Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Aqrar sahədə səmərəsiz istifadə olunan torpaq sahələri geri alınır

Image


Bu gün Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ərzaq məhsullarına tələbin yerli istehsal hesabına təmin edilməsidir. Bu xüsusda indi xüsusi diqqət mərkəzində olan məsələlərdən biri də Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda önəmli yerlərdən birini tutan kənd təsərrüfatında istehsal həcmini artırmaqdır. İndi bunun üçün aqrar sahədə torpaqlardan səmərəli istifadənin təşkili də ön planda yer alır.

Qeyd edək ki, hazırda Azərbaycanda səmərəsiz istifadə olunan torpaq sahələri geri alınaraq başqalarına istifadəyə verilir. 2016-2021-ci illər ərzində 43 rayon və şəhər üzrə 1337 hüquqi və fiziki şəxs tərəfindən səmərəsiz istifadə olunan 254 min 135 hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq geri qaytarılaraq təkrar istifadəyə verilib. Bununla da torpaq sahələrinin daha səmərəli şəkildə istifadəçiliyi üçün zəmin yaradılıb. Əmlak Məsələləri Dövlət Xidməti bu fonda bildirir ki, ölkədə torpaqların dövlət idarəetməsinin təkmilləşdirilməsi, səmərəli istifadəsi, torpaq istifadəçiliyində gəlirliliyin artırılması istiqamətində mühüm tədbirlər görülür: “Bu məqsədlə beynəlxalq təcrübəyə əsaslanan mütərəqqi idarəetmə üsulları və yeni texnologiyalar tətbiq edilir, boş və istifadəsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması üçün təhlillər aparılır, yenidən əkin dövriyyəsinə cəlb olunur, torpaqların rentabelliliyi təmin edilir. Torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, həmçinin aqrar sahənin inkişafı ilə bağlı torpaqların təyinatının dəyişdirilməsi istiqamətində də tədbirlər həyata keçirilir. 2021-ci il ərzində 29 müraciət üzrə 5 min 346 hektar torpaq sahəsinin kateqoriyası Nazirlər Kabinetinin sərəncamları ilə dəyişdirilib. Ümumilikdə isə səmərəsiz istifadə olunan 252 min 487 hektara yaxın örüş-otlaq sahəsinin təyinatı Nazirlər Kabinetinin müvafiq qərarları ilə dəyişdirilib. Həmin ərazilərin 239 min 568 hektarı 51 aqroparkın, 24 iri təsərrüfatın və 38 digər hüquqi və fiziki şəxslərin icarəsinə verilib. Təyinatı dəyişdirilən torpaqlarda aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından önəmli tədbirlərdəndir. Təyinatı dəyişdirilən torpaq sahələrinin gəlirlilik potensialı da artırılır”. O da qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Xidməti torpaqların dövlət idarəedilməsində müasir yanaşmaların tətbiqini, effektiv üsullar həyata keçirməklə torpaq münasibətlərinin tənzimlənməsi istiqamətində tədbirləri davam etdirəcək. Bu da o deməkdir ki, torpaqlardan səmərəsiz istifadə halları artıq geridə qalır. Ekspertlər hesab edir ki, kənd təsərrüfatında əlverişli inkişaf dinamikasının formalaşması milli ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, əhalinin məşğulluğu probleminin həlli, kənd əhalisinin rifahının yaxşılaşdırılması, ixracın şaxələndirilməsi baxımından əhəmiyyətli rola malikdir.

Aqrar sektorda həyata keçirilən islahatlar və yeni strateji hədəflərin müəyyənləşdirilməsi indi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərir. Xatırladaq ki, dünya üzrə kənd təsərrüfatı məhsullarının istehsalı fərqli amillərdən asılıdır. Belə ki, burada coğrafi mövqe, iqlim, torpaq-bitki örtüyü, iqtisadi vəziyyət mühüm rol oynayır. Azərbaycanda coğrafi mövqe, iqlim kimi amillər əlverişli hesab edilir. İndi torpaqlardan da səmərəli istifadə aqrar məhsul istehsalının daha da yüksəlməsinə imkan verir. Həmçinin torpaqların əlverişli formada istifadəsi kənd təsərrüfatı üçün vacib olan aqroparkların sayını da əhəmiyyətli dərəcədə artırır. Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov da bunu vacib hesab edir. Bu günlərdə prezident İlham Əliyevin fəaliyyəti ilə tanış olduğu “Ağcabədi Taxıl Aqropark”ı fonunda o qeyd edir: “Ağcabədi Taxıl Aqropark”ı bütövlükdə ərzaq təhlükəsizliyinin və təminatının formalaşmasında mühüm amillərdən biridir. Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi prioritet məsələdir. Xüsisilə daxili imkanlar hesabına təminat ən vacib istiqamətlərdən biridir. Hazırda Azərbaycanda taxıla olan tələbatın 60 %-i yerli istehsal hesabına ödənilir, qalan 40 %-i isə idxal edilir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizin taxıl istehsalında, taxıla olan tələbin ödənilməsində xüsusi rolu ola bilər. Ağcabədi, Ağdam, Füzuli taxıl istehsalı baxımından Qarabağda aparıcı rayonlardandır. Ağdam və Füzulinin əsas hissələrinin uzun müddət işğal altında qalması o rayonların potensialından istifadə etməyə imkan verməyib. İlkin qiymətləndirmələr göstərir ki, işğaldan azad edilmiş ərazilərdə 200 min tona yaxın taxıl istehsalı mümkündür. Bu da ölkənin ərzaq təhlükəsizliyi və ərzaq təminatı baxımından çox vacibdir. “Ağcabədi taxıl Aqropark” ölkədə taxıla olan tələbin yerli istehsal hesabına ödənilməsinə xüsusi, müsbət təsir göstərəcək, xüsusən də taxılda idxaldan asılılığın aradan qaldırılmasına xüsusi töhfə verəcək. Bu aqropark həm də işğaldan azad edilmiş ərazilərimiz üçün taxıl məhsullarının yetişdirilməsi, hazırlanması və istifadəsinə imkan yaradacaq”.

Xatırladaq ki, “Ağcabədi taxıl Aqropark” müasir əkinçilik və bağçılıq təsərrüfatının qurulması layihəsi olan aqroparkın ümumi sahəsi 3 min hektardır. Bu ərazinin 850 hektarı dövlət ehtiyat fonduna daxildir. Aqroparkın faktiki əkin sahəsi 1368 hektardır. Burada əsasən arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və sair bitkilər becərilib. Aqroparkda, həmçinin, 110 hektar sahədə intensiv badam bağı salınıb. Burada suvarma mənbəyi kimi Yuxarı Qarabağ kanalından istifadə olunur. Əkin sahələrinin suvarılmasında ən müasir sistemlərdən istifadə edilir. Aqroparkın emal sahəsi gündəlik gücü 150 ton olan yem zavodundan və 100 ton olan yem paketləmə xəttindən ibarətdir. Ümumi dəyəri 35 milyon manat olan aqroparkın yaradılmasına 9,8 milyon manat məbləğində güzəştli kredit verilib.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ