Ukrayna öz yüklərinin Azərbaycan və İrandan keçməklə Mərkəzi Asiya ölkələrinə çatdırılması məqsədilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq niyyətindədir.
Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov bu gün jurnalistlərə deyib.
Onun sözlərinə görə, Estoniya da "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə qoşulacaq. Onun sözlərinə görə, bununla bağlı hər iki ölkənin dəmir yolu idarələrinin rəhbərləri arasında görüş keçirilib: "Estoniya “Şimal-Cənub” marşrutuna maraq göstərib. Bu layihəyə Paldiski limanının qoşulması planlaşdırılır. Bu yolla Estoniyadan, Skandinaviya və Şimali Avropa ölkələrindən yüklərin Rusiya və Azərbaycandan keçməklə İrana və Fars körfəzi ölkələrinə çatdırılması nəzərdə tutulur".