Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Ərzaq buğdası ilə bağlı xaricdən asılılıq problemi hələ də çözümünü tapmır...

Image


Bilindiyi kimi, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın 2021-ci ilin fevralından ərzaq buğdasına yüksək ixrac rüsumu tətbiq etməsi ölkəmizdə də un və çörəyin qiymətinin artmasına səbəb olub. Bahalaşmaının cari il ərzində özünü büruzə verməsinin səbəbi isə un idxalçılarına verilən subsidiyanın dayandırılması olub.

Qeyd edilən bahalaşmadan sonra gündəmə gələn əsas məsələlərdən biri yerli istehsal hesabına buğda təminatının artırılmasıdır. Lakin real vəziyyət hələlik əks mənzərəni üzə çıxarır. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar ayında Azərbaycana 32 milyon 475 min dollar dəyərində 93 min 704 ton buğda idxal edilib. Ötən ilin eyni ayı ilə müqayisədə buğda idxalı kəskin artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 5,5 dəfə, həcmi isə 4 dəfə artıb. Xatırladaq  ki, 2021-ci ilin yanvar ayında Azərbaycana 5 milyon 900 min dollar dəyərində 23 min 203 ton buğda idxal edilmişdi. Ümumilikdə, 2021-ci ildə Azərbaycana 331 milyon 946 min dollar dəyərində 1 milyon 148 min 101 ton buğda idxal olunub. Bir ton buğdanın idxal qiyməti ötən ilin yanvarında 254 dollar ikən, 2022-ci ilin yanvarında 347 dollar təşkil edib. Hazırda Azərbaycan buğda ilə özünü orta hesabla 60 % təmin edir. Qalan 40 %-lik hissə isə ölkəyə idxal olunur. Onu da bildirək ki, Azərbaycanın buğda tələbatı təxminən 3,1 milyon tondur. Ölkədə orta hesabla 650 min hektar sahədə buğda əkilir, məhsuldarlıq təxminən 31,4 sentnerə bərabərdir. Son 3 ilin məlumatına görə, ildə 2 milyon tona yaxın buğda istehsal olunur və hər il 1 milyon 300 min - 1 milyon 400 min ton həcmində buğda idxalına ehtiyac yaranır. İdxal edilən buğdanın böyük həcmi un istehsalında istifadə edilən ərzaqlıq buğdadır. Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr isə Rusiya, Qazaxıstan və Ukraynadır. Lakin bu ölkələrdə qiymət artımı Azərbaycana bilavasitə təsir edir. Xüsusən də Rusiyada.

Hazırda Azərbaycan ən çox taxılı məhz Rusiyadan alır. Rusiyada da bu məhsul sürətlə bahalaşır. Son iki ilə nəzər saldıqda Rusiyada taxılın qiyməti 2019-cu ilin dekabr ayı ilə müqayisədə 58,7 faiz, 2020-ci ilin müvafiq ayı ilə müqayisədə isə 33,1 faiz artıb. Rusiya bildirir ki, buğdanın qiyməti hər ton üçün 375 dollara çatarsa, daha yüksək ixrac vergisi tətbiq ediləcək. Qiymətlər hər ton üçün 400 dolları ötdükdə isə kvotalar daha da artırılacaq. Müvafiq rüsumlar xaricə satışları azaltmaq və yerli ərzaq inflyasiyasını səngitmək məqsədi daşıyır. Rusiyanın 2022-ci ilin birinci yarısında yeni taxıl ixracı kvotaları müəyyən edəcəyi və daha yüksək ixrac vergisi tətbiq etməsi gözlənilir. Bu fonda maraq doğuran odur ki, Azərbaycan özü ərzaq buğdası istehsalını artırsa, idxaldan asılılığı azaldıb, çörəyin və unun qiymətini aşağı salmaq mümkün ola bilərmi? Hazırda Azərbaycan hökuməti məhz bu istiqamətdə iş aparır. Xüsusən də azad edilmiş ərazilər hesabına istehsal genişlənir. Təkcə  ötən il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 10 min hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib. Bu il bu rəqəmin 100 min hektar olması nəzərdə tutulur. Məsələ burasındadır ki, Qarabağda ölkənin ən münbit, ən əlverişli torpaq sahələri yerləşir. Bundan başqa, hökumət nəzərə alır ki, ərzaq buğdası kimi strateji məhsulda idxaldan asılılığın azaldılması hökmən lazımdır, çünki dünya bazarlarında proseslərin necə cərəyan edəcəyi məlum deyil və  Rusiya buğdasının daha da bahalaşmayacağına heç bir təminat yoxdur. Elə Prezident İlham Əliyevin Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalaması da bundan irəli gəlir. Deputat Vüqar Bayramov bildirir ki, Azərbaycan müasir çağırışlara uyğun olaraq ərzaq təhlükəsizliyi və ərzaq təminatının formalaşması, xüsusən də dövlət ehtiyatının artırılması ilə bağlı sistemli fəaliyyət həyata keçirir: "Bu fonda, Prezidentin göstərişlərinə uyğun olaraq, Dövlət Taxıl Fondunun ehtiyatlarının artırılması, dövlət ehtiyatları üçün vəsaitlərin cəlb edilməsi və ərzaq təminatının formalaşması əsas prioritetlərdən biridir. Bu baxımdan Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Prezidentinin fərmanı birmənalı şəkildə ölkəmizdə ərzaq təhlükəsizliyinə xüsusi töhfə verəcək. Sənədə əsasən, Nazirlər Kabineti 3 ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir. Bu isə ondan xəbər verir ki, istehlak bazarında dəyişikliklər, qlobal bazardakı çağırışlar və buna uyğun olaraq ehtiyatların formalaşması əsas hədəflərdən biri olaraq qalmaqdadır". Deputat bildirib ki, qlobal bazarda növbəti illərdə hətta ərzaq qıtlığının olacağı proqnozlaşdırılır: "Qlobal bazarda ərzağa tələb artır. Amma buna rəğmən, biz təklifin azalmasını müşahidə edirik. Azərbaycanda ehtiyatların formalaşması həm də qlobal bazardakı dəyişikliklərin ölkədə istehlak bazarına, ərzaq təhlükəsizliyinə təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır. Bu fərman bir daha təsdiq edir ki, Azərbaycanda ərzaq təhlükəsizliyi və ərzaq təminatı prioritetdir. Bundan başqa, Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət həm də ölkədə ərzaq təminatında dayanıqlığın formalaşmasına, ehtiyatların həcminin artırılmasına xidmət edir".

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ