670 kv.m. suvaq-emulsiya işləri, Lökbatan qəsəbəsində isə 3 binanın fasadında 12140 kv.m. suvaq-emulsiya işləri görülüb, 2 uşaq meydançası və 14 kölgəlik quraşdırılıb. Yeni istifadəyə verilmiş abad məhəllələrə 1650 kv.m. yeni yaşıllıq sahəsi salınıb, 510 ədəd dekorativ ağac əkilib və ətrafına ümumilikdə 3880 kv.m. asfalt örtüyü salınıb.

Hazırda rayonun bir sıra qəsəbələrində mövcud olan yaşayış binalarının ətrafında abadlıq və quruculuq işləri davam etdirilməkdədir.

Məcburi köçkün və qaçqın ailələri diqqət mərkəzindədir...

Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərinin öyrənilməsi və vaxtında həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşıdırılması daim dövlətin xüsusi diqqət mərkəzindədir. Qaradağ rayonu ərazisində məskunlaşan 12 873 nəfər və ya 3 028 məcburi köçkün və qaçqın ailəsinin yaşayış və məişət şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli məsələləri də Rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir. Lökbatan qəsəbəsində məcburi köçkünlərin kompakt məskunlaşdıqları bəzi binaların dam örtükləri təmir edilib, su, kanalizasiya xətləri dəyişdirilib.

Xatırladaq ki, ötən il Qaradağ rayonunun Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkün ailələri üçün 1026 mənzilli yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib. Xüsusilə vurğulamaq lazımdır ki, Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da həmin mərasimdə iştirak edib. Ölkəmiz üçün çox vacib olan bu məsələyə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışı ilə Qaradağ rayonunda fəaliyyət göstərən özəl sektor və biznes strukturları da qoşulublar.

Qaradağ rayonunun sosial-iqtisadi inkişafından danışan millət vəkili Aydın Hüseynov bizimlə söhbətində qeyd etdi ki, adıçəkilən rayon son illər iqtisadi inkişaf baxımından inkişaf edir: “Qaradağın sosial-məişət infrastrukturu da yenidən qurulur və yaxın illərdə qaradağlıların ehtiyaclarının ödənilməsində bu, önəmli rol oynayacaq. 2007-ci ildə Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün nəzərdə tutulan 300 meqavat gücündə modul tipli Səngəçal elektrik stansiyasının, müasir Gəmiqayırma zavodunun,  Beynəlxalq Dəniz Ticarəti Limanının, Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən olan Metanol zavodunun, “Holcim-Azərbaycan”, “Norm” yeni sement, “Mətanət-A” şirkətinin yeni Ağdağ gips zavodlarının və bir sıra digər sənaye obyektlərinin  tikintisi bu sahədə atılan sanballı addımlar idi. Artıq bu layihələr öz müsbət bəhrəsini verməkdədir”.

Sonda əminliklə demək olar ki, Qaradağ rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması bundan sonra da uğurla davam etdiriləcək.

Günel CƏLİLOVA

Yazı Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ