Amerika Mərkəzi Bankı – Federal Ehtiyat Sistemi (FES) yaxın zamanlarda faiz dərəcəsini artıra bilər. Bunu Nyu-Yorkun FES rəhbəri William Dudley deyib. «Reuters»in xəbərinə görə, o, əmək bazarının güclənməsinə və ödəmələrdə artımlara diqqət çəkib: «Faizlərin artırılmasının uyğun olduğu yerə yaxınlaşırıq».
W.Dudley «sentyabrın ortasında keçiriləcək pul siyasəti komitəsinin toplantısında faiz artırıla bilərmi» sualına belə cavab verib: «Mümkün olduğunu hesab edirəm. İqtisadi göstəricilərin necə olduğuna baxmalıyıq».