çərşənbə günü, 30 sentyabr 2026
     

“Mavi yanacaq” Azərbaycana daha çox pul qazandırmağa başlayır

Image


Bu ilin yanvar-iyul aylarında Azərbaycan 17 milyon 107 min ton həcmində xam neft və neft məhsulları ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu miqdarda məhsulun dəyəri 7 milyard 586 milyon  dolları təşkil edib. Bu ilin 7 ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 12,5 % az, dəyəri isə 18,6 % çoxdur. Neft ixracının azalması fonunda Azərbaycan xarici satdığı qazın miqdarını xeyli artırıb. Belə ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 12,061 milyard kubmetr təbii qaz ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,4 % çoxdur. Məlumata görə, ötən 7 ay ərzində ixrac edilən təbii qazın ümumi dəyəri isə 35,4 % artaraq 2,015 milyard  dollar təşkil edib. Azərbaycan qazı əsas etibarı ilə Türkiyəyə, İtaliyaya,  Gürcüstana, Yunanıstana,  Bolqarıstana, İrana ixrac edilib.

Hazırda Avropa istiqamətində qaz ixracı Azərbaycana daha çox gəlir gətirir. Çünki Avropada qazın qiyməti sürətlə bahalaşır. Son məlumatlara əsasən, Avropada qazın qiyməti 1000 kubmetr üçün 580  dolları keçərək yeni rekord müəyyən edib. Belə ki, Avropanın ən likvid habı hesab olunan TTF indeksi üzrə sentyabrda çatdırmaq şərti ilə təbii qaz qiyməti 1000 kubmetr üçün 586,3  dollara çatıb. Qazın rekord dərəcədə bahalaşması Rusiyanın təbii qaz inhisarçısı olan  “Qazprom”un Ukrayna üzərindən tranziti üçün əlavə imkanların yalnız 4.3%-ni sifariş etməsidir. “Qazprom” şirkətinin Yamal-Nen muxtar dairəsində yerləşən zavodunda baş verən yanğın və Ukrayna ərazisindən əlavə nəqldən imtina etməsi fonunda Avropada qaz qiymətləri yüksəlir. Artan qiymətlər isə Azərbaycan üçün də sərfəlidir. Artıq Avropada Azərbaycan qazına tələb sürətlə artır. Bunun nəticəsidir ki, “Cənub Qaz Dəhlizi”nin son halqası olan TAP kəməri tam həcmdə dolub. Ekspertlər hesab edir ki, Avropa istiqamətində tədarükün artması qanunauyğundur. Çünki bölgədə ötən qış ərzində boşalmış yeraltı anbarların doldurulması zərurətindən və artmış tələbatdan son bir neçə ay ərzində ciddi qaz defisiti hökm sürür. Avropa yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi, “Gas Infrastructure Europe”in məlumatına görə, iyil ayında 54,7%-ə çatıb. Bu da çox azdır. Çünki 2020-ci ilin iyulunda bu göstərici  84,8% təşkil edirdi. İsitmə mövsümünün yaxınlaşması hazırkı vəziyyəti bir qədər də çətinləşdirir. Ənənəvi olaraq “yeraltı anbarlar” doldurulmadan paylamağa keçirlər. Anbarların hazırkı doldurulma templərini nəzərə alsaq, qışadək ehtiyatların həcmi, çətin ki, 70%-i keçsin. Norma isə 92%-dir.

Sıxılmış qaz tədarükçüləri olan ABŞ və Qətər isə indi yüklərini daha əlverişli Cənubi Amerika və Asiya bazarlarına yönəldirlər. Bu fonda  “Qazprom” isə bir il əvvəldən Polşa və Ukrayna vasitəsilə Avropaya əlavə həcmlərin tədarükünə dair hərraclarda iştirakdan imtina edib. Nəticədə Avropada qazın qiyməti kəskin artmağa başlayıb. Rusiyanın Texnologiyaların İnkişafı İnstitutunun eksperti Dmitri Koptev qeyd edir: “Avropalı istehlakçılar iri tədarüklər istəyirlər, qazı maksimal qısa müddətdə almaq istəyirlər. Qaz bazarı və onun qiymət dinamikası indi sabit deyil. Qiymətlər artır. Bu, Rusiya, Azərbaycan kimi Avropaya qaz tədarük edən ölkələr üçün olduqca sərfəlidir. Avropa ölkələri indi qiymətlər yüksək olanda əlavə həcmlər alsalar, bu, Bakı üçün çox əlverişli olacaq. Azərbaycan artıq gündəlik və həftəlik səviyyələrdə tədarük həcmini artırmaq üçün imkanlarını səfərbər etməlidir. Bu, hazırda alıcıların da əsas marağıdır”.

Onu da qeyd edək ki, bu gün Avropanın qaz tədarükünün təxminən üçdə biri Rusiyanın payına düşür. TAP-la birgə həyata keçirilən bir neçə layihə qitənin Rusiya qazından asılılığının azaldılmasına istiqamətlənib. Bu səbəbdən Avropa TAP-la daha çox qaz almağa çalışır. Bolqarıstanın sabiq iqtisadiyyat, energetika və turizm naziri Assen Vasilev hesab edir ki, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması təkcə Cənub-Şərqi Avropa ölkələrinin deyil, həm də Avropa İttifaqının qaz mənbələrinin şaxələndirilməsi baxımından mühüm addımdır: “Qazprom” şirkətinin ənənəvi tədarükü ilə yanaşı, artıq Avropa Azərbaycandan da qaz alır. “Cənub Qaz Dəhlizi” layihəsi Avropa İttifaqının qaz mənbələrinin şaxələndirilməsi baxımından böyük potensiala malikdir. Çünki o, Şərqi Aralıq dənizində hasilatı planlaşdırılan yataqlardan, o cümlədən Yunanıstan və Türkiyədəki mayeləşdirilmiş qaz terminallarından sürətli tədarük üçün imkanlar açır”. “Cənub Qaz Dəhlizi”nin işə düşməsi ilə Avropanın regional interkonnektorları vasitəsilə bütün qitənin qaz mənbələrinin şaxələndirilməsi üçün də imkan yaranır. Bundan başqa, Avropada qarşıdakı illərdə ənənəvi enerji mənbələrindən alternativ enerji mənbələrinə keçiddə təbii qaz aralıq yanacaq növü kimi götürülür. Bu da təbii qaza tələbatın yüksək olmasına şərait yaradacaq. Digər tərəfdən, yenə qarşıdakı illərdə neft məhsullarına tələbat neft-kimya məhsullarına olan tələbatdan geri qalacaq. Yəni dünyanın neft-kimya məhsullarına olan tələbatı neft məhsullarına olan tələbatını bir neçə dəfə üstələyəcək. Ona görə də təbii qaza olan tələbat artacaq və qiymətlərdə artım olacaq.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ