çərşənbə axşamı günü, 07 iyul 2026
     

Bakıda IV Beynəlxalq “Caspian Energy Forum-2017” keçirilib - YENİLƏNDİ

Image


Aprelin 12-də Bakıda IV Beynəlxalq “Caspian Energy Forum–2017” keçirilib. Forum Azərbaycan Respublikası hökumətinin və “Caspian European Club”-un (Caspian Business Club) dəstəyi ilə təşkil edilib.

Baki-xeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev tədbirin keçirilməsində əsas məqsədin biznes-dövlət ünsiyyətinin daha da möhkəmləndirilməsinə dəstək olduğunu deyib. “Bundan əvvəlki üç forum da Bakıda təşkil olunmuşdu. Ümid edirik ki, bu forum da uğurlu olacaq”, - deyə T.Əliyev bildirib.

T.Əliyev qeyd edib ki, növbəti V Beynəlxalq “Caspian Energy Forum-2018” dekabr ayında Çexiyanın paytaxtı Praqa şəhərində təşkil olunacaq. Həmçinin bu ilin sentyabr ayında Bakı şəhərində Birinci Beynəlxalq Caspian-American Forum keçiriləcək.

Forumun açılış mərasimində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin “Caspian Energy Forum -2017”nin iştirakçılarına videomüraciəti səsləndirilib. Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçin müraciətini isə Xorvatiyanın Azərbaycandakı səfiri Drajen Hrastiç səsləndirib.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin videomüraciətində bildirilib ki, Azərbaycan qazı 2020-ci ilə qədər Avropaya çatdırılacaq və beləliklə, Avropa İttifaqı öz enerji resurslarını diversifikasiya edəcək. “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji birliyinin həyati əhəmiyyətli elementidir. “Cənub Qaz Dəhlizi” üzrə bütün müqavilələr artıq imzalanıb və tikinti işləri bütün layihə məntəqələrində aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər cəhətdən bu layihəni dəstəkləyir və bu prosesdə şəxsən iştirak edir.

Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçin müraciətində qeyd edilib ki, Avropa İttifaqı qaz tədarükünün şaxələndirilməsi ilə bağlı bir çox işlər görüb. Bununla belə, Avropa İttifaqının müəyyən nailiyyətlərinə baxmayaraq, bu məsələdə zəif məqamlar qalır. Energetika sahəsində əməkdaşlığın genişləndirilməsi Avropaya özünü daha müdafiə olunmuş və rəqabətqabiliyyətli hiss etməyə imkan verəcək. Bu məqsədlərə çatmaq üçün Avropa Xəzər regionu ölkələri ilə daha sıx əməkdaşlıq etməyə başlayıb.

K.Qrabar-Kitaroviç müraciətində əlavə edib ki, Xorvatiya Azərbaycanda energetika sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədir. Bu, təkcə Xorvatiya üçün deyil, qonşu ölkələr üçün də böyük əhəmiyyət daşıyır.

Sonra forum öz işini sessiyalarla davam etdirib.

İlk sessiyada “Biznesin stimullaşdırılması - dövlәt siyasәtinin prioriteti”, “Dünya bazarlarının böhran şəraitində inkişaf perspektivləri”, “Azәrbaycan Respublikasının iqtisadiyyatının islahatlaşmasında Dövlәt Gömrük Komitəsinin rolu”, “Dövlәt müəssisələrinin səhmləşdirilməsinin perspektivləri, iqtisadiyyatda islahatların aparılması”, “Keyfiyyәtli infrastrukturun inkişafı – rəqabətədavamlı ixracyönümlü məhsul istehsalının əsas aspekti”, “İxracın təşviqi istiqamətində görülən işlər və yaratdığı imkanlar” mövzuları müzakirə olunub.

“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin moderatorluğu ilə keçirilən birinci sessiyada Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, ötən il gömrük tarixində ciddi islahatlar və şəffaflığın təmin olunması ilə yadda qalıb. Görülən işlərə elektron bəyannaməyə keçid, yaşıl dəhlizin tətbiqi və sair işlər daxildir. Azərbaycanda gömrük xidməti aprel ayından pilot layihə olaraq, may ayının əvvəllərindən isə bütünlüklə elektron xidmətə keçib: “10 təşkilat artıq bizim təşəbbüslə yaşıl dəhlizdən istifadə edə bilir. Bundan əlavə, spesifik rüsumların tətbiqinə başlamışıq. Məqsəd aqrar məhsulları və tikinti materiallarını qorumaq, istehsalı inkişaf etdirməkdir”, - deyə komitə sədri vurğulayıb.

A.Əliyev qeyd edib ki, dünya iqtisadiyyatında baş verən iqtisadi böhranın Azərbaycana təsirlərini minimuma endirmək üçün Prezident İlham Əliyevin tapşırığı ilə islahatlar davamlı xarakter alıb. Gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən bir sıra mühüm fərman və sərəncamlar imzalanıb.

DGK sədrinin sözlərinə görə, Azərbaycanda meyvə-tərəvəzin ixracı ötən ilin müvafiq dövrünə nisbətən 73 faiz artıb, idxal isə 17 faiz azalıb. Artıq sərhəd-keçid məntəqələrində və hava limanlarında “Tax free” sisteminin tətbiqinə başlanılıb. Ölkəni tərk edən turistlər sərbəst şəkildə qəbzlərini təqdim edib pullarını geri ala bilirlər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, Azərbaycanın 940 milli standartının 45 faizi beynəlxalq standartlara uyğunlaşdırılıb. “Texniki tənzimləmə haqqında” qanun hələ qəbul olunmadığı üçün standartlar məcburidir.

İxrac potensialının gücləndirilməsi barədə danışan R.Həsənovun sözlərinə görə, ixracın təmin edilməsi üçün məhsul və istehsal sahələri olmalıdır. Bunun üçün dövlət tərəfindən böyük işlər görülüb və görülməkdədir: infrastruktur baxımından yollar və elektrik şəbəkələri təmin olunub. İş adamları bu infrastrukturdan yararlanmalı, öz məhsullarını xarici bazarlara ixrac etməyə çalışmalıdırlar. İkinci vacib məsələ istehsal edilən məhsulların ixrac olunduğu ölkələrin normativ sənədlərinə uyğunluğudur. Komitə tərəfindən bununla bağlı böyük islahatlar aparılır. 2008-ci ildə Avropa İttifaqı ilə “Tvinninq” layihəsi həyata keçirilib və avropalı ekspertlərin köməyi ilə “Standartlaşma haqqında” qanun hazırlanıb.

Keyfiyyət infrastrukturunun inkişafına toxunan R.Həsənov qeyd edib ki, metrologiya sahəsində ölçmələr düzgün olmazsa, məhsulun təhlükəsizliyindən söhbət gedə bilməz. “Bu sahədə də Avropa İttifaqı ilə “Tvinninq” layihəsi həyata keçirilib. Milli etalon bazası yaradılıb və bu iş davam etdirilir. Azərbaycan metrologiya sahəsində müvafiq beynəlxalq təşkilatlara qəbul olunub. Bu da bizim ölçmələrin tanınmasına xidmət edir. Ölçmələrin tanınması isə məhsulun ixracına birbaşa olmasa da dolayısı ilə təkan verir”, - deyə komitə sədri vurğulayıb.

Keyfiyyət infrastrukturunun digər vacib atributunun akkreditasiya sistemi olduğunu bildirən R.Həsənov deyib: “Bizim akkreditasiya olunmuş laboratoriyaların verdiyi sənədlər bir çox ölkədə tanınmır. Bununla bağlı 2017-ci ildə yenidən Avropa İttifaqı ilə “Tvinninq” layihəsi nəzərdə tutulub. Məqsəd bizim Akkreditasiya Xidmətinin və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, eyni zamanda, Akkreditasiya Xidmətinin işinin beynəlxalq miqyasda tanınmasından ibarətdir”.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi Rusiyada yaradılıb. Növbəti nümayəndəlik isə Birləşmiş Ərəb Əmirliyi və Çində yaradılacaq. Nümayəndəliklərin yaradılmasında məqsəd Azərbaycanın investisiya potensialını bu ölkələrdə tanıtmaq, əcnəbi iş adamlarını Azərbaycana dəvət etmək, sahibkarlarımızın xarici ölkələrdəki maraqlarını qorumaqdır. Bundan başqa, son zamanlar Azərbaycan xarici ölkələrdə ticarət evləri də yaradır. Artıq Belarusda belə bir ticarət evi açılıb, Rusiya və Ukraynada ticarət evlərinin açılması ilə bağlı işlər aparılır.

S.Babayevin sözlərinə görə, qeyri-neft sektorunun dinamik inkişafı, iqtisadiyyatın şaxələndirilməsi üçün müəyyən işlər görülüb. Bu günədək 1,2 milyard manat dəyərində 121 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq ixracatçılara geri ödəmə sisteminin tətbiqinə başlanılıb və 5 ay ərzində sahibkarlara 750 min manat həcmində dövlət dəstəyi göstərilib.

Nazir müavini qeyd edib ki, ötən rüb ərzində Azərbaycanın ixracı 50 faiz, o cümlədən qeyri-neft məhsullarının ixracı 32,5 faiz, kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz, sənaye məhsullarının ixracı isə 25 faiz artıb.

“İxracatçılara dəstək vermək, onların problemlərinin həllinə kömək göstərmək məqsədilə ixracatçılar klubu yaradılıb. Həmçinin “Azexport” portalı yaradılıb və sahibkarlar burada öz məhsullarını dünya alıcılarına təqdim edə bilirlər. Bunun nəticəsi olaraq, bu ilin birinci rübündə ixracatçıların sayı 20 faiz artıb”, - deyə S.Babayev vurğulayıb.

“Azərsun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan şirkətin ixracatla bağlı dövlətin dəstəyini daim hiss etməsindən və yerli istehsalatın böyüdülməsi, qida təhlükəsizliyinin təmin olunması, sağlam rəqabət haqda danışıb.

“SOCAR Polymer” şirkətinin baş maliyyə analitiki Babək Beydullayev bildirib ki, “SOCAR GPC” layihəsinin (qaz emalı və qaz-kimya zavodları kompleksi) 2022-ci ilin birinci rübündə istismara verilməsi nəzərdə tutulur. Layihənin maliyyələşdirilməsi üçün müxtəlif maliyyə institutları ilə danışıqlar aparılır. Bir sıra imkanlar nəzərdən keçirilib. Layihə çərçivəsində maliyyə sazişi 2017-ci ilin sonu və ya 2018-ci ilin əvvəlində imzalanacaq.

B.Beydullayevin sözlərinə görə, layihənin ümumi dəyəri 4 milyard dollar təşkil edir. Kompleksdə istehsal edilən məhsulların 50 faizi Türkiyəyə ixrac olunacaq. Bununla yanaşı, Yaxın Şərq, Çin və bəzi Avropa ölkələri də potensial bazar kimi qiymətləndirilir.

Daha sonra Veysəloğlu Şirkətlər Qrupunun prezidenti Aydın Talibov, “Polymart” MMC-nin idarə heyətinin sədri Rəşad Məmmədov təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat veriblər, görüləcək işlər barədə danışıblar.

"Əsas layihələr. Xəzər regionu dövlətlərinin enerji sektorunun investisiya cazibədarlığı" mövzusunda keçirilən ikinci sessiyaya moderatorluq edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycan bu gün regionda qlobal sarsıntılara, maliyyə böhranlarına, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq cəsarətli addımlar atır. Dünyada baş verən qlobal maliyyə böhranı, qlobal risklərin artması göstərdi ki, dövlətlər arasında əməkdaşlıq güclənməlidir, iqtisadi münasibətlər təkmilləşməlidir. Bugünkü forumda qaldırılan məsələlər insanların qarşıya qoyduğu vəzifələrin həllinə yönəlib. Bu kimi forumların əhəmiyyəti hər birimiz üçün böyükdür. Regional və transmilli layihələrdə, irimiqyaslı strateji proqramlarda Azərbaycanın iştirakı, Qədim İpək Yolunun bərpası ilə bağlı həyata keçirilən tədbirlər, sahibkarlığın inkişafı və Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması ilə əlaqədar görülən işlər ölkəmizin qüdrətini və imkanlarımızın böyük olduğunu göstərir.

Sessiyada çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, Azərbaycan əhalisinin 78 faizinin internet istifadəçisidir, bunun 72 faizi genişzolaqlı internetin payına düşür. Ölkəmiz mobil telefon istifadəçilərinin əhatə dairəsinə görə də dünya üzrə irəlidə gedən ölkələrdəndir və 100 faizdən artıq əhatə dairəsinə malik olan ölkələr sırasındadır. Nazir müavini bildirib ki, biznes sahəsində informatika texnologiyalarının verdiyi imkanlardan daha geniş istifadə olunması üçün Azərbaycanda xüsusi işçi qrupunun yaradılması nəzərdə tutulub. Kiçik və orta sahibkarlar İKT imkanlarından öz inkişafları üçün istifadə edərək potensiallarını bir qədər də artırmalıdırlar. “Ölkəmizdə qarşıya qoyulan məqsəd bundan ibarətdir ki, İKT sektoru ildən-ilə güclənməlidir və ixrac potensialı artırılmalıdır. Bu, ölkə daxilində tələbatı ödəməklə yanaşı, Azərbaycan brendi olan məhsulların xaricə çıxışını təmin etməlidir",- deyə Elmir Vəlizadə qeyd edib.

Azərbaycan şirkətlərinin bir neçə gündən sonra İKT sahəsi üzrə Belarusda keçirilən sərgiyə qatılacaqlarını deyən nazir müavini diqqətə çatdırıb ki, yaxın vaxtlarda Moskvada da İKT sahəsində keçiriləcək sərginin tarixində ilk dəfə olaraq Azərbaycan tərəfdaş ölkə statusunda milli pavilyonla iştirak edəcək. “Pavilyonda ölkəmizin özəl şirkətləri də İKT üzrə məhsullarını nümayiş etdirəcəklər. Bütün bunlar göstərir ki, biz beynəlxalq əməkdaşlığa açığıq”, - deyə Elmir Vəlizadə bildirib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müavini Cəmil Məlikov deyib ki, Azərbaycanda ildə orta hesabla 20 milyard kilovatt-saat enerji istehsal olunur və bu enerji istehsalçılar tərəfindən istifadə edilir. Bu enerjinin istehsalı üçün isə təqribən 6 milyard kubmetr qaz sərf olunur. "Biz küləyin, günəşin, çayların hesabına alternativ enerji - istlik enerjimizi əldə elədikcə, qaz sərfiyyatına qənaət edirik və Azərbaycanın qaz istifadəsinin səmərəliyini artıraraq, ölkənin qaz ixrac potensialını artırırıq”, - deyə C.Məlikov bildirib.

Dövlət agentliyinin qarşısında duran əsas vəzifələrdən birinin Azərbaycanın bərpa olunan enerji mənbələrindən səmərəli istifadə etmək olduğunu deyən Cəmil Məlikov bildirib ki, agentliyin əsas fəaliyyətlərindən biri Azərbaycanın ixrac potensialının artırılmasıdır. Bu amillər agentliyi alternativ enerjı istiqamətində daha böyük işlər görməyə, böyük elektrik stansiyalarının yaradılmasına, beynəlxalq qurumlarla texniki-iqtisadi əsaslandırmaların hazırlanmasını həyata keçirməyə sövq edir.

Qeyd olunub ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi energetika sahəsində Çin Xalq Respublikası ilə memorandum hazırlayıb. Bundan başqa, Asiya İnkişaf Bankı tərəfindən həyata keçirilən "Bərpa Olunan Enerji Ehtiyatlarının İnkişafı" layihəsi Azərbaycanda bərpaolunan enerjinin inkişaf etdirilməsi sahəsində Oğuz, Ağcabədi və Samux rayonlarının enerji təchizatının effektivliyinin artırılmasına yönəldilib.

Forumda çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankının Rusiya, Mərkəzi Asiya və Qafqazda enerji üzrə direktoru Aida Sitdikova qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanla tərəfdaşlıq edir. Bu layihə Avropa Komissiyası tərəfindən dəstəklənir. “Azərbaycan çox vacib tərəfdaşdır və onun enerji baxımından çox böyük potensialı var. Bilirik ki, qaz vacib enerji növüdür və alternativ enerjiyə keçiddir. Azərbaycanla əməkdaşlığımız erkən mərhələdədir. Biz Gürcüstan və Qazaxıstanda layihələr reallaşdırırıq, Azərbaycanda da belə layihələrə başlamaq istəyirik", - deyə Aida Sitdikova bildirib.

"Şahdəniz" layihəsi barədə danışan Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmira Rzayeva xatırladıb ki, layihə üzrə 25 illik müqavilə bağlanıb, Azərbaycan 9 Avropa şirkətinə qaz satışını həyata keçirəcək. "Yunanıstan, İtaliya və Bolqarıstana satılacaq mavi yanacağın payı bu ölkələrdə xeyli böyükdür. Azərbaycanın sözügedən layihədə ümumi payı 14 milyard dollar təşkil edir. Onun 6.5 milyard dolları artıq ayrılıb, 5,6 milyard dolları isə 2019-cu ilədək maliyyələşdiriləcək. Azərbaycan tərəfi öz maliyyə öhdəliyini vaxtında yerinə yetirir. Ümumilikdə isə, layihənin maliyyələşdirilməsi ilə bağlı heç bir problem olmayacaq", - deyə Gülmirə Rzayeva əlavə edib.

"Zenith Energy Ltd." şirkətinin prezidenti və baş icraçı direktoru Andrea Kattaneo "İpək Yoluna Çinin baxışı" mövzusunda məruzə ilə çıxış edib, Azərbaycanın bu layihədə iştirakını xüsusi qeyd edib.

"R.İ.S.K Company"nin baş direktoru Cabir Cümşüdov və SİNAM şirkətinin prezidenti Elçin Əliyev təmsil etdikləri qurumların fəaliyyətindən danışıb, bugünkü forumun ölkə iqtisadiyyatına verəcəyi töhfələrdən söz açıblar.

Forum çərçivəsində “Caspian Energy Award Baku – 2017” mükafatı ilin qalibləri olan şirkətlərə təqdim olunub.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

06.07.2026 / 23:42
Tsarukyanın özünü damladılar, malikanəsində saxladığı üç şir və bir pələngi də müsadirə etdilər...

06.07.2026 / 23:26
FIFA amerikalı futbolçunun cəzasını Trampın istəyi ilə ləğv etdi - Dünya Çempionatında “qırmızı kart” qalmaqalı...

06.07.2026 / 23:06
"Çiçəklənən Ermənistan"ın sədri Tsarukyan saxlanıldı - 22 milyon dollarlıq fırıldaqçılıq...

06.07.2026 / 22:43
Ermənistanın 5 müxalif partiyası Azərbaycanla sülh sazişi üzərinə açıq yürüşə başladılar - “olmaz”...

06.07.2026 / 22:23
Birlik Karate Klubunun idmançısı Aslan Ercan kəmər və sertifikatla təltif edildi… - FOTO

06.07.2026 / 22:10
4 NATO ölkəsi yeni müdafiə mexanizmi yaradır

06.07.2026 / 21:58
Tramp NATO Zirvəsində Rusiya-Ukrayna savaşına son verəcək

06.07.2026 / 21:45
Mingəçevir Dövlət Universiteti “Cybersign” MMC ilə əməkdaşlığa başladı

06.07.2026 / 21:45
Ermənistan Azərbaycanla Türkiyənin elektrik şəbəkəsinə qoşulmaq istəyir...

06.07.2026 / 21:43
Səfir Karlovun qətli də FETÖ əməli imiş?..

06.07.2026 / 21:38
NATO nümayəndə heyəti Anıtqəbiri ziyarət etdi

06.07.2026 / 21:22
Vətəndaşlara bütün xidmətlərin rəqəmsallaşması kursu özü ilə risklər də gətirir...

06.07.2026 / 21:21
Avstraliya baş naziri yersiz sualı cavablamaqla özünü çətinə saldı

06.07.2026 / 21:05
Avropanın daha bir dövləti Azərbaycanın Orta Dəhliz layihəsinə qoşulur...

06.07.2026 / 20:46
Tramp Prezident İlham Əliyevi G20 zirvəsinə dəvət etdi…

06.07.2026 / 20:35
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” adlı layihəyə start verdi

06.07.2026 / 20:30
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası hesabat verdi… - FOTO

06.07.2026 / 19:41
Şirvanda çətənə yetişdirən şəxs saxlandı

06.07.2026 / 19:25
Ermənistan məhsullarının Avropaya çatdlrılmasında ağır problemlər yarandı...

06.07.2026 / 18:51
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO

06.07.2026 / 18:43
Rusiyanın Ukrayna dronlarını niyə vura bilmədiyi ortaya çıxdı – işin arxasından ABŞ kəşfiyyatı çıxır...

06.07.2026 / 18:28
Ukrayna müharibəsinin əsil mahiyyətini gizlətmək üçün Rusiyadan yeni ideya...

06.07.2026 / 18:21
Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiqlədi

06.07.2026 / 18:03
İsrailin NATO-nu Türkiyəyə qarşı qaldırmaq planı...

06.07.2026 / 17:45
Naxçıvana uçuşlar təxirə salındı...

06.07.2026 / 17:39
Göyçə gölü ətrafında Alban məbədləri

06.07.2026 / 17:26
Demokrat və respublikaçı sabiq prezidentlər Trampa qarşı birləşdi - Hakimiyyət ömrünü uzatmaq eyhamı...

06.07.2026 / 17:09
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 30 vaqon propan göndərdi

06.07.2026 / 17:07
Rəqəmsal transformasiya: Azərbaycanın yeni texnoloji inkişaf modeli

06.07.2026 / 16:35
Şirvanda 34 min manatlıq naqil oğurladılar...

06.07.2026 / 16:26
Rusiya səfiri XİN-ə çağırıldı - Bakı Moskvaya nota verdi...

06.07.2026 / 16:22
Görkəmli ictimai-siyasi xadim, vətənpərvər şəxsiyyət - Sabit Abbasəliyev...

06.07.2026 / 16:19
İsrail ABŞ-İran razılaşmasının pozulacağını gözləyir - dərhal zərbə vuracaq...

06.07.2026 / 15:55
NATO ilə Rusiyanin arasında "Şərq qalxanı" qurulur...

06.07.2026 / 15:37
Paşinyan Konstitusiya günündə Azərbaycanın əsas tələbindən danışdı...

06.07.2026 / 15:36
“Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik təsdiqləndi

06.07.2026 / 15:22
Azərbaycanda bir ildə uşaq doğumu 10 min nəfər azaldı...

06.07.2026 / 15:08
Ermənistan Rusiya qazını Avropa qiymətinə alacaq...

06.07.2026 / 14:53
ABŞ Zelenskiyə xəbərdarlıq etdi - Hücumu dayandırıb, müdafiəyə keçin...

06.07.2026 / 14:26
Ozəl bağçalara dövlətdən pul hansı meyarlarla ayrılır... Şəffaflığa şübhələr var

06.07.2026 / 14:06
Rusiya dronla Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurdu...

06.07.2026 / 13:47
Hikmət Hacıyev Qəbələdən paylaşım etdi

06.07.2026 / 13:33
Bakıda avtobus yanıb kül oldu...

06.07.2026 / 12:32
Bakının mərkəzində ödənişsiz avtobuslar fəaliyyətə başladı...

06.07.2026 / 12:16
Baş Prokurorluq Gürcüstanda öldürülən azərbaycanlı ilə bağlı açıqlama yaydı

06.07.2026 / 11:50
Türkiyədə 9-cu Uludağ Premium Ultra Trail yarışına geri sayım başlayıb - FOTO

06.07.2026 / 11:18
DÇ-2026 - Portuqaliya İspaniyaya, ABŞ Belçikaya qarşı...

06.07.2026 / 11:05
Prezident İlham Əliyev Malavi dövlət başçısına təbrik məktubu ünvanlayıb

06.07.2026 / 10:56
Azərbaycan qırıcıları havaya qaldırdı - VİDEO

06.07.2026 / 10:52
İki gündə 81 cinayətin üstü açıldı...

06.07.2026 / 10:52
Ankarada NATO Zirvəsinə Trampın nəqliyyatı özündən qabaq gəlib

06.07.2026 / 10:42
İsrail ordusunun cəmi 10 günlük sursat ehtiyatı qalıb – Libermandan iddia...

06.07.2026 / 10:37
Tramp Meloni barəsində "İntizam tədbiri görülməlidir" deyir…

06.07.2026 / 10:26
Şərurda faciəvi - ata, ana və 1 yaşlı övladları qəzada həlak oldu...

06.07.2026 / 10:05
Ermənistanda partiya liderinin evində və şirkətlərində axtarış aparılır...

06.07.2026 / 09:48
Rusiya raketi Kiyevə ballistik raket yağdırdı – çox sayda ölü və yaralılar var...

06.07.2026 / 09:33
Venesuelada zəlzələdə ölənlərin sayı 3 mini keçdi...

06.07.2026 / 09:21
Nebenzya Quterreşin cavabını “lağa qoyma” adlandırdı

06.07.2026 / 09:08
Xameneinin dəfn mərasimində ŞOK çağırış – “Trampı öldürmək bizim borcumuzdur”...

06.07.2026 / 08:39
Növbəti köç karvanları Cəbrayıla yola salındı

06.07.2026 / 08:10
DÇ-2026-da SENSASİYA - Norveç Braziliyanı mundialdan kənarlaşdırdı...

05.07.2026 / 21:18
“ABŞ ilə sülh bağlamadıq və İsraili rəsmi olaraq tanımayacağıq” - Qalibaf

05.07.2026 / 20:55
Polşada Rusiya narahatlığı - Tusk “hər ssenariyə hazırıq” dedi

05.07.2026 / 20:47
Medvedyev ABŞ barədə sərt danışdı - “…nümunə, ya şər imperiyası?”

05.07.2026 / 20:38
Serbiya spikeri Aİ-nin ikiüzlülüyünə üsyan etdi - "Biz kiçik ruslar deyilik"...

05.07.2026 / 20:25
ABŞ-ın keçmiş prezidentləri ölkənin gələcəyindən narahatdır…

05.07.2026 / 20:14
Tramp ailəsi "Melaniya" filmindən 10,7 milyon dollar qazandı...

05.07.2026 / 19:40
"Yeni dəmir yolu Türkiyə, Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrini gücləndirəcək" - Uraloğlu

05.07.2026 / 19:21
Xameneinin dəfni ilə bağlı gizli məktub ortaya çıxdı – Qorxunc etiraf... Minlərlə məzar qazılaraq hazır vəziyyətə gətirildi...

05.07.2026 / 18:39
Misir İsrailə münasibətlərin normallaşması üçün şərtini açıqladı – bu olmadan mümkün olmayacaq...

05.07.2026 / 18:15
Kremldən Zelenskinin Putinlə Konstantinovkada görüş təklifinə cavab - Rusiyaya səfər etmək istəyirsə Moskvaya gəlsin...

05.07.2026 / 17:22
Ukrayna ilə Polşa arasında gərginliyi artıracaq hadisə - Krakovda ukraynalı yazıçının məzarı dağıdıldı...

05.07.2026 / 16:35
Ukrayna Krımda hərbi aerodromu və Donetskdə iki körpünü bombaladı...

05.07.2026 / 16:17
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

05.07.2026 / 15:58
ATƏT PA sessiyasında Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verildi

05.07.2026 / 14:28
Tramp Putini ABŞ-la əməkdaşlıq naminə Ukraynadakı döyüşlərə son qoymağa çağırdı...

05.07.2026 / 14:12
İsrail İranla müharibə zamanı BƏƏ-də “Dəmir Günbəz” sistemi yerləşdirildiyini rəsmən təsdiqlədi...

05.07.2026 / 13:39
Putinlə Tramp arasında 1 saatdan çox davam edən telefon danışığı – nələr müzakirə edildi...

05.07.2026 / 12:46
Ermənistanda seçkilərin nəticələri təsdiqləndi - müxalifət hədəflərini elan etdi...

05.07.2026 / 12:03
Həkəri çayında batan şəxsin axtarışlarına dalğıc-xilasediciləri cəlb olundu...

05.07.2026 / 11:47
Təhlükəsizlik xidməti Xameneinin atasının dəfn mərasimində iştirak etməsinə icazə vermədi...

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ