SOCAR Türkiyədə kogenerasiya qurğusunun (Petkojen) tikintisinin reallaşdırılmasını texniki səbəblərə görə dayandırıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Petkim" neft-kimya kompleksinin rəhbəri Anar Məmmədov deyib.
Qurğu "Petkim" neft-kimya kompleksinin, "Star" neft emalı zavodonu elektrik enerjisi ilə təmin etmək, eləcə də İzmir şəhərinin əhalisinə elektrik enerjisinin bir hissəsinin satışını həyata keçirmək üçün nəzərdə tutulmuşdu.