şənbə günü, 24 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycanda "differensial ƏDV" islahatlarının ilk anonsu verildi
Tarix: 11.08.2016 / 01:20
Bölmə: İqtisadiyyat
"Könüllü vergi açıqlaması" sisteminin tətbiqinə başlandı
Son 10 ildə vergi daxilolmaları 5 dəfə artıb
Ötən gün Vergilər Nazirliyində Azərbaycan Respublikası Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust 2016-cı il tarixli Sərəncamı və bu Sərəncamla bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr edilmiş mətbuat konfransı keçirildi.
Tədbirdə çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri İlkin Vəliyev son illər ərzində vergi sistemində həyata keçirilən islahatlar və görülmüş işlər barədə ətraflı məlumat verdi. O öz çıxışında qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında son 10 ildə vergi sistemi əsaslı şəkildə modernləşdirilib, vergi inzibatçılığı kökündən dəyişdirilərək beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilib, vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılması, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması istiqamətində geniş tədbirlər həyata keçirilib: "Son 10 ildə vergi daxilolmaları 5 dəfə, qeyri-neft-qaz sektorundan daxilolmalar 5,7 dəfə, regionlardan büdcə daxilolmaları isə 10,2 dəfə artıb. Qeyri-neft-qaz sektorundan daxilolmaların ümumi vergi daxilolmalarında xüsusi çəkisi hazırda 70%-ə çatır".
Nazir müavini elektron xidmətlərin tətbiqi sahəsində görülən işlərə toxunaraq hazırda vergi ödəyicilərinin təxminən 90 faizinin vergi bəyannamələrini elektron şəkildə təqdim etdiyini dilə gətirdi. Onun sözlərinə görə, artıq vergi ödənişləri plastik kartlarla internet üzərindən də həyata keçirilə bilir, dünya təcrübəsində ən mütərəqqi yeniliklərdən olan "E-audit" və "Asan imza" kimi mühüm layihələr yalnız regionda deyil, ümumilikdə postsovet məkanında ilk olaraq məhz Azərbaycanın vergi sistemində reallaşdırılıb. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan e-qeydiyyat sisteminin uğurlu tətbiqi üzrə dünyanın aparıcı dövlətləri sırasındadır".
Nazir müavininin dediyinə görə, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, son 10 ildə vergi ödəyicilərinin sayının 5 dəfədən çox artması nəticəsində yeni vergitutma mənbələri yaranıb. Bu baxımdan rəqəmsal iqtisadiyyatın inkişafı vergi orqanları qarşısında yeni vəzifələr qoyur: "Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti 2016-cı ilin birinci yarısında genişmiqyaslı iqtisadi islahatlar aparıldığını, o cümlədən, vergi sahəsində də belə islahatların həyata keçirildiyini bildirib, bununla yanaşı, büdcəyə daha çox vəsait toplanması üçün imkanlar olduğunu qeyd edib və bu ehtiyatların aşkarlanması, ilin sonunadək bu sahədəki vəziyyətin tam şəffaflaşdırılması ilə bağlı konkret tapşırıqlar verib. Məhz bu tapşırıqların icrası məqsədilə avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" Sərəncam verib. Bu Sərəncam vergi sisteminin inkişafında, xüsusilə də vergi inzibatçılığının həyata keçirilməsində yeni bir mərhələdir.
Sərəncamda müəyyən edilmiş islahatların başlıca istiqamətləri biznes mühitinin bir qədər də yaxşılaşdırılması, vergi qanunvericiliyinin sahibkarlığın aparılması üçün daha əlverişli şərtlərin yaradılması və sahibkarların hüquqlarının genişləndirilməsi ilə bağlı müddəaları, həmçinin, vergitutma bazasının genişləndirilməsi və vergi nəzarətinin səmərəliliyinin artırılması ilə bağlıdır.
Qarşıdakı dövrdə ölkə başçısının tapşırıqlarına uyğun olaraq istehsal fəaliyyəti ilə məşğul olan kiçik və orta sahibkarlar üçün mənfəət və əlavə dəyər vergisinin dərəcələrinin aşağı salınması ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi və bu sahədə vergi inzibatçılığının yüngülləşdirilməsi nəzərdə tutulur.
Sərəncamın mühüm bir müddəasının ƏDV-nin differensiallaşdırılması ilə bağlı olduğunu vurğulayan İ.Vəliyev bir sıra istehlak mallarının qiymətlərinin ƏDV-nin differensiallaşdırılması yolu ilə tənzimlənməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı: "Beynəlxalq təcrübədə belə mallara uşaq qidaları, məktəbli ləvazimatları, dərman vasitələri, əlillər üçün tibbi məhsullar və avadanlıqlar, kitablar və bir sıra xidmət növləri daxildir ki, biz qarşıdakı dövrdə bu sahədə beynəlxalq təcrübəni öyrənərək Vergi Məcəlləsinə müvafiq dəyişikliklər layihəsini hazırlayacağıq.
Uzun müddətdir müəyyən diskussiyalara səbəb olmuş kənd təsərrüfatı məhsullarının ticarət şəbəkələrində pərakəndə satışı zamanı tam dəyərinin ümumi qaydada ƏDV-yə cəlb edilməsi ilə bağlı məsələ də artıq öz həllini tapacaq. Bu addım kiçik və orta sahibkarlığı stimullaşdırmaqla yanaşı, pərakəndə ticarətdə rəqabət mühitini təmin edəcək".
İ.Vəliyev onu da vurğuladı ki, vergi ödəyicilərinə xidmətlərin spektri genişləndiriləcək və bir sıra yeni elektron xidmətlərin tətbiqi həyata keçiriləcək. Vergilərini vaxtlı-vaxtında ödəyən nümunəvi vergi ödəyiciləri və intizamsız vergi ödəyiciləri müəyyən ediləcək və onların adları ictimaiyyətə açıqlanacaq. Nümunəvi vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığı sadələşdiriləcək və onlara ünvanlı xidmətlər göstəriləcək.
Vergitutma bazasının genişləndirilməsi və vergi nəzarətilə bağlı məsələlərə toxunan nazir müavini xərclərin süni şəkildə artırılması hallarının aradan qaldırılması, ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı - ofşor hesab edilən dövlətlərdə və ya ərazilərdə təsis edilmiş şəxslər tərəfindən həyata keçirilən əməliyyatlar üzrə gəlirlərin transfert qiymətləri tətbiq edilməklə vergiyə cəlb olunması üçün qanunvericiliyə dəyişiklik ediləcəyini də dilə gətirdi: "Bununla yanaşı, Azərbaycan Respublikası rezidentlərinin güzəştli vergi tutulan ölkələrdə və ya ofşor zonalarda yaradılmış müəssisələrlə əməliyyatlarına səmərəli nəzarət mexanizmlərinin qurulması nəzərdə tutulur. Bu mexanizmlər ofşorlarda yaradılmış müəssisələr vasitəsilə müxtəlif sxemlərdən istifadə edərək gəlir və mənfəətlərini Azərbaycan Respublikasında vergidən yayındıran şəxslərin müəyyənləşdirilməsi və həmin məbləğlərin qanunvericiliyə müvafiq qaydada vergiyə cəlb edilməsindən ibarətdir.
Bəzi vergi ödəyiciləri vergi qanunvericiliyi ilə verilmiş hüquqlardan sui-istifadə etməklə vergidən yayınır. Beynəlxalq təcrübə nəzərə alınmaqla belə vergi ödəyicilərinin vergitutma obyektlərini şəffaf şəkildə vergiyə cəlb etmək və vergitutma bazasının gizlədilməsinin qarşısını almaq məqsədilə vergi qanunvericiliyinə hüquqlardan sui-istifadə əleyhinə müddəaların daxil edilməsi nəzərdə tutulur".
Tədbirdə "Könüllü vergi açıqlaması" sisteminin tətbiqi barədə məlumat verildi. Qeyd olundu ki, könüllü vergi açıqlaması vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması zamanı aşkar olunmamış səhvlərin vergi ödəyicisi tərəfindən könüllü olaraq bəyan edilməsini nəzərdə tutur. Bu isə vergi ödəyicisinə dəqiqləşmiş bəyannamə verilməsi hüququnu verir ki, həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə vergi ödəyicisinə faiz hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcək.
İ.Vəliyev bildirdi ki, artıq Vergilər Nazirliyində ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə əlaqədar Kollegiya iclası keçirilib və Sərəncamla müəyyən edilmiş tapşırıqların icrası ilə bağlı Tədbirlər Planı qəbul olunub: "Tədbirlər Planında Sərəncamda müəyyən edilmiş bütün məsələlər üzrə konkret görüləcək işlər, bu işlərə məsul struktur vahidləri və konkret icra müddətləri müəyyən edilib. Planın ilin sonuna kimi icrası təmin olunacaq".
İ.Vəliyev çıxışı zamanı onu da qeyd etdi ki, Azərbaycanda rəqəmsal ticarətin vergiyə cəlb edilməsi və transfer qiymətləri ilə bağlı qanunvericiliyə dəyişikliklər nəzərdə tutulub: "BMT və iqtisadi əməkdaşlıq təşkilatlarının transfer qiymətləri ilə bağlı müəyyən qaydaları var və biz bu təcrübədən yararlanacağıq. "Tax free"nin bütün sərhəd-keçid məntəqələrində tətbiqi planlaşdırılır. İyundan "Tax free" tətbiq edilib. Bu günə olan statistik məlumata görə, artıq 45 minə yaxın şəxsə 104 min manata qədər ƏDV qaytarılıb. Bu isə dövriyyənin 2 mln. manat olduğunu göstərir".
İ.Vəliyevin sözlərinə görə, vergi sisteminin differensiallaşdırılması ƏDV-nin azalmasına xidmət edir.
Günel CƏLİLOVA
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
Tarix: 21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır
- Aİ hesabatı
Tarix: 20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava
- saxlananlar var...
24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…
24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...
23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı
23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir
- səbəb...
23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...
23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...
23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi
23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı
23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu:
narazılıq pik həddə çatır
23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...
23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı –
konkret vaxt deyilib...
23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...
23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına
REAKSİYA...
23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı...
- VİDEO
23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu
23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir
23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı
23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir
23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar
- “Hicab həbsləri davam edir” iddiaları...
23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır -
Çinə böyük zərbə planı işə düşür
23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...
23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...
23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb
- VİDEO
23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir -
Ukrayna nəyi hədəfləyir?..
23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı
- səhv etdik...
23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...
23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...
23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ
- ABŞ-a dəstəyi dayandırın, yoxsa...
23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR
- hərbi rütbədə olma müddəti bir il azaldılır...
23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
- FOTO/YENİLƏNDİ
23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi
23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi
23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi
23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı
23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər
– Deputat 3 hədəf göstərdi...
23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...
23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
- FOTO
23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi
- "Zelenskinin açıqlaması yersizdir"...
23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi
- azyaşlılarla hərəkət zamanı...
23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ
- YARIM MİLYONLUQ YEYİNTİ...
23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu
23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu -
11 dekabra kimi ifadə verməyə məcburdur…
23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi -
Zelenski “xoruzun quyruğunu” gördü…
23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı
22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması
- Rusiya-Ukrayna müharibəsi (2014-2026)
22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi
22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...
22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...
22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq
- Tramp hədələdi...
22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...
22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...
22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...
22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı
22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...
22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...
22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid
- Cahid və Fazilə...
22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...
22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
- FOTO
22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" -
Tramp Zelenskinin qarşısında şərt qoydu...
22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı
- şübhəli maliyyə əməliyyatları...
22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...
22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ