çərşənbə axşamı günü, 18 avqust 2026
     

ABŞ - Rusiya didişməsi kəskinləşir, Azərbaycan qazı isə artıq Avropa sərhədlərində...

Image


Məlum olduğu kimi, bu günlərdə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan təbii qazın artıq Avropaya nəql edilməsinə başlanıb. Məlumata görə, təbii qaz Türkiyə-Yunanıstan sərhədində TANAP-a qoşulan TAP boru kəmərinə ötürülür. Xətdə ehtiyat yaratmaq üçün qaz nəqli müəyyən müddət davam edəcək. Bununla həm də boru kəmərinin, kompressor və ölçmə stansiyalarının sınaqlarına başlanıb. Beləliklə, bu ilin sonu, gələn ilin əvvəlindən etibarən TAP-ın tam şəkildə istifadəyə verilməsi planlaşdırılır. Artıq Azərbaycan qazının Avropaya çıxışı tam reallaşır.

Bütün bunlar dünya miqyasında, xüsusən də Avropa bazarı uğrunda kəskin rəqabətə girişən Rusiya və ABŞ tərəfindən də diqqətlə izlənilir. Ekspertlər hesab edir ki, Rusiya və ABŞ-ın yaşadığı ziddiyyət fonunda Azərbaycan qazı Avropanın bir çox ölkələrinin ehtiyacını ödəməkdə mühüm rol oynayacaq. Bu xüsusda Rusiyanın “360tv.ru” portalı yazır:“ABŞ, Rusiya və Almaniyanın birgə həyata keçirdiyi “Şimal axını-2”nin inşasının tamamlanmasının qarşısını fəal şəkildə almağa çalışır. Eyni zamanda, amerikalı senatorlar alman tərəfini hətta “maliyyə məhvi” ilə təhdid edirlər. Hələ ötən ilin sonunda ABŞ Konqresi 2020-ci maliyyə ili üçün müdafiə büdcəsi haqqında qanun layihəsini təsdiqləyib. Dekabrın 20-də layihəni ABŞ prezidenti Donald Tramp imzaladı və sənəd qüvvəyə mindi. Sənəddə “Şimal axını-2”nin tikintisində iştirak edən 350 şirkətə qarşı sanksiyalar nəzərdə tutulur. Vaşinqton podratçılardan qaz kəməri üzərində işin dərhal dayandırılmasını tələb edir. Bundan sonra boru və kabellərin su altından çəkilməsi üzrə ixtisaslaşan İsveçrənin “Allseas” şirkəti öz borularını Baltik dənizindən geri qaytarmalı oldu. Bu o zaman idi ki, Bundestaqda ABŞ-ı siyasətin “ac şir”i adlandırırdılar. İndi məhdudiyyətlər üzündən “Şimal axını-2″nin tikintisi iştirakçıları ilə işləyən sığorta şirkətlərinə də şamil edilə bilər. Bu il avqustun əvvəlində isə məlum oldu ki, Amerika tərəfi Almaniyanın Mukran limanını da sanksiyalarla hədələyib. Üç senator - Ted Kruz, Tom Cotton və Ron Conson limanın operatoru olan “Sassnitz GmbH” şirkətinə məktub göndərib. Məktubda şirkət “Şimal axını-2″nin dəstəklənməsi səbəbindən “maliyyə məhvi” təhlükəsi ilə təhdid olunur. “Əgər siz “Şimal axını-2″ layihəsinə material, xidmət və dəstək verməyə davam etsəniz, şirkətinizin maliyyə gələcəyini məhv edəcəksiniz”, – deyə məktubda bildirilir.

Mukran limanı Rügen adasında yerləşir. Bu, qaz kəmərinin tikintisində vacib logistika məntəqəsidir. “Şimal axını-2” filialları üçün borular bu limanda saxlanılır. ABŞ-ın sanksiyalarından və təhdidlərindən sonra Almaniya siyasətçiləri arasında qaz kəmərinin tikintisinin başa çatdırılmasının tərəfdarlarının sayı xeyli artıb. Almaniya Bundestaqının Energetika üzrə komitəsinin rəhbəri Klaus Ernst bəyan edib ki, Almaniya ABŞ-ın “Şimal axını-2″ təhlükəsi üzündən BMT-yə müraciət etmək imkanını nəzərdən keçirir. Ernst bir ölkənin, məsələn ABŞ-ın, digər suveren ölkəyə özünü enerji ilə necə təmin etməsi istiqamətində diqtəsini yolverilməz adlandırıb. Siyasətçi hesab edir ki, bu, “istənilən ağlabatan münasibətlərə ziddir”. Bundan başqa, o, Nazirlər Kabinetini ABŞ senatorlarının məktubuna cavab olaraq Amerika qazının tədarükünə rüsum tətbiq etməyə çağırıb. Deputatın fikrincə, senatorların müraciəti “ədəbsizliyin fövqündə cəsarət” nümunəsidir. Almaniya kansleri Angela Merkel də Birləşmiş Ştatların hərəkətlərini düzgün hesab etmir. O, MDR teleradiosuna açıqlamasında bildirib ki, qaz kəmərinin tikintisi, amerikalıların hədələrinə baxmayaraq, başa çatacaq. Bundestaqın deputatı Valdemar Herdt isə bildirib:“Qaz kəməri Almaniyanın və bütün Avropanın iqtisadi təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. İndi aydın olur ki, “Şimal axını-2” məsələsi sadəcə qaz təhlükəsizliyi deyil, həm də ölkəmizin və Aİ-nin suverenliyi məsələsidir. Əgər biz dövlətlərimizin maraqlarını hamımız birlikdə müdafiə edə bilmiriksə, sual yaranır: “niyə birləşmişik?” Həm də biz özümüzü iqtisadiyyatımıza etinasız yanaşan “dostlarımızdan” müdafiə edirik”. Herdtin sözlərinə görə, Almaniya üçün “Şimal axını-2”-yə alternativ ABŞ-ın maye qazının alınmasıdır. Deputatın versiyasına görə, bu, “qaz kəməri ətrafında bütün bu çaxnaşmanın əsas səbəbi ola bilər”. Halbuki, mayeləşdirilmiş qaz ətraf mühitə qayğı baxımından ən yaxşı variant deyil. Bundan başqa, daha bahalıdır. Herdt hesab edir ki, ABŞ “Şimal axını-2” layihəsi ilə satış bazarları uğrunda mübarizə aparır. ABŞ-ın kölgədə qoyduğu diskussiyanın əsas məqsədi Rusiyanı zəiflətməkdir. Bu fikirlə politoloq Maksim Vilisov da razıdır. Bununla yanaşı, onun versiyasına görə, Birləşmiş Ştatlar Almaniyaya təzyiqi artırmaq üçün Rusiyanın nüfuzdan salınması üzrə bir neçə kampaniyaya dəstək verir:“ABŞ Rusiyanın Belarusu az qala ilhaq etməsi iddiasını irəli sürür. Ona görə də, guya Moskvanı durdurmaq lazımdır. “Şimal axını-2” sanksiyaları ilə Belarus böhranının eyni tarixə düşməsi bu mənada təsadüfi deyil”. Bütün bunlar Aİ-də Rusiya ilə birgə layihələrdə iştirak edən yerli siyasətçilər haqqında müəyyən ictimai rəy yaratmaq məqsədi daşıyır. Çünki Rusiya və Almaniya iqtisadi maraqlarına görə bu məsələdə “eyni qayıqda” oturublar. Amma istənilən halda, ABŞ-ın addımları Rusiyadan Avropaya qaz nəqlini xeyli ləngidib və ləngitməkdə davam edir”. Məhz belə vəziyyətdə Azərbaycan qazının Avropa üçün əhəmiyyəti artır. Çünki bu qazdan və Azərbaycan üzərindən Avropaya çatdırılacaq mavi yanacaqdan Avropanın əksər ölkələri, o cümlədən Almaniya, Fransa, İngiltərə belə istifadə edə bilər. Azərbaycan qazı isə artıq Avropaya axır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 11:25
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ