OPEC-in Vyanada keçirilən toplantısında neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edilib. Baki-xeber.com xəbər verir ki, bu barədə toplantı iştirakçılarından biri mətbuata açıqlama verib.
Səudiyyə Ərəbistanı, İraq və İran kimi ən böyük istehsalçılar arasında həftələrdir davam edən gərgin müzakirələrin ardından 2008-ci ildə bəri ilk dəfə istehsalın məhdudlaşdırılması ilə bağlı razılaşma əldə edilib.
Qeyd edək ki, Vyana toplantısına OPEC üzvü 14 ölkənin neft nazirləri qatılıb. OPEC üzvlərinin 8 ildən sonra ilk dəfə əldə etdiyi razılaşmaya əsasən, üzv ölkələr hasilatı sutkalıq 1,2 mln. barrel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 mln. barrelə qədər enəcək.
Trend RİA Novosti-yə istinadən məlumat verir ki, OPEK İndoneziyanın təşkilatda üzvlüyünü dayandıraraq onun neft hasilatı üzrə kvotasını kartelin digər üzv ölkələr arasında bölmək barədə qərar qəbul edib.
İndoneziyanın energetika naziri OPEK-də görüşdən öncə bəyan edib ki, ölkəsi neft hasilatının azaldılması ilə bağlı mövqeyini hələ müəyyənləşdirməyib.