çərşənbə axşamı günü, 18 avqust 2026
     

Çin valyutası və qızıl dolları Azərbaycanda da sıxışdıracaq...

Image


Son bir ildə, qonşu Rusiya da daxil olmaqla, dünyanın bir çox ölkələrinin mərkəzi bankları qızıl və yuan alışını artırıb. Azərbaycan da valyuta ehtiyatlarının tərkibində qızılın xüsusi çəkisini artırır, amma Çin milli valyutasını da valyuta ehtiyatlarının tərkibinə daxil etmək istiqamətində hələlik tələsmir. Ekspertlər isə bildirir ki, yuanla bağlı baş verənlər bu pulu da Azərbaycan üçün cəlbedici edə bilər.

 Məhz belə bir vaxtda ABŞ-ın investisiya bankı olan “Morgan Stanley” analitiklərinin hesabatında bildirilir ki, son vaxtlar Çinə xarici investisiyaların axınının güclənməsi bu ölkənin milli valyutası yuanın dəyərini kəskin artıra, onu ABŞ dolları və avrodan sonra dünyanın 3-cü yığım vasitəsinə çevirə bilər.  Sənədə əsasən, hazırda yuanda saxlanan aktivlərin dünya üzrə xüsusi çəkisi 2% təşkil edir. Bu göstəricinin 2030-cu ilə qədər 5-10% aralığına yüksələrək yapon yenini və ingilis funt sterlinqini keçəcəyi gözlənir. Qeyd edək ki, bu il Çin iqtisadiyyatına xarici investisiya qoyuluşunun 150 milyard dolları keçəcəyi, 2021-2030-cu illərdə isə bu rəqəmin 200-300 milyard dollar arasında dəyişəcəyi proqnozlaşdırılır. Hazırda Çin pulunu bahalaşdıran daha bir amil isə bir çox ölkələrin onu ehtiyat valyuta kimi toplamasıdır. Bunun ümdə səbəblərindən biri də dolların ucuzlaşmasıdır. Dünya bazarında dolların məzənnəsi isə durmadan ucuzlaşır. Artıq dördüncü aydır ABŞ valyutasının məzənnəsinin düşməsi oyunu davam edir. Analitiklər dolların daha da zəifləməsini istisna etmir. Yenə də dolların çöküşünün yaxınlaşdığına dair açıqlamalar var. Bəzi mütəxəssislər ABŞ valyutasını uzunmüddətli zəifləmə tendensiyası gözlədiyini və ABŞ-ın bunu koronavirusdan gözləniləndən daha çox zərər görən iqtisadiyyatına kömək üçün qəsdən etdiyini deyir. “A.G.Biset Associates” valyuta və sərmayə tədqiqatları şirkətinin baş direktoru Ulf Lindahl bildirir ki, gələn il ABŞ dolları avroya qarşı 36 faiz ucuzlaşaraq on ildən artıq əvvəlki vəziyyətə qayıdacaq. Son 27 ayın ən aşağı səviyyəsində olan, bu ilin pik nöqtəsindəkinə nisbətən əsas tərəf-müqabillərinə qarşı 11 faizədək ucuzlaşan ABŞ dollarının çox böyük hərəkətinin başlanğıcda olduğu, nəticədə bir çox sərmayədarların öz vəsaitlərini ABŞ qiymətli kağızlarında saxlamaqdan daşına biləcəyi də xüsusi qeyd olunur. Hazırda “Bank of Amerika”nın “Global Research” qrupundakı fond menecerlərinin 36 faizi ilin ikinci yarısında əsas valyuta satışları üçün dolların yerini ixtisar edib. Sərmayədarların bir çoxunun qənaətincə, ABŞ-dakı iqtisadi tənəzzül, faiz dərəcələrinin azalması, pandemiyanın fəsadlarına qarşı tətbiq edilən müxtəlif yardım və dəstək proqramları nəticəsində büdcə kəsirinin artacağı ehtimalları üzündən dollar daha da ucuzlaşacaq. Bəzi ekspertlərə görə, dolların məzənnəsi hazırda həqiqi həddən 10 faiz yuxarı saxlanır. Rusiyanın FINAM İnvestisiya Holdinqi Səhmdar Cəmiyyətinin analitiki Sergey Drozdov da hesab edir ki, ABŞ valyutası dünya bazarındakı mövqeyini sürətlə itirir: “Bu halda avronun dollar qarşısında böyüməsi müxtəlif amillərlə əlaqəlidir. Bunlardan biri də Avropa iqtisadiyyatının koronavirus böhranından ABŞ-dakından daha sürətli çıxacağı hissidir. Avropa İttifaqı iqtisadiyyatı üçün 750 milyard avroluq yardım proqramı barədə razılığa gələndə impuls başladı. Bəli, amerikalılar hamıdan çox pul çap edirlər. Pul nə qədər çox olsa, valyuta o qədər zəifləyir. ABŞ-ın bilərəkdən valyutasını zəiflətməyə hazırlaşdığı və bu tendensiyanın uzunmüddətli olacağı versiyası da var. 2008-ci il böhranını xatırlayaq. Dollar Federal Ehtiyatlar Sisteminin çap maşınını işə salması fonunda zəifləyirdi. O vaxt dolların zəifləməsi çoxlarının xoşuna gəlmirdi. İndi böhran şəraitində ABŞ valyutası mövqeyini itirir”. Ekspert neft istehsal edən ölkələrin milli valyutaları haqqında da maraqlı fikirlər səsləndirib: “Neft istehsal edən ölkələrin iki yolu var. Birincisi, ehtiyatlar toplanıbsa, o zaman sosial gərginliyi azaltmaq üçün mərkəzi banklar milli valyutaların məzənnəsini saxlamaq üçün valyuta müdaxilələri həyata keçirməyə başlayır. Rusiya bunu 2008-ci ildə etdi, sonra bizdə bu praktikadan imtina edildi. İkinci variant üzən məzənnədir, hansı ki, Rusiya hazırda tətbiq edir. Yəni neft nə qədər ucuz olarsa, rubl o qədər zəifdir. Büdcə bundan əziyyət çəkmir, amma təbii ki, əhali üçün bu yaxşı deyil. Ancaq aydındır ki, ən yaxşısı çoxşaxəli iqtisadiyyata sahib olmaq, ehtiyatları spekulyativ hücumlara sərf etməməkdir. Bu, neft istehsal edən ölkələr üçün çox vacibdir”. Ekspert belə vəziyyətdə, avro ilə yanaşı, yuana marağın artmasını da təbii sayır.

Xatırladaq ki, Azərbaycanda valyuta ehtiyatlarının tərkibində dollar və avronun payı yüksəkdir. Hesab edilir ki, dollarla olan vəsaitin daha çox hissəsi artıq qızılla, avro və yuanla əvəzlənməlidir. Yəni yaranmış vəziyyətdə Azərbaycan valyuta ehtiyatlarındakı dolların həcmi ilə bağlı siyasətini də yenidən nəzərdən keçirə bilər. Bunu artıq əksər ölkələr, məsələn, Rusiya, Çin, Türkiyə və digərləri edir. Onlar valyuta ehtiyatlarındakı dolları daha çox qızıl və digər valyutalarla əvəzəlyir. 

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 11:25
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ