şənbə günü, 24 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Vergilər Nazirliyinin Vergi Tədris Mərkəzinin 5 illik fəaliyyəti konkret rəqəmlərlə ifadə olundu
Tarix: 25.08.2016 / 02:34
Bölmə: İqtisadiyyat
Rəis Əli Həsənov: "Birinci mərhələdən keçmiş 146 nəfər..."
Azərbaycan Prezidentinin fərmanı əsasında yaradılmış və 2011-ci ildən fəaliyyətə başlamış Vergilər Nazirliyinin Tədris Mərkəzi insan resurslarının inkişaf etdirilməsini, kadrların peşə hazırlığının müasir səviyyəyə yüksəldilməsini daim diqqət mərkəzində saxlayır.
Tədris Mərkəzinin rəisi Əli Həsənovla geniş söhbətimiz bu və başqa vacib məsələlərə aid oldu:
- Əli müəllim, rəhbərlik etdiyiniz mərkəzin 5 illik fəaliyyətinə nəzər salanda statistik mənzərə necə görünür?
- Bu illər ərzində mərkəzdə tədris və təlimin inkişafında müsbət dinamika müşahidə edilir. Məsələn, 2011-ci ildə qısamüddətli təlimlərə 265 nəfər əməkdaş cəlb edilmişdisə, 2015-ci ildə bu rəqəm 1988 olub. İxtisasartırma kursları üzrə tədris kurslarına 2011-ci ildə 59 nəfər əməkdaş cəlb edilmişdisə, 2015-ci ildə 398 nəfər əməkdaş müxtəlif fəaliyyət istiqamətləri üzrə kurslarda iştirak edib. Ştajçı əməkdaşların sayında azalma olub, bu göstərici 2011-ci ildə 149 nəfərdən 2015-ci ildə 126 nəfərə enib.
Vergi orqanı əməkdaşları üçün tədrisin kifayətlilik göstəricisi kimi bir təqvim ili ərzində bir orta statistik vergi işçisinə düşən tədris günlərinin sayı əsas götürülür. 2015-ci ildə Tədris Mərkəzi tərəfindən təşkil edilən təlimlər üzrə kifayətlilik göstəricisi 7,1 adam-gün (fond hesabına saxlanan müfəttişlər nəzərə alınmadan) olub. Müqayisə üçün qeyd edək ki, 2011-ci il ərzində həmin göstəricinin illik qiyməti 3,2, 2012-ci ildə 3,7, 2013-cü ildə 4,7, 2014-cü ildə isə 7,2 adam-gün olub. 2016-cı ilin birinci yarımillyi ərzində bu göstərici 4 adam-gün olub.
- Tədris Mərkəzi həm də nazirlik miqyasında keçirilən iri tədbirlərin ünvanıdır...
- Tədris Mərkəzində aparılmış yenidənqurma işlərindən sonra burada müxtəlif tədbirlər keçirilib. 2015-ci il iyunun 5-də "Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu" mövzusunda elmi-praktik konfrans keçirilib. Yenə həmin il 9-11 sentyabr tarixlərdə nazirliyimizin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə əməkdaşlığı çərçivəsində "Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu" keçirilib. Forumda, Azərbaycan da daxil olmaqla, 26 ölkənin 50-yə yaxın nümayəndəsi iştirak edib.
"İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək" Tvinninq layihəsi çərçivəsində Vergilər Nazirliyinin Tədris Mərkəzində 2-4 noyabr və 5-6 noyabr 2015-ci il tarixlərdə "Heyətin idarə edilməsi" mövzusunda təlimi keçirilib.
Bu ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin, AMEA-nın Tarix İnstitutunun, Türkiyə Cumhuriyyəti Atatürk Araşdırma Mərkəzinin və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" mövzusunda III Beynəlxalq elmi konfransı Tədris Mərkəzində davam etdirilib.
"İnsan resurslarının inkişafı üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək" Tvinninq Layihəsi çərçivəsində Tədris Mərkəzinin əməkdaşları üçün 19-21 aprel 2016-cı il tarixlərdə "Təlimçilər üçün təlim" mövzusunda təlim aparılıb.
Vergilər nazirinin əmri ilə təsdiq edilmiş "2013-2020-ci illərdə Vergi sisteminin İnkişaf Strategiyası"nda əsas strateji məqsədlərdən biri kimi bələdiyyələrə yerli vergilərin və ödənişlərin düzgün hesablanması, tam və vaxtında ödənilməsi, habelə vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsi sahəsində metodiki rəhbərlik edilməsi nəzərdə tutulub. Bələdiyyələrin Vergi İnformasiya Sistemi proqram təminatından istifadə ilə bağlı biliklərinin artırılması və bu sahədə qarşılaşdıqları problemlərin həlli məqsədilə proqramın tətbiq edildiyi bələdiyyələrin nümayəndələri ilə 4-5 iyul 2016-ci il tarixlərdə "Yerli (bələdiyyə) vergilərin və ödənişlərin hesablanması və ödənilməsi. Bələdiyyələrin Vergi İnformasiya Sistemində iş prosedurları" mövzusunda təlim keçirilib.
Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 2 iyul 2016-cı il tarixdə "AVİS-in müvafiq bölməsindən istifadə qaydaları" mövzusunda icra məmurları üçün təlim təşkil edilib...
- Vergi təlim və tədris prosesinin təkmilləşdirilməsi üçün nə kimi tədbirlər görülür?
- Vergilər nazirinin 18 mart 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş "Vergi orqanı əməkdaşlarının və vergi orqanlarına işə qəbul olunan şəxslərin sahələr üzrə sertifikatlaşdırılması barədə Tədbirlər Planı"nda sahələr üzrə təlim proqramlarının, proqrama daxil ediləcək mövzular üzrə təlim materiallarının və test bazasının hazırlanması kimi tapşırıqların icra edilməsi nəzərdə tutulur.
Tədris Mərkəzinin Vergilər Nazirliyinə müraciəti əsasında təqdim edilmiş qrafikə uyğun olaraq mütəxəssislər cəlb edilib, test bazası tamamilə yenilənib və ekspertizası keçirilib.
"Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili Qaydaları"na əsasən, AVİS-in "Tədris" altsistemi və Vergilər Nazirliyinin "e-Kitabxana" altsisteminin "e-öyrənmə" bölməsi üzrə dəyişikliklər edilməsi də nəzərdə tutulur.
Keçən ay təsdiqlənmiş "Vergilər Nazirliyinin Tədris Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı"nda tədris fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki təchizatın gücləndirilməsi və sosial təminatın yaxşılaşdırılması məsələləri üzrə bir sıra tədbirlərin reallaşdırılması nəzərdə tutulur.
- Mərkəzdə təşkil edilən tədris kurslarının ümumi nəticələri haqqında nə deyə bilərsiniz?
- Vergilər nazirinin 13 may 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili Qaydaları" dövlət vergi orqanlarının vəzifəli şəxslərinin, habelə dövlət vergi orqanlarına staj və sınaq müddətinə qəbul edilmiş şəxslərin peşə hazırlığının planlaşdırılmasını, təşkilini və nəticələrinin qiymətləndirilməsi prosedurlarını müəyyən edir. Mərkəzdə tədris kursları iki hissədən: ixtisasartırma təhsili və qısamüddətli təlimlərdən ibarətdir. İxtisasartırma təhsili peşə fəaliyyətinin ümumi əsasları; ixtisas sahələri (fəaliyyət sahələri); innovasiyalar kimi təlim modulları üzrə həyata keçirilir. Qısamüddətli təlimlər Vergilər Nazirliyinin struktur vahidləri və bölmələrinin müvafiq struktur vahidinə müraciəti, eləcə də müvafiq struktur vahidin təşəbbüsü ilə təlimin gündəliyi əsasında Nazirliyin elektron kitabxanasınin "Onlayn təlim" sistemində və ya Tədris Mərkəzində təşkil edilir.
Bu günə qədər "Peşə fəaliyyətinin ümumi əsasları" təlim bloku üzrə 3 təlim kursu təşkil edilib və bu təlimlərə 60 nəfər stajçı əməkdaş cəlb edilib.
İxtisas sahələri (fəaliyyət sahələri) modulunun məqsədi əməkdaşların fəaliyyət sahələri üzrə bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini təmin etməkdir. "Dövlət vergi orqanlarında icra intizamına nəzarət və kargüzarlıq işinin təşkili" və "Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət işlərinin təşkili" ixtisas (fəaliyyət) sahələri üzrə iki ixtisasartırma təlimi keçirilib və bu təlimlərə 24 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilib. Müvafiq fəaliyyət sahəsi üzrə təlimlər ixtisasartırma təhsilinin "İxtisas sahələri üzrə təlim modulu" çərüivəsində təşkil edilir.
"İnnovasiya"lar təlim prosesində yeni istiqamətdir. Əsas məqsəd əməkdaşların daim dəyişən və yeniləşən iş şəraitinə uyğunlaşmasını, yeniliklərin mənimsənilməsini, idarəetmə qabiliyyətlərinin yüksəldilməsini, yeni texnologiyalar və texniki vasitələrlə iş vərdişlərinə yiyələnməsini təmin etməkdir. Bu istiqamətdə təlimlərin keçirilməsi məqsədilə Nazirliyin müxtəlif strukturlarından təkliflər daxil olub. İlk təlim 18-19 avqust 2016-cı il tarixdə keçirilib və ilin sonuna qədər daha bir neçə təlim keçiriləcək.
- Hazırda əməkdaşların sertifikatlaşdırılması ilə bağlı təlimlər aparılır. Bu sahədə vəziyyət necədir?
- 2016-cı il ərzində bu günə qədər sertifikatlaşdırılma ilə əlaqədar operativ vergi nəzarəti, vergi ödəyicilərinin uçotu və qeydiyyatı, vergi borclarının alınması, vergi auditi, vergi cinayətlərinin ibtidai araşdırılması və bəyannamələrin kameral yoxlanması sahələri üzrə Vergilər Nazirliyinin elektron kitabxanasında "Vergi qaninvericiliyi" təlim bloku üzrə 16 onlayn təlim keçilib, bu təlimlərə 374 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilib. Bu təlim bloku sertifikatlaşdırılma prosesinin birinci mərhələsidir. İlk mərhələni uğurla keçən əməkdaşlar müvafiq fəaliyyət sahələri üzrə "Vergi inzibatçılığı" təlim bloku üzrə ikinci mərhələyə dəvət edilir. Birinci mərhələdən uğurla keçmiş 146 nəfər ikinci mərhələyə təlimlərə cəlb olunub.
Hər iki mərhələni uğurla keçmiş 125 nəfərə üç dərəcə üzrə sertifikatlar verilib. 50 nəfər əməkdaş birinci dərəcəli sertifikat alıb.
- Tədris prosesində istifadə olunan təlim metodları və onların fərqləndirici xüsusiyyətləri hansılardır?
- Təlim prosesində passiv, aktiv və interaktiv təlim metodlarından istifadə olunur. Mərkəzdə ən geniş yayılmış "açıq səma", "konkret halların təhlili", "kiçik qruplarda (komandada) iş, "beyin həmləsi", "rollar və işgüzar oyunlar", debat", "diskussiya", "sual-cavab", "təcrübə əsasında öyrənmə" və "dəyirmi masa" kimi təlim metodlarından geniş istifadə edilir. Hər bir metodun özünəməxsus xüsusiyyəti var. Mühazirə və praktiki məşğələlər zamanı mövzunun xüsusiyyətindən asılı olaraq metodlar seçilir və tətbiq edilir. Yay ayları olduğu üçün "açıq səma" metodundan geniş istifadə edilir.
- Vergi sistemində tədrisin keyfiyyəti necə müəyyənləşdirilir? Son dövrlər tətbiq olunan ilkin və yekun qiymətləndirmənin nəticələri barədə nə deyə bilərsiniz?
- Təlimlərin qiymətləndirilməsi iki mərhələdə aparılır. Birinci mərhələdə kursun bitməsindən sonrakı həftə ərzində iş yerində dinləyicilərin təlimdən məmnunluq səviyyəsinin qiymətləndirilməsi üçün sorğunun aparılması nəzərdə tutulur. Bu mərhələdə dinləyicilərin təlimin təşkili, təlim materialları, biliklərin qiymətləndirilməsi və təlimçilərin təlim qabiliyyətləri barədə rəy və təklifləri öyrənilir.
İkinci mərhələ təlimdən altı ay sonra aparılır. Bu mərhələdə təlimin nəticələrinin ümumi fəaliyyətə təsirinin qiymətləndirilməsi üçün təlim prosesində verilən biliklərin dinləyicilərin və struktur vahidinin fəaliyyət nəticələrinə təsirinin qiymətləndirilməsi, eləcə də təlimlərin təkmilləşdirilməsinə dair təkliflərin alınması məqsədilə həm dinləyicilər, həm də onların birbaşa rəisləri (şöbə və bölmə rəisləri) arasında sorğuların aparılması nəzərdə tutulur.
"Peşə fəaliyyətinin ümumi əsasları" və "İxtisas sahələri (fəaliyyət sahələri)" üzrə keçirilən hər təlim prosesi zamanı dinləyicilərin bilik və peşə hazırlığı səviyyəsinin ilkin və yekun qiymətləndirilməsi aparılır.
- Ənənəvi son sual: Tədris Mərkəzinin qarşısında duran əsas məsələlər, yeni layihələr?..
- İlk növbədə, sertifikatlaşdırma təlimlərini uğurla başa çatdırmaq, vergi sisteminə peşəkar kadrların verilməsi istiqamətində tədbirləri həyata keçirmək niyyətindəyik. İxtisas (fəaliyyət) sahələri üzrə, peşə fəaliyyətinin ümumi əsasları üzrə təlimləri də davam etdiririk. Büdcədənkənar fond hesabına saxlanan müfəttişlər üç günlük əyani təlimlərə cəlb edilir.
Vergilər Nazirliyi əməkdaşlarının peşə hazırlığı prosesində elektron təhsil (e-learning) sisteminin tətbiq edilməsi məqsədilə oktyabrın 7-də "Vergi sahəsində kadr hazırlığı: problemlər və perspektivlər" mövzusunda Dəyirmi Masa keçirməyi nəzərdə tuturuq.
"Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan"da əsas istiqamətlərdən biri Tədris Mərkəzinin bazasında Regional Tədris Akademiyasının yaradılmasıdır.
Azərbaycan Respublikası Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust 2016-cı il tarixli Sərəncamında nəzərdə tutulan istiqamətlər üzrə yerli və beynəlxalq strukturlarla əməkdaşlıq, mütəmadi olaraq yerli və beynəlxalq ekspertləri cəlb etməklə əməkdaşların fəaliyyət sahələrinə uyğun olaraq təlimlərin təşkili, vergi ödəyiciləri ilə görüşlərin təşkili və onları maraqlandıran mövzular üzrə təlimlərin keçirilməsi, vergi sisteminin inkişafı və hüquqi təminatına dair aktual elmi-tədqiqat və araşdırma işlərinin aparılması nəzərdə tutulur. Həmçinin yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili, işə qəbul prosesində sual bazasının hazırlanması, təlim tələbatlarının öyrənilməsi, metodiki kabinetlərin ehtiyaclarının öyrənilməsi və onların təminatı, tədris prosesinin tam avtomatlaşdırılması, təlimçilərin seçilməsi və onlara təlimlərin keçilməsi, vergi siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar qəbul edilmiş yeniliklər üzrə innovativ təlimlərin təşkili ("Tax free" sisteminin tətbiqi, risqlərin idarə edilməsi, e-audit sisteminin tətbiqi və s.), infrastrukturun yenilənməsi və digər istiqamətlərdə tədbirlərin keçirilməsi də planlaşdırılıb.
Müsahibəni hazırladı:
Fəxriyyə İkramqızı
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
Tarix: 21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır
- Aİ hesabatı
Tarix: 20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava
- saxlananlar var...
24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…
24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...
23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı
23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir
- səbəb...
23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...
23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...
23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi
23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı
23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu:
narazılıq pik həddə çatır
23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...
23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı –
konkret vaxt deyilib...
23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...
23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına
REAKSİYA...
23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı...
- VİDEO
23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu
23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir
23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı
23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir
23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar
- “Hicab həbsləri davam edir” iddiaları...
23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır -
Çinə böyük zərbə planı işə düşür
23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...
23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...
23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb
- VİDEO
23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir -
Ukrayna nəyi hədəfləyir?..
23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı
- səhv etdik...
23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...
23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...
23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ
- ABŞ-a dəstəyi dayandırın, yoxsa...
23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR
- hərbi rütbədə olma müddəti bir il azaldılır...
23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
- FOTO/YENİLƏNDİ
23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi
23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi
23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi
23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı
23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər
– Deputat 3 hədəf göstərdi...
23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...
23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
- FOTO
23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi
- "Zelenskinin açıqlaması yersizdir"...
23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi
- azyaşlılarla hərəkət zamanı...
23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ
- YARIM MİLYONLUQ YEYİNTİ...
23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu
23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu -
11 dekabra kimi ifadə verməyə məcburdur…
23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi -
Zelenski “xoruzun quyruğunu” gördü…
23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı
22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması
- Rusiya-Ukrayna müharibəsi (2014-2026)
22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi
22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...
22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...
22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq
- Tramp hədələdi...
22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...
22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...
22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...
22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı
22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...
22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...
22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid
- Cahid və Fazilə...
22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...
22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
- FOTO
22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" -
Tramp Zelenskinin qarşısında şərt qoydu...
22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı
- şübhəli maliyyə əməliyyatları...
22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...
22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ