Azərbaycan hökuməti və "DP World" şirkətlər qrupu Ələt qəsəbəsində azad ticarət zonasının yaradılması üçün konsaltinq xidmətləri haqqında saziş imzalayıblar.
Sənədi iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov və "DP World" şirkətlər qrupunun prezidenti Sultan Əhməd bin Sulaİmi imzalayıblar.
Sultan Əhməd bin Sulaimi deyib ki, Bakı Avrasiyanın koordinasiya mərkəzi olmaq üçün bütün zəruri imkanlara malikdir.
O bildirib: "Biz Bakını Avrasiyanın koordinasiya mərkəzinə çevirmək istəyirik. İnanırıq ki, sizin bunun üçün zəruri olan yüksət texnologiyalarınız və resurslarınız var. Bizim isə təcrübəmiz var. Bütün bunları birləşdirərək biz ("DP World" və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı - red.) vahid güclü kommersiya strukturuna çevrilə bilərik".