Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Baki-xeber.com-un prezident.az saytına istinadən xəbərinə görə, təbrikdə deyilir: "Cənab Prezident. Milli bayramınız 28 May - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdan gələn illərdə Sizə və Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram".