şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycanın iqtisadi artımında sahibkarlığın payı böyüyür...

Image


Dünya təcrübəsi göstərir ki, azad bazar iqtisadiyyatı, müstəqil istehsalçı, sahibkarlıq fəaliyyəti olmadan cəmiyyətin yüksək rifaha nail olması mümkün deyil. İstisnasız olaraq ölkə iqtisadiyyatının bütün sahələrində kiçik və orta bazar strukturlarının formalaşması dünya iqtisadi tendensiyalarına uyğundur.

Hazırda dünyanın bütün ölkələrində əhəmiyyətli sayda müxtəlif profilli kiçik müəssisələr fəaliyyət göstərir. Onlar, eləcə də ümumi sahibkarlıq bazar iqtisadiyyatının ən mühüm elementidir, dövlətin intensiv inkişafına böyük töhfə verir, iqtisadi artım tempini, ümumi daxili məhsulun strukturunu və keyfiyyətini daha çox müəyyən edir. Azərbaycanda kiçik və orta sahibkarlıq (KOB) bu gün ölkəmizdəki müəssisələrin ümumi sayının mütləq əksəriyyətini təşkil edir.

  • Sahibkarların sayı sürətlə artır, amma maliyyə əlçatanlığı ilə bağlı hələ də problemlər var

Aparılan hesablamalar göstərir ki, hazırda Azərbaycanda qeydiyyatdan keçmiş sahibkarların sayı 1,4 milyona yaxındır. Elə bu rəqəmin özü ölkəmizdə biznes qurmaq, özəl sektorda çalışmaq istəyənlərin böyük olduğunun göstəricisidir. Lakin burada müəyyən problemlərin olması da etiraf olunmalıdır. Maliyyə əlçatanlığı bu fonda hələ də özünü qabarıq problemlərdən biri kimi büruzə verir.

Dünya Bankının yanaşmasına əsasən, maliyyə əlçatanlığı o deməkdir ki, fərdlərin və müəssisələrin ehtiyaclarına cavab verən faydalı və sərfəli maliyyə məhsulları və xidmətlərindən istifadə etmək imkanı olsun. Bura maliyyə əməliyyatları, ödənişlər, əmanətlər, kreditlər və sığortalar daxildir. Biznesin yaradılmasında maliyyə əlçatanlığı mühüm amillərdəndir. Hazırda Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 20,3 milyard manat təşkil edir ki, bu kreditlərin 80 faizə yaxını Bakı və Abşeron-Xızı iqtisadi rayonlarının payına düşür. Buradan da göründüyü kimi, bu göstərici regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının daha da yaxşılaşdırılmasına ehtiyac olduğunu göstərir. Məsələyə münasibət bildirən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin  İdarə Heyətinin sədri Orxan Məmmədov məsələ ilə bağlı qeyd edir ki, Azərbaycanda da sahibkarlar maliyyələşmə mənbəyi kimi daha çox banklara üstünlük verirlər: “Bankların kredit portfeli geniş olsa da, kreditləşmədə regionların payı təxminən 23 faiz, Bakı üzrə isə 77 faizdir. Agentliyə daxil olan müraciətlərin və aparılan sorğuların təhlili, həmçinin beynəlxalq inkişaf təşkilatlarının hesabatlarına əsasən, KOB subyektlərinin maliyyə mənbələrinə çıxışı sahəsində üzləşdikləri əsas çətinliklər yüksək faiz dərəcəsi, sərt girov şərtləri, risklərin bölüşdürmə və kreditlərə zəmanət mexanizmlərinin əlyetərli olmamasıdır. Kredit zəmanət mexanizmi kiçik və orta sahibkarların maliyyə məhdudiyyətlərini aşmasına imkan yaradır, biznes layihələrinin maliyyələşdirilməsi üçün sahibkarların uzunmüddətli kreditlərlə təmin edilməsini dəstəkləyir. Həmçinin bankların yeni və daha geniş müştəri şəbəkəsinə çıxışını asanlaşdırır, risklərin minimallaşdırılmasını təmin edir. Ölkəmizdə kredit zəmanət mexanizminin formalaşması təqdirəlayiqdir, lakin KOB sektoruna yönəlik təminat sisteminin daha da təkmilləşməsinə ehtiyac var”. Hesab edilir ki, sahibkarlığın daha da dinamik inkişafı üçün onların maliyyə əlçatanlığı təmin edilməlidir. Bu, xüsusən də kiçik və orta bazar strukturlarına aid edilir. Rahat, sərfəli və təhlükəsiz maliyyə xidmətlərinə çıxış vaxt və səylərə qənaət edir, onlardan daha səmərəli istifadə etməyə imkan verir. Bu fonda maliyyə əlçatanlığı Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verən amil kimi müəyyən edilib. Digər məsələlərlə yanaşı, maliyyə xidmətlərinə çıxış iş yerlərinin yaradılmasına və iqtisadi artıma, “yaşıl texnologiyaların” təşviqinə, israfçılığın azaldılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə kömək edə bilər.

  • Sahibkarlığa davamlı dövlət dəstəyi zərurətdir

İstənilən ölkədə sahibkarlığın funksiyaları real vəziyyətdən, ölkədəki konkret sosial-iqtisadi durumdan və dünya iqtisadiyyatından asılı olaraq müəyyən edilir. Sahibkarlıq fəaliyyətinin makroiqtisadi funksiyaları göstərir ki, o, rifah halını yüksəldən mühüm faktordur. Bazar iqtisadiyyatının inkişafı ilə iqtisadi sistemdə sahibkarlığın rolu ən mühüm amillərdən birinə çevrilir. Sahibkarlığın ahəngdar inkişafı üçün bazar iqtisadiyyatının müstəqil alt sistemi kimi onun bütün xüsusiyyətlərini, xüsusən də sahibkarlıq fəaliyyətinin inkişafının dialektik xarakterini nəzərə almaq lazımdır. Bu kontekst bir tərəfdən sahibkarlığın muxtariyyətini, digər tərəfdən isə onun bütün iqtisadi sistemdən asılılığını nəzərdə tutur.

Sahibkarlığın muxtariyyəti bazar iqtisadiyyatında müstəqil alt sistem kimi onun əsas funksiyalarını, yəni faydaların əldə edilməsi və fəaliyyətin innovativliyi vasitəsilə təzahür edir və istənilən sosial-iqtisadi şəraitdə sahibkarlıq üçün nəyin ümumi olduğunu müəyyənləşdirir. Sahibkarlığın isə bütün iqtisadi sistemdən asılılığı onun bu sistemlə rəqabət və iqtisadi tənzimləmə mexanizmi vasitəsilə qarşılıqlı əlaqəsi ilə ifadə olunur. Sahibkarlığın bazar iqtisadiyyatının müstəqil alt sistemi kimi bu dialektik inkişafı onun inkişafının və həyatının mənbəyi olmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin əsasını təşkil edir. Eyni zamanda, sahibkarlıq fəaliyyəti bütün istiqamətlərdə inkişaf etməlidir. Bu baxımdan dövlət sahibkarlığın muxtariyyətini nəzərə almalı, eyni zamanda onun fəaliyyətini tənzimləməlidir. Hazırda Azərbaycanda məhz bu yanaşma tətbiq edilir. Dünya təcrübəsi göstərir ki, sahibkarlığın səmərəli tərəqqisi istənilən inkişaf etmiş iqtisadi sistemin ayrılmaz, obyektiv zəruri elementidir. Sahibkarlıq iqtisadi proseslərin sürətləndirilməsinə kömək edən və onu bazar iqtisadiyyatının digər elementlərindən fərqləndirən bir sıra spesifik xüsusiyyətlərə malikdir. Sahibkarlıq istehsal amillərinin, iş formalarının və fəaliyyətin təşkilinin dəyişməsi proseslərini sürətləndirərək, bununla da “problem yaradan” olur və iqtisadiyyatı hər zaman, sanki, yeni bir ölçüyə çevirir. Məhz sahibkarlıq fəaliyyəti sferasında iqtisadi artım üçün qida mühiti olan milli ehtiyatların əsas hissəsi yaradılır və dövriyyədə olurr. Azərbaycanda bu mənada sahibkarlıq, eləcə də onu dəstəkləmək üçün infrastruktur inkişaf mərhələsindədir və dövlətin əlavə dəstəyinə ehtiyacı var. Dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində xeyli sayda KOS-un əsas fəaliyyət göstəriciləri və biznes şəraiti tədricən müsbətə doğru dəyişir. Beləliklə, kiçik və orta müəssisələrin həm ÜDM-ə verdiyi töhfə, həm yeni iş yerlərinin yaradılması prosesində, həm də milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və yeni texnologiyaların tətbiqi baxımından rolu olduqca böyükdür. Kiçik və orta biznesin sabit sektoru istənilən ölkədə həyat səviyyəsinin və keyfiyyətinin artımını yüksəltməyə qadirdir. Həm də kiçik və orta müəssisələr bazarı iqtisadi səbəblərdən iri korporasiyalar tərəfindən istehsal olunmayan mal və xidmətlərlə təmin edirlər. Bu cür xidmətlər olmadan bir çox şirkət yüksək keyfiyyətli və müasir səviyyədə istehsalı həyata keçirə bilməzdi. Bu da sahibkarlığa dəstək formalarının, istiqamətlərinin daim genişləndirilməsini və yenilənməsini zərurətə çevirir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ