“Qala” taekvando klubunun komandası növbəti uğura imza atıb. Belə ki, respublika miqyaslı yarışlarda aktiv iştirakı ilə seçilən “Qala” taekvando klubunun komandası budəfəki uğurunu 31 mart-1 aprel tarixlərində Göygöl rayonunda keçirilən açıq birincilikdə qazanıb.
Klub rəhbəri 4 dan qara kəmər, birinci dərəcəli məşqçi Ramil Həsənov bizimlə söhbətində qeyd etdi ki, komanda üzvləri açıq birincilikdə fəal iştirak ediblər: “Göygöl rayonunda təşkil edilən açıq birincilik 1918-ci il 31 mart azərbaycanlıların soyqırımının 100 illiyi münasibəti ilə keçirildi. Bu açıq birincilik 100 il əvvəl erməni vandalizminin qurbanı olan soydaşlarımızın xatirəsinə həsr edilmişdi. Bilirsiniz ki, “Qala” taekvando klubunun komandası mütəmadi olaraq paytaxtda, bölgələrdə, eləcə də xarici ölkələrdə təşkil edilən müxtəlif yarışlara, açıq birinciliklərə, çempionatlara qatılır. Komanda üzvləri hər zaman öz aktivliyi ilə seçilir. Göygöl rayonunda təşkil edilən açıq birincilikdə 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazandıq”.
Qeyd edək komanda üzvlərindən 21 kq çəki dərəcəsində Gülnur Musazadə 1-ci, 53 kq çəki dərəcəsində Kənan Yusifov, 63 kq çəki dərəcəsində Sultan Ağayev, 33 kq çəki dərəcəsində isə Fatma İsmayılova 3-cü yeri tutublar. 55 kq çəki dərəcəsində Aysu İsmayılova və 42 kq çəki dərəcəsində Aygün Məmmədova 3-cü yerə layiq görülüblər.
İradə SARIYEVA