şənbə günü, 24 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Vergilər Nazirliyi Azərbaycanda "Tax free"nin tətbiqi mexanizmini və ilk maraqlı nəticələrini açıqladı
Tarix: 18.08.2016 / 01:32
Bölmə: İqtisadiyyat
Nicat İmanov: "...45 min şəxsə 100 min manatdan çox ƏDV qaytarılıb"
"2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"ndə nəzərdə tutulan dəyişikliklərdən biri də Azərbaycanı turistlər üçün cəlbedici ölkəyə çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə ölkə ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədi üçün nəzərdə tutulmayan mallara ödənilmiş ƏDV-nin qaytarılması ("tax free") sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlıdır.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi Nicat İmanovla müsahibə bu mövzuya həsr olunub:
- Nicat müəllim, əvvəlcə oxucularımıza "tax free" sistemi barədə bir qədər ətraflı məlumat verməyinizi istərdik.
- "Tax free" sistemi ilk dəfə İsveçdə yaranıb, hazırda Avropa İttifaqı və digər ölkələrdə tətbiq olunur. Bu xidmət bütün ölkələrdə yalnız xarici vətəndaşlar üçün nəzərdə tutulub. Adətən, turistlər hər hansı xarici ölkəyə gedərkən orada "tax free" sisteminin tətbiqinin şərtlərini də öyrənir və etdikləri alış-veriş məbləğindən neçə faizini geri alacaqlarını əvvəlcədən hesablayırlar. ƏDV-nin məbləği tətbiq olunduğu ölkələrə görə dəyişir.
Ölkəmizə xarici turistlərin marağının artırılması, turizm sektorunda son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi üçün beynəlxalq təcrübədə xarici turistlərə münasibətdə geniş istifadə edilən "tax free" sisteminin bu ilin iyun ayından respublikamızda da tətbiqinə başlanıb. Bu sistemə əsasən, ölkəmizdə xarici turistlər tərəfindən alınmış mala görə ödənilən ƏDV məbləğinin onlar ölkəni tərk edərkən özlərinə qaytarılması təmin olunur. Alıcı aldığı malları Azərbaycan Respublikası ərazisindən apardıqda aldığı mallara dair e-VHF-ni öz pasportu ilə birlikdə gömrük sərhəd-buraxılış məntəqəsində gömrük orqanı əməkdaşına təqdim etməlidir. E-VHF-nin məlumatları gömrük orqanı tərəfindən vahid məlumat bazasında eyniləşdirildikdən sonra avtomatik risq qiymətləndirməsi aparılır. Qiymətləndirmənin nəticələri əsasında alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməli olub-olmadığı proqram təminatı vasitəsilə açıqlanır.
Alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməsi tələb edildiyi halda, alıcı həmin malları gömrük baxışının keçirilməsi məqsədilə gömrük orqanı əməkdaşlarına təqdim etməlidir. Gömrük orqanı əməkdaşları təqdim olunmuş mallarla vahid məlumat bazasına daxil edilmiş məlumatların uyğunluğunu yoxladıqdan sonra qaytarılacaq ƏDV məbləği barədə alıcının təqdim etdiyi e-VHF-də təsdiq qeydi aparır, möhürlə təsdiqləyərək alıcıya təqdim edir və vahid məlumat bazasında e-VHF-ni təsdiqləməklə məlumatı real vaxt rejimində müvəkkil banka ötürür. Alıcı dövlət sərhədinin buraxılış məntəqəsindən keçdikdən sonra müvəkkil bank gömrük orqanı tərəfindən möhürlə təsdiq olunmuş e-VHF-yə əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq milli valyutada nağd ödəniş kimi və ya 10 iş günündən gec olmayaraq xarici və ya milli valyutada bank kartına və ya hesabına köçürmə qaydasında qaytarır. Azərbaycanda "tax free" bir elektron vergi hesab-fakturası üzrə malların dəyəri ƏDV ilə birlikdə 300 manatdan çox olduğu hallarda tətbiq edilir. ƏDV-nin alıcıya qaytarılması isə nağd ödəniş və ya bank kartına köçürmə yolu ilə həyata keçirilir. Alıcıya ödəniləcək ƏDV məbləğindən operatorun göstərdiyi xidmətlərə görə 20 faiz həcmində xidmət haqqı və bank komissiya haqqı tutulur.
- "Tax free" sisteminin tətbiqi qanunvericilikdə necə təsbit edilib?
- Bu sistemin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli fərmanı ilə "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası" təsdiq edilib. Artıq Vergi Məcəlləsində də bu sistemin tətbiqini təmin etmək məqsədilə əlavə və dəyişikliklər aparılıb. Bunlarla yanaşı, bir sıra digər normativ hüquqi aktların da bu fərmana uyğunlaşdırılması ilə bağlı işlər aparılır.
- Sistemin vahid məlumat bazasının operatoru Vergilər Nazirliyidir. Burada nazirliyin əsas fəaliyyəti nədən ibarətdir?
- "Tax free" inzibatçılığı üzrə əsas məsul subyekt operatordur və qeyd etdiyiniz kimi, ölkəmizdə operator olaraq Vergilər Nazirliyi müəyyən edilib. Vergilər Nazirliyi malların satışının rəsmiləşdirilməsi və ƏDV-nin qaytarılması işlərini təşkil edir, proqram təminatının daim işlək vəziyyətdə saxlanmasını və fasiləsiz işləməsini, "tax free" mərkəzi informasiya sisteminin yaradılmasını və idarə edilməsini təmin edir.
- Ölkəmizdə yeni tətbiq olunan bu sistem hansı nəticələri verir?
- Bu sistem ölkəyə xarici turistlərin cəlb edilməsini təşviq edir, habelə onların ölkə ərazisində mal almasını stimullaşdırır. "Tax free" sisteminin tətbiq olunması sərhəd məntəqələrindən alış-veriş edən turistlər üçün hava limanlarında, sərhəd-keçid məntəqələrində məbləğin müəyyən qisminin geri qaytarılmasına şərait yaradır. Bu isə turistləri xərcləmələrə təşviq edən mexanizmdir. Bu sistem ölkənin turizm üzrə rəqabət qabiliyyətini artırır, ölkəyə xarici valyuta gətirilməsini təmin edir, ölkədə pərakəndə ticarətdə rəqabəti artırmaqla satış dövriyyəsini genişləndirir, habelə turist yönümlü istehsalı stimullaşdırır. İstehsal mühitininin formalaşdırılması, rəqabətli məhsulların istehsalı və dünya bazarına çıxarılması, daha sonra ölkəyə valyuta axını əldə etmək iqtisadi baxımdan mühüm prosesdir. Bu baxımdan ölkəyə turist axınını təmin etməklə, turist xərcləmələrinin həcmini artırmaqla əlavə valyuta axınına nail olmaq mümkündür. Rəqəmlərə baxsaq görərik ki, Vergilər Nazirliyinin tətbiq etdiyi "tax free" sisteminə əsasən 45 min şəxsə 100 min manatdan artıq ƏDV qaytarılıb.
- "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Prezident sərəncamından irəli gələn məsələlərin icrası ilə bağlı "tax free" sistemində hansı yeniliklər olacaq?
- Sərəncamın icrası ilə bağlı "tax free" sisteminin hava limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiqi həyata keçiriləcək. Artıq bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün qanun layihəsi hazırlanıb. Proqram təminatı və vahid elektron məlumat bazası yaradıldıqdan, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyası təmin edildikdən sonra bu sistemin bütün sərhəd-buraxılış məntəqələrində qurulması hissə-hissə həyata keçiriləcək.
Bakı-xeber.com
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
Tarix: 21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır
- Aİ hesabatı
Tarix: 20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava
- saxlananlar var...
24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…
24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...
23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı
23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir
- səbəb...
23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...
23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...
23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi
23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı
23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu:
narazılıq pik həddə çatır
23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...
23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı –
konkret vaxt deyilib...
23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...
23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına
REAKSİYA...
23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı...
- VİDEO
23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu
23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir
23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı
23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir
23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar
- “Hicab həbsləri davam edir” iddiaları...
23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır -
Çinə böyük zərbə planı işə düşür
23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...
23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...
23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb
- VİDEO
23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir -
Ukrayna nəyi hədəfləyir?..
23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı
- səhv etdik...
23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...
23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...
23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ
- ABŞ-a dəstəyi dayandırın, yoxsa...
23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR
- hərbi rütbədə olma müddəti bir il azaldılır...
23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
- FOTO/YENİLƏNDİ
23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi
23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi
23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi
23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı
23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər
– Deputat 3 hədəf göstərdi...
23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...
23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
- FOTO
23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi
- "Zelenskinin açıqlaması yersizdir"...
23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi
- azyaşlılarla hərəkət zamanı...
23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ
- YARIM MİLYONLUQ YEYİNTİ...
23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu
23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu -
11 dekabra kimi ifadə verməyə məcburdur…
23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi -
Zelenski “xoruzun quyruğunu” gördü…
23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı
22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması
- Rusiya-Ukrayna müharibəsi (2014-2026)
22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi
22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...
22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...
22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq
- Tramp hədələdi...
22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...
22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...
22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...
22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı
22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...
22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...
22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid
- Cahid və Fazilə...
22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...
22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
- FOTO
22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" -
Tramp Zelenskinin qarşısında şərt qoydu...
22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı
- şübhəli maliyyə əməliyyatları...
22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...
22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ