Bu gün Baş nazir Əli Əsədov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb.
Nazirlər Kabinetindən verilən məlumata görə, Sərəncamda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın formalaşması, bu sahədə strateji planlaşma və idarəetmənin effektiv təşkili və əlaqələndirilməsi, habelə uyğun siyasət və islahat istiqamətlərinin müəyyən edilməsi məqsədilə qərarlar öz əksini tapıb.
Sərəncama əsasən Baş nazirin sədrliyi, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının iştirakı ilə Komissiya yaradılıb.
Komissiya “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirəcək.
Komissiyanın tərkibi aşağıdakı kimidir:
Komissiyanın sədri Azərbaycan Respublikasının Baş naziri Komissiya sədrinin müavini Azərbaycan Respublikasının iqtisadiyyat naziri Komissiyanın üzvləri: Azərbaycan Respublikasının maliyyə naziri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Azərbaycan Respublikasının energetika naziri Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Azərbaycan Respublikasının ədliyyə naziri Azərbaycan Respublikasının təhsil naziri Azərbaycan Respublikasının səhiyyə naziri Azərbaycan Respublikasının gənclər və idman naziri Azərbaycan Respublikasının mədəniyyət naziri Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Baş nazirinin köməkçisi.