Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Çin Azərbaycana dəmir yolu çəkmək layihəsini nəzərdən keçirməyə başlayır

Image


Yükdaşımalar sahəsində Azərbaycanın tədricən əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsi fonunda beynəlxalq miqyasda ölkəmizə diqqət getdikcə artmaqdadır. Bu xüsusda maraq doğuran başlıca məqamlardan biri dünyanın ən böyük ixracatçı ölkəsi olan Çinlə bağlıdır. Qeyd edək ki, Çinin ixrac etdiyi məhsulların bir qismi artıq Bakı-Tiflis-Qars dəmir yolu ilə daşınır.

O da məlumdur ki, yaxın perspektivdə Çin ən böyük ixracatçı statusunu daha da möhkəmləndirməyə hazırlaşır. Məhz bu şəraitdə Çinin ixrac etdiyi məhsulların bir qismini Bakı-Tiflis-Qarsla daşıması çox önəmli hadisə kimi qiymətləndirilir. Çünki bu, il ərzində Bakı-Tiflis-Qarsla təkcə Çinin milyardlarla dollar həcmində məhsul daşıması deməkdir. Amma görünən budur ki, Çin Azərbaycanın tranzit imkanları fonunda ölkəmizlə bağlı mühüm sayılan yeni addımlar atmağa da hazırlaşır. Belə ki, məlumatlara əsasən, Çin Qazaxıstanın Aktau və ya Atırau şəhərlərindən keçməklə Azərbaycana dəmir yolu xətti çəkilməsi məsələsini gözdən keçirir. Çinin Qazaxıstandakı səfiri Çjan Hanhuey ölkəsinin Mərkəzi Asiyada böyük planları olduğunu və bunların həm Pekinə, həm də Mərkəzi Asiya ölkələrinə fayda gətirəcəyini qeyd edib: “Özbəkistandan və Qazaxıstandan keçməklə Türkmənistandan Çinə çəkilmiş qaz boru kəməri Honkonqa çatıb. Bu, dünyada ən uzun qaz boru xətti və ən mürəkkəb mühəndis sistemidir. Biz bunu etdik və məhz bu, müasir İpək Yoludur”. Diplomat həmçinin əlavə edib ki, Qazaxıstandan keçməklə Mərkəzi Asiya ölkələrinə və Avropaya artıq iki dəmir yolu xətti çəkilib: “Bunun ardınca Türkmənistandan və Türkiyədən keçməklə Yaxın Şərqə, daha sonra Aktaudan və ya Atıraudan keçməklə Azərbaycana dəmir yolu xətti çəkilməsi imkanlarını öyrənəcəyik. Bundan ötrü texnologiya mövcuddur”.

Hesab edilir ki, barəsində bəhs edilən dəmir yolu xətti çəkilsə, Çin Azərbaycan üzərindən daha çox yük daşıyacaq. Eyni zamanda Mərkəzi Asiya ölkələrindən də Azərbaycan vasitəsilə Avropa istiqamətində daha çox yük daşınması gözlənir. Bunu Qazaxıstanın “KTZ Express” Səhmdar Cəmiyyətinin vitse-prezidenti Sanjar Yelyubayev də təsdiqləyir. O, tranzit-nəqliyyat potensialının reallaşdırılması və “Transxəzər” beynəlxalq nəqliyyat marşrutunun inkişafı çərçivəsində aparılan islahatlar barədə danışarkən Kurık limanı vasitəsilə 26 milyon ton yükdaşımaların həyata keçirilməsinin mümkün olduğunu bildirib. “Tərəfdaşlarımız olan “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə daşıma sistemi texnologiyası, demək olar ki, tam şəkildə hazırlanıb”. Qazaxıstanın yeni pilot layihəyə keçdiyini qeyd edən Sanjar Yelyubayev bərələrdən deyil, konteynerləri daşıyan gəmilərdən istifadə olunacağını deyib. O vurğulayıb ki, cari ildə Çindən Qazaxıstan ərazisindən keçməklə Azərbaycana, oradan da Avropaya tranzit yüklərin daşınmasının ikiqat artacağı gözlənir: “Transxəzər” Beynəlxalq Nəqliyyat Marşrutu ilə müxtəlif istiqamətlərdə bir milyon tonadək yük daşınması qarşıda duran başlıca vəzifələrdən biridir”. Bütün bunlar Azərbaycan üzərindən daşınan yüklərin həcmində əhəmiyyətli artım deməkdir.

Bundan başqa, “Şimal-Cənub” layihəsi çərçəivsində də Azərbaycan üzərindən daşınan yüklərin miqdarında ciddi artım gözlənir. Artıq bu layihənin önəmli hissələrindən biri olan Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsinin ilk fazası və terminalın açılışı da baş tutub.  Layihənin açılış mərasimində Gilan əyalətinin başçısı Mustafa Salari bildirib ki, Astara-Astara dəmir yolu Azərbaycan və İran arasında ticari, mədəni və siyasi əlaqələri daha da genişləndirəcək: “Astara-Astara dəmir yolu xətti Azərbaycan və İran prezidentlərinin razılığı və iki ölkənin dəmir yolları idarəsi işçilərinin zəhməti ilə ərsəyə gəlib. Azərbaycan Rəşt-Astara dəmir yolu xəttinin tikinti xərclərinin 50 faizini təmin edəcək”. Salari onu da bildirib ki, Astara-Astara dəmir yolunun Avropa ölkələrinə birləşməsi regionda böyük dəyişikliyə səbəb olacaq: “Nəqliyyatla yanaşı, məhsulların ixrac və idxalı,  qablaşdırılması, paylanması və logistika sahəsində də yeni iş yerlərinin  yaradılmasına səbəb olacaq. Rəşt-Astara dəmir yolunun tikintisinin marağındayıq və bu işə ciddi nəzarət edərək tez bir zamanda başa çatdırmağa çalışacağıq”.

Bundan başqa o da məlumdur ki, Azərbaycan İranın Gilan əyalətində Astara dəmir yolu yük stansiyasının yenidən qurulmasına 60 milyon dollar investisiya qoyacaq.  "İran Dəmir Yolları"nın İstismar və beynəlxalq yük daşımaları üzrə vitse-prezidenti Hüseyn Aşuri bildirib ki, Astara dəmir yolu yük stansiyası 15 illik Azərbaycanın istismarına verilib.  Bütün bunlar Azərbaycan üzərindən daha çox İran yüklərinin daşınması anlamına gəlir. Rəşt-Astara  dəmir yolu xətti işə düşdükdən sonra isə yüklərin həcmi daha da artacaq. İran Dəmir Yolları İdarəsinin rəhbəri Səid Məhəmmədzadə bildirib ki, proqnozlara görə, Rəşt-Astara dəmir yolu xətti istifadəyə veriləndən sonra 2 milyon ton yükün daşınması mümkün olacaq: "Əlbəttə, ehtimal olunur ki, bu dəmir yolu xətti ilə daşınacaq yükün həcmi daha da çox olsun. Azərbaycan Respublikası ilə əldə etdiyimiz razılığa əsasən, bu layihəyə İran və Azərbaycan birgə sərmayə yatıracaq. Qanuni və hüquqi aspektlərlə bağlı razılıq əldə olunub. Ümid edirik ki, layihənin icrası ilə Xəzər dənizinin qərbində  “Şimal-Cənub” dəmir yolu xətti Azərbaycan, Gürcüstan, Ukrayna və Avropaya birləşəcək".

NAHİD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ