şənbə günü, 24 oktyabr 2026
     

Güney Azərbaycanda ana dilində təhsil müəmması...

Image



Uzun illər İranda yaşayan soydaşlarımızın ana dilində təhsil almaları ən aktual mövzulardan birini təşkil edib. İslahatçıların İranda hakimiyyətə gəlişindən sonra bu istiqamətdə real addımlar atılacağına dair dəfələrlə fikirlər səslənsə də, əməli nəticə olmayıb. Belə bir vaxtda isə, yayılan məlumata əsasən, İran universitetlərində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə tədrisə başlanır.
İranın Təhsil və Qiymətləndirmə Təşkilatı Universitetlərin gələn il qəbul imtahan proqramına Azərbaycan dili və ədəbiyyatı fənnini də əlavə edib.
Humanitar fənlər üzrə tələbə qız və oğlanlar 2016-2017-ci tədris ilində Azərbaycan dili fənni üzrə də təhsil ala biləcəklər. İranın Elm, Təhqiqat və Texnologiya Nazirliyinin icazəsi ilə Azərbaycan dili və ədəbiyyatı fənni universitetlərdə bakalavr pilləsi üzrə tədris olunacaq. Bu fənn ilk dəfə olaraq qəbul imtahanlarında ərəb, fars fənləri ilə yan-yana göstəriləcək. Qeyd edək ki, İran Konstitusiyası 15 və 19-cu maddələrində ana dilində tədris məsələsini nəzərdə tutur, lakin bu iki maddə uzun illər idi ki, icra olunmurdu. Prezident Həsən Ruhaninin hökuməti isə bu maddələrin icrasına başlayıb. Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, "İran xalqının rəsmi yazı və danışıq dili fars dilidir. Sənədlər, yazışmalar, rəsmi sənədlər və dərsliklər bu dildə olmalıdır. Lakin yerli danışıq dillərinin mətbuatda istifadəsi, məktəblərdə və universitetlərdə fars dili ilə yanaşı həmin dillərin tədrisi azaddır". Prezident Ruhani hakimiyyətə gəldikdən sonra məktəb və universitetlərdə yerli dillərdə tədrisə icazə verib. Hazırda isə bu məsələ ətrafında müəyyən ziddiyyətlər də müşahidə olunmaqdadır. Belə ki, yarırəsmi İSNA agentliyi Təbriz universitetində Azərbaycan dili və ədəbiyyatı bölümünün yaradılması haqda xəbəri təsdiq edib. Lakin universitetə qəbul imtahanı üçün təhsil sahələri siyahısında "azəri türk dili və ədəbiyyatı" bölümünün adı yazılsa da, bu bölümə tələbə qəbul edən heç bir ali təhsil mərkəzinin olmadığı deyilir. İran Azərbaycanında fəaliyyət göstərən jurnalistlər və mədəni fəallar bu ziddiyyətli durumu tənqid etməklə bərabər, Azərbaycan dilinin əsasən uşaqlara öyrədilməsinin zərurətinə diqqət çəkirlər.
Tehranda nəşr edilən "Etimad" qəzeti hər hansı universitetin Azərbaycan dili bölümü üçün tələbə qəbul etmədiyini və bu bölümün universitetə qəbul imtahanı kitabçasında ancaq "bir ad və bir koddan ibarət" olduğunu yazıb: "Mediada Kürd Dili və Ədəbiyyatı və Türk Dili və Ədəbiyyatı bölümlərində tələbə qəbuluna dair xəbərlər yayılıb. Kürdüstan Universiteti keçən il kürd dili və ədəbiyyatı bölümünə 40 tələbə qəbul edib, bu il də qəbul etməkdədir. Amma görünür ki, türk dili və ədəbiyyatı bölümünün mövzusu bir az daha qarışıqdır... Təhsil və Qiymətləndirmə Təşkilatının kitabçasına baxanda bu bölümün ancaq bir addan ibarət olduğunu görürük. Bu bölüm üçün hər hansı universitet nəzərdə tutulmayıb, nə Təbrizdə, nə Urmiyada, nə də başqa bir universitetdə".
"Etimad" qəzeti mövzu ilə bağlı tələbə qəbulu imtahanları keçirən dövlət təşkilatının sədri İbrahim Xudayiyə müraciət edib. Xudayi bölümün yaradılması üçün icazə verildiyini, ancaq indiyə qədər heç bir universitetin Azərbaycan dili və ədəbiyyatı bölümünə tələbə qəbul etmək üçün müraciət edilmədini bildirib. Güneyli fəal Məcid Araz isə "Amerikanın Səsi"nə müsahibəsində İran Azərbaycanında Azərbaycan dilinin tədrisi planları və milli fəalların ana dilində təhsil hüququnun təmin olunması üçün səylərindən danışıb.
Məcid Araz universitetdə Azərbaycan dili bölümünün açılması məsələsinə güneyli fəalların münasibətini bildirərək, prezident Həsən Ruhaninin seçki kampaniyası zamanı azərbaycanlılara verdiyi vədlərə toxunub bu vədlərin heç birinin yerinə yetirilmədiyini qeyd edib: "Prezident Ruhani seçki kampaniyası zamanı Azərbaycan türklərinə üç söz vermişdi. Bunlardan biri Urmiya gölünün xilas edilməsi, ikinci, Güney Azərbaycanda türk dili qurumunun yaradılması və türkcə təhsil. Bu günə qədər onların Urmiya gölü ilə bağlı özəl təşəbbüsləri olmayıb. Çox az iş görülüb. Türk dili institutu adına çox dəyişik, kiçik bir şey yaratdılar-Azərbaycan sənət qurumu dedilər. Yəni dilə, Azərbaycan türkcəsinə aid olmayan bir şey yaratdılar. Təhsilə gəldikdə, istər prezident Ruhaninin özü, istərsə də onun etnik azlıqların hüquqları ilə iş üzrə yardımçısı cənab Yunisi dəfələrlə deyiblər ki, türk dilində təhsil veriləcək. Amma bu gün o sözə əməl olunması üçün universitetdə azəri türkcəsində bölüm açırlar. Güneyli fəalların, Güney Azərbaycan türklərinin istəkləri ana dilində təhsildir. Yəni uşaqlar ibtidai və orta məktəbdə, liseydə ana dilində təhsil alsınlar. Azərbaycan türklərinin tələbi odur".
Güneyli fəalın sözlərinə görə, universitetdə Azərbaycan türkcəsində bölüm artıq başqa xarici dillərdə mövcud şöbələrdən biri kimi dəyərləndirilməlidir. O, bölümün açılmasını müsbət addım adlandırsa da, bunun azərbaycanlıların ana dilində təhsil uğrunda mübarizəsinə böyük təsiri olmadığını düşündüyünü bildirib: "Bir ana dilində təhsil var, bir də ana dilini öyrətmək var. Bunlar arasında böyük fərq var. Ana dilində təhsil o deməkdir ki, bir uşaq məktəbə getdiyi andan bütün dərsləri öz dilində oxumağa başlayır. Onunla bərabər ölkənin rəsmi dili və başqa xarici dilləri də öyrənər. Bir də ana dilini öyrətmək var. O da bu deməkdir ki, uşaq məktəbdə bütün dərsləri bir dildə öyrənir və həftədə bir neçə saat ona ana dilini öyrədirlər. Bu görülən iş bunların heç birisi deyil. Bu nə ana dilində təhsildir, nə də ana dilinin tədrisidir. Bu, sadəcə, universitetdə başqa dillərdə olduğu kimi açılan bir dil bölümüdür". Məcid Araz milli fəalların əsas məqsədinin ana dilində təhsil hüququnun təmin olunmasına nail olmaq olduğunu vurğulayıb.
Nahid SALAYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ