şənbə günü, 24 oktyabr 2026
     

Yaxın Şərqdə ölkəmizin də marağında ola biləcək yeni proseslər başlanır

Image


Yaxın Şərqdə qardaş Türkiyənin də iştirakı ilə tamamilə gözlənilməz və yeni proseslərə start verilir. Bu siyasət bölgədə əsas təşəbbüsün Rusiya, Türkiyə və İranın əlində olacağını deməyə əsas verir. Xatırladaq ki, hər üç ölkə ilə Azərbaycanın əlaqələrinin yeni inkişaf mərhələsi başlanır. Hesab edilir ki, Yaxın Şərqdə baş verən dəyişikliklər iqtisadi müstəvidə Azərbaycana da təsir edəcək.
Hazırda isə əsas diqqət mərkəzində olan məsələ Türkiyə və Suriyanın barışmaq üzrə olmasıdır. Bu hal Türkiyə üçün PKK amilinin neytrallaşdırılması baxımından vacib sayılır və artıq yaraqlı kürdlərin mövqeyinə, ABŞ-ın narazılıqlarına baxmayaraq, zərbələr də endirilir. Bu durumda Türkiyənin Bəşər Əsəd iqtidarı ilə barışmaq ehtimalı da artıb. AKP millət vəkili Səlcuq Özdağ açıq şəkildə bildirir ki, Suriya prezidenti Bəşər Əsədin arxasında Rusiya olduğuna görə üfüqdə Əsədlə də münasibətlərin dəyişməsi ehtimalı var: "Əslində Türkiyənin bütövlüyünü təhdid edən Əsəd deyildi, üstəlik, iki ölkə arasındakı yaxşı münasibətlərdən dolayı Suriya Hataydakı iddialarından əl çəkmişdi. Sonra birdən-birə hər şey tərsinə cərəyan etməyə başladı. Suriya xalqı çox şey itirdi, həm də Türkiyə ciddi terror hücumları ilə qarşı-qarşıya qaldı". Qeyd edək ki, Türkiyə baş naziri Binəli Yıldırım da Suriya hökuməti ilə münasibətlərin düzəlməsi ehtimalları barədə açıqlama vermişdi. O bildirmişdi ki, Türkiyə Suriyada keçid dövründə prezident Bəşər Əsədin hakimiyyətdə qalmasına razıdır. Türkiyə baş nazirinin müavini Nurettin Canikli də "Reuters" agentliyinə müsahibəsində bildirib ki, yaxın günlərdə Türkiyə ilə Suriya arasında iqtisadi əlaqələr inkişaf etdiriləcək. Onun sözlərinə görə, son dövrlərdə Türkiyənin İraq və Suriya ilə ticarət əlaqələrində geriləmə müşahidə edilir: "Qarşıdan gələn günlərdə özəlliklə Suriya ilə iqtisadi sahədə fəaliyyətimizi artırmaq imkanı olacaq. Bu münasibət Suriya xalqı və hakimiyyəti ilə qurulacaq".
Belə bir vaxtda Suriya hava qüvvələrinin PKK-nın buradakı qolu PYD-nin mövqelərinə zərbə endirməsi Türkiyə tərəfindən xoş qarşılanıb, lakin ABŞ-ın ciddi narazılığına yol açıb. Suriyanın Həsəkə şəhərində PYD qüvvələri ilə hökumətin tabeliyində olan qüvvələr arasında baş verən qarşıdurmadan sonra ABŞ Suriya və Rusiyanı təhdid edib. Amerikalı general Stefan Tounsend PYD-yə təlim keçən ABŞ xüsusi qüvvələrinin yerinin Rusiyaya bildirildiyini deyib. O, açıqlamasında Rusiyanın da bu koordinatları Suriyaya çatdırdığını söyləyib":Özümüzü təhlükədə hiss eləsək, müdafiəyə keçəcəyik".
Bu fonda türkiyəli siyasi şərhçilər isə diqqəti çevriliş cəhdindən bir müddət öncə ABŞ-ın PYD-yə 50 min ton silah-sursat yardımı etməsinə yönəldir. Qeyd edək ki, Türkiyənin bütün narazılıqlarına baxmayaraq, ABŞ rəsmən PYD-ni dəstəkləyir. Türkiyə isə son dövrlərdə ölkə daxilində terror təhdidinin artması fonunda kürdlərə qarşı mübarizəni daha da sərtləşdirir. Ankara həmçinin hesab edir ki, artan terrorun arxasında Fətullahçı Terror Təşkilatı (FETÖ) durur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da PKK-nın həyata keçirdiyi terror aktlarının arxasında Fətullahçı Terror Təşkilatı olduğunu bəyan edib. Ərdoğan deyib ki, Türkiyə, adları fərqli olsa da, eyni məqsədlə hərəkət edən və bir-biri ilə yaxın əlaqədə olan terror təşkilatlarının ortaq hücumuna məruz qalır.
Türkiyə prezidenti bildirib ki, PKK-nun hücumlarının arxasında FETÖ-nün olduğunu anlamaq üçün kahin olmağa gərək yoxdur. Türkiyənin terror təşkilatlarına qarşı mübarizə aparacaq qüdrətə malik olduğunu vurğulayan Ərdoğan ABŞ-a da mesaj verib. PYD-nin suriyada Münbic rayonunun İŞİD-dən azad edilməsindən sonra geri çəkiləcəyi ilə bağlı ABŞ-ın üzərinə öhdəlik götürdüyünə işarə edən Ərdoğan öhdəliklərin yerinə yetirilib-yetirilməyəcəyini izlədiklərini söyləyib: "İraq və Suriyada Türkiyənin təhlükəsizliyini təhdid edəcək proseslərə nail olmaq istəyənlərə söyləyirəm ki, biz hər şeyin fərqindəyik. Türkiyə bir çadır dövləti deyil. Millətimiz bütün təhlükəsizlik qüvvələri ilə mübarizə aparacaq. Hazırda Suriyanın şimalında PYD hücumları təhdid yaradır. Qərb bizi anlamayıb, anlamır və anlamayacaq. Biz bunun fərqindəyik, dürüst davranmırlar. Biz terrorçularla mübarizə sahəsində hərbi əməliyyatları və hüquqi mübarizəni fasiləsiz davam etdirəcəyik". Məhz bu şəraitdə Suriya hakimiyyətinin kürdlərin mövqeyini vurması Ankaranı Dəməşqlə yaxınlaşdırır. Bu vəziyyət isə bölgədə Rusiya və İranın maraqlarına tam cavab verir. Bu səbəbdəndir ki, Rusiya və İran Əsədə qarşı çıxanları daha sürətlə məhv edir. İranın müdafiə naziri Hüseyn Dehqan isə bildirib ki, Rusiya təyyarələri Həmədan aviabazasından lazım olan qədər istifadə edə bilər. Nazir bundan əvvəl qeyd edib ki, İran Rusiyanın hərbi təyyarələrini Suriya hökumətinin xahişi ilə qəbul edir. O, həmçinin qeyd edib ki, Tehran hələlik digər bazalarını Moskvanın istifadəsinə verməyi planlaşdırmır, lakin zərurət yaranacağı təqdirdə bu məsələyə baxıla bilər. Bütün bunlar isə adları çəkilən ölkələrin Yaxın Şərqdə mövqelərini daha güclü hala gətirir.
Nahid SALAYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ