Cümə axşamı günü, 09 iyul 2026
     

Azərbaycanda manat-dollar münasibətində əks proses başlayır

Image


İqtisadiyyatın dollarsızlaşması prosesi başlanır

Ölkə iqtisadiyyatında müşahidə olunan dollarlaşma və bunun banklara, istehlakçılara müəyyən zərər vurması artıq xeyli müddətdir ki, gündəmin əsas mövzuları sırasında yer alır. Amma dünya bazarlarında neftin qiymətində qeydə alınan artım fonunda Azərbaycana valyuta axınının yenidən artması, həmçinin dolların tədricən ucuzlaşması ehtiyatlarını ABŞ puluna çevirənlərin artıq zərər görməsinə səbəb olur.
Manatın məzənnəsinin tədricən yüksəlməsi fonunda isə indi vətəndaşlar yenidən diqqəti milli valyutaya çevirir. Bu mənada hesab edilir ki, iqtisadiyyatın artıq dollarsızlaşma prosesi başlayacaq. Lakin bu müəyyən qədər vaxt aparacaq. Çünki dollarlaşma yüksək həddə olub və bunu beynəlxalq qurumlar da etiraf edir.
Məsələn, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti bununla əlaqədar qeyd edir ki, Azərbaycanda kreditlərin milli valyutada verilməsini artırmaq üçün yeni mexanizm hazırlamaq lazımdır. Onun sözlərinə görə, Azərbaycan bankları manatla kredit vermək üçün imkana malik olmalıdır. Çakrabarti qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatı xeyli dollarlaşdırılıb və bu heç kəsdə sual doğurmur: "Məsələ ondan ibarətdir ki, banklar nə vaxt milli valyutada kredit vermə qabiliyyətini bərpa edəcəklər. Bunun üçün banklara yeni mexanizmlər yaratmaq lazımdır".
"Moody’s" beynəlxalq reytinq agentliyinin analitiki Mariya Malyukova yaranmış durumda dövlətin banklara dəstək olacağını və bunun vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə biləcəyini vurğulayır. Malyukova bildirib ki, MDB ölkələri arasında valyuta depozitləri üzrə ən yüksək artım göstəricisi Azərbaycandadır: "Gələcəkdə də Azərbaycanda valyuta depozitlərinin həcmi artacaq. Bu da banklarda aktiv və passivlər arasında fərqi artırır. Bununla yanaşı, depozitlərin ümumi sayının azaldığını da görürük". Ekspert qeyd edib ki, dövlətin bank sektoruna dəstəyi qənaətbəxş səviyyədədir.
Onun sözlərinə görə, yaxın perspektivdə bank sektorunda müəyyən qədər sabitləşmə gözləmək olar. "MoodyTs" nümayəndəsi Azərbaycanda dollarlaşma səviyyəsinə də toxunub: "Azərbaycanda 2016-cı ildə 4,5-5% kredit itkiləri proqnozlaşdırılır. Baş verən devalvasiyaya qədər xarici valyutada əmanətlərin həcmi 50% təşkil edirdi. Devalvasiyadan sonra xarici valyutada əmanətlərin həcmi 82% təşkil edib ki, bu da MDB-də ən yüksək göstəricidir. Dollarlaşmanın yüksək olması aktivlər və passivlər arasında fərqi genişləndirir, valyuta risqlərini artırır". Onun sözlərinə görə, agentliyin mütəxəssisləri hesab edir ki, dövlət bank sektoruna, xüsusilə də depozit portfelinin həcmi böyük olan banklara birbaşa dəstək göstərəcək. Belə vəziyyətdə isə, yuxarıda qeyd olunduğu kimi, dollarlaşmanın həddinin aşağı düşməsi gözlənir. Eyni zamanda, bu halda bankların əllərində olan dolların manata çevrilərək iqtisadiyyata sərmayə şəklində yatırılması da proqnozlaşdırılır. Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev də bunu istisna etmir. O bildirib ki, Azərbaycandakı kommersiya banklarında hazırda 2 milyard dollardan artıq həcmdə valyuta resursları mövcuddur. Bu ehtiyatların iqtisadiyyata cəlb edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən müəyyən məzənnə dəhlizi müəyyənləşdirilməlidir: "Ya hökumət müvafiq fond yaratmalıdır ki, banklar həmin valyuta resurslarını manata çevirib real sektora yönəldə bilsin, ya da məzənnə üçün müəyyən dəhliz açıqlanmalıdır. Mərkəzi Bank dekabr ayından bu yana dolların məzənnəsini 1,50-1,60 manat aralığında saxlayır. Yaxşı olar ki, rəsmi olaraq bir dəhliz müəyyənləşdirilsin. Dəhliz verilsin və insanlar əmin olsun ki, məzənnə bundan yuxarı olmayacaq, o səbəbdən dollarlarını manata çevirsinlər. Ya da hedcinq fondu yaradılsın ki, banklar dollarını manata çevirə bilsin. İkisindən birini həyata keçirməyi hökumətə tövsiyə etmişik. Bundan əlavə, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 5%-nin milli valyutaya yatırılması tövsiyə olunur. Bu, Azərbaycan Banklar Assosiasiyasının manat likvidliyinin artırılması ilə bağlı hökumətə təqdim etdiyi təkliflər zərfində əks olunan tövsiyələrdən biridir.
Manat likvidliyinin artırılması üçün bazar xarici investisiyaya tam olaraq açılmalı, investisiyalar təşviq olunmalıdır. Bu, bankların həm kapitallaşmasına dəstək verəcək, həm də əlavə likvid vəsaitlərin cəlb olunmasına gətirib çıxaracaq. Həmçinin, bank sektoruna inamın artırılmasına səbəb olacaq". Hökumətin bu səpkidə addımlar atması isə bundan sonra manata tələbi daha sürətlə artıracaq.
Tahir TAĞIYEV 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

09.07.2026 / 16:23
Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

09.07.2026 / 16:12
Tankçı Valehin igidlik və şəhidlik hekayəsi - Atası Saleh kişi arzusunu yerinə yetirdi...

09.07.2026 / 14:39
NATO Ankarada Trampa “buynuz göstərdi”...

09.07.2026 / 14:26
Zəlimxan Yaqubun ata yurdunda ev-muzeyi yaradılır

09.07.2026 / 14:17
Əməkdar jurnalist Faiq Qismətoğlunun yubiliyi Aşıqlar Birliyində qeyd olunub

09.07.2026 / 14:10
Rusiya Ukrayna dronlarına qarşı əməliyyat zamanı öz helikopterini vurdu...

09.07.2026 / 13:53
Paşinyan Rusiya ilə anlaşdı – “təfərrüatları paylaşmayacağam”...

09.07.2026 / 13:44
Elm, Dövlətçilik, Humanizm və Sadəliyin Vəhdəti - Cavanşir Feyziyev

09.07.2026 / 13:32
Rusiyada ərzaq böhranı ərəfəsində - dizel böhranı kənd təsərrüfatı sektorunu da vurdu...

09.07.2026 / 13:04
Paşinyan yeni konstitusiya layihəsinin ilin sonunadək dərc olunacağını vəd etdi

09.07.2026 / 12:51
Rusiyanın Omsk neft zavodu Qazaxıstan ərazisindən vurulub? – Astanadan açıqlama...

09.07.2026 / 12:24
Polis Sabunçuda əməliyyatlar keçirdi - 4 nəfər saxlandı...

09.07.2026 / 12:10
Pezeşkian və Əraqçı İraqda hücuma məruz qaldı - VİDEO

09.07.2026 / 11:47
Ukrayna Tver və Stavropolda neft anbarlarını, Azovda iki tankeri vurdu...

09.07.2026 / 11:31
İran ABŞ-ın hücumları nəticəsində 14 nəfərin öldüyünü açıqladı...

09.07.2026 / 11:19
Tramp İrandan yeni mesaj aldıqlarını iddia etdi - razılaşma istəyirlər...

09.07.2026 / 11:07
İran Qətərdə ilk xəbərdarlıq mərkəzini, Bəhreyndə yanacaq anbarını vurdu

09.07.2026 / 10:53
DÇ-2026: Bu gecə 1/4 final mərhələsinə start verilir...

09.07.2026 / 10:41
Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlandı

09.07.2026 / 10:27
"Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan çıxarıldıqdan sonra sülh sazişi imzalana bilər" - Nazir

09.07.2026 / 10:21
Ceyhun Bayramov: "Delimitasiya prosesi çərçivəsində eksklav kəndlər məsələsi də həllini tapacaq"

09.07.2026 / 10:08
Natiz TRIPP-lə bağlı yaxın vaxtlarda yeni xəbərlərin olacağını açıqladı...

09.07.2026 / 09:46
Lənkəran və Yevlaxda əməliyyat - 76 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

09.07.2026 / 09:18
ABŞ İranda 90 hədəfi vurduğunu açıqladı...

09.07.2026 / 08:47
İran ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarını vurdu

08.07.2026 / 22:51
Azərbaycan Ukraynaya təhlükəsizlik sektorunda da dəstək verir - Zelenskidən ilginc açıqlama...

08.07.2026 / 22:24
Özbəkistan Türk dünyasına birləşmək üçün əlifbasına "əl gəzdirir"

08.07.2026 / 22:18
QDF “Qarabağın Rəngləri” (2026) layihəsində iştirak edən gənc rəssamları mükafatlandırdı

08.07.2026 / 22:07
Kapadokiyada atçılıq irsi “II Kapadokiya At və Atçılıq Mədəniyyəti Festivalı” ilə qeyd olundu

08.07.2026 / 21:50
Tramp Kiyevə Patriot istehsalı üçün lisenziya vəd etdi

08.07.2026 / 21:45
ABŞ-la imzalanmış sənəd rəqəmsal inkişafımızda xüsusi təsirli rol oynayacaq...

08.07.2026 / 21:21
Ərdoğan raketlərdən imtina etməsə, Tramp F-35-i verməyəcək...

08.07.2026 / 21:04
20 dünya nəhənginin Zirvəsinə dəvət edilmiş bir neçə ölkədən biri olduq...

08.07.2026 / 20:45
Beyləqanda 17 ana qoyun zəhərlənərək tələf olub - Dövlət qurumlarının operativ reaksiyası necə olmalıdır?

08.07.2026 / 20:31
Tramp Ankarada elə bir bəyanat verdi ki, 907- ni ləğv etməsə...

08.07.2026 / 20:16
NATO-nun Ankara Zirvəsinin yekun Bəyannaməsi açıqlandı - Rusiya "uzunmüddətli təhdid" elan edildi...

08.07.2026 / 20:03
Tramp Zelenskiyə "Patriot" verəcəyini və Putinlə danışacağını açıqladı

08.07.2026 / 19:41
Müdrik və uzaqgörən siyasət, milli maraqların müdafiəsi – ŞƏRH

08.07.2026 / 19:03
Natenyahu Türkiyə məsələsində də Trampı yoldan çıxarmağa çalışır - F35 olmasa...

08.07.2026 / 18:44
Tramp İrana yeni hücum dalğasının anonsunu verdi - Xark adasını ələ keçirəcəyik...

08.07.2026 / 18:31
“Any Unboxing” dələduzluq piramidası ifşa edildi - 300-dən çox zərərçəkmiş... - VİDEO

08.07.2026 / 18:20
Zərbələrdən sonra Tramp İranı tənqid etdi: "Xəstə insanlardan nifrət edirəm"

08.07.2026 / 18:08
Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs xilas edildi - VİDEO

08.07.2026 / 17:51
Balakəndə bir nəfəri sel apardı...

08.07.2026 / 17:39
Moskva Paşinyanın qarşısında yeni şərtlər qoyur...

08.07.2026 / 16:45
"Nə Türkiyə əvvəlkidir, nə də NATO"

08.07.2026 / 16:35
Ermənistanda küçə döyüşləri başlayır - ölkədə siyasi gərginlik pik həddə...

08.07.2026 / 16:29
NATO böyük sınaq ərəfəsində - qurum ya dağılacaq, ya da...

08.07.2026 / 16:23
Rusiyada 45 yeni maddə - azərbaycanlılar da deportasiya olunacaq...

08.07.2026 / 16:08
Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA...

08.07.2026 / 15:51
ABŞ razılaşmanı pozdu - İran nefti ilə bağlı 60 gün gözləyə bilmədi...

08.07.2026 / 15:45
İranla danışıqlar məsələsi bitdi, onları xəstələr idarə edir - Tramp baltanı kökündən vurdu...

08.07.2026 / 15:37
2 vəkilə töhmət verildi, 4 vəkilə xəbərdarlıq edildi

08.07.2026 / 15:31
Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişdi

08.07.2026 / 15:30
"Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi icra mərhələsinə keçdi

08.07.2026 / 15:28
İçərişəhərdə tikinti-bərpa işlərinin aparılması qadağan olundu...

08.07.2026 / 15:25
Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olundu

08.07.2026 / 15:24
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verildi

08.07.2026 / 15:18
Arktika Rusiya-Çin dostluğuna ziyan vura bilər...

08.07.2026 / 15:06
Tramp Ankarada İspaniyanı sərt tənqid etdi - onları çiyinlərimizdə daşımamalıyıq...

08.07.2026 / 15:03
Tramp NATO- ya gələn kimi "Qrenlandiya" dedi - aləm yenə qarışdı...

08.07.2026 / 14:47
Ukrayna Rusiyanın Azovdakı “kölgə donanması”nı bitirir - 72 saatda 21 gəmi vuruldu...

08.07.2026 / 14:40
Xocavəndin Güneyxırman və Quzeyxırman kəndlərinə ilk köç...

08.07.2026 / 14:25
Ukrayna Rusiyanın daha üç neft emalı zavodunu vurdu...

08.07.2026 / 14:10
Yaxın Şərqdə gərginlik yenidən artdı – ABŞ İranda 80-dən çox hədəfi vurdu, Tehrandan sərt cavab gəldi...

08.07.2026 / 14:04
Nazir Yaxın Şərqdəki Azərbaycan vətəndaşlarını rəsmi xəbərdarlıqlara əməl etməyə çağırdı

08.07.2026 / 13:53
İrandan Azərbaycana iri həcmdə narkotik keçirilməsinin qarşısı alındı

08.07.2026 / 13:44
Tramp İrana zərbə əmrini birbaşa NATO sammitindən verdi...

08.07.2026 / 13:40
"Azərbaycan-Ermənistan razılaşması regionda sülhə töhfə verəcək" - İordaniya XİN

08.07.2026 / 13:36
Azərbaycanın Quru Qoşunları genişmiqyaslı təlimə başladı - FOTO/VİDEO

08.07.2026 / 13:26
Sabirabadda 10 kiloqrama yaxın narkotik aşkarlandı

08.07.2026 / 13:10
Tramp İranla atəşkəs razılaşmasının bitdiyini rəsmən elan etdi...

08.07.2026 / 13:04
DYP kənd təsərrüfatı texnikaları ilə bağlı fermerlərə müraciət etdi

08.07.2026 / 12:52
Azərbaycanla İordaniya arasında yeni sazişlər imzalandı, vizasız rejim elan olundu...

08.07.2026 / 12:34
Paşinyan İran-Ermənistan yollarında 22 milyon dollar "atmış" müxalif lideri həbs etdirdi...

08.07.2026 / 11:50
İran ABŞ-ın hücumlarından sonra sazişin əsas müddəalarının etibarsız olduğunu elan etdi

08.07.2026 / 11:14
Dünyada bir adamlıq ilk uçan taksi sınaqdan keçirildi...

08.07.2026 / 10:55
Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul edib - FOTO

08.07.2026 / 10:53
Beyləqanda şəkər çuğunduru fiaskosu...

08.07.2026 / 10:37
Dövlət televiziyası illərlə yalan təbliğat apardığına görə üzr istədi və özünü qapatdı...

08.07.2026 / 09:49
NATO ABŞ-nin İrana son hücumunu zəruri hesab edir...

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ