Şənbə günü İran İslam Respublikasının nüvə enerjisi üzrə təşkilatının rəhbəri Əli Əkbər Salehi və avrokomissar Migel Arias Kontye arasında görüş olub.
Baki-xeber.com-un xəbərinə görə, tərəflər Aİ və İranın Tehranın nüvə proqramı üzrə birgə fəaliyyətilə вağlı razılıq əldə edib. Bu razılaşma həm də ümumən dinc nüvə fəaliyyətini nəzərdə tutur.
Tərəflər eyni zamanda bu ilin noyabrında Brüsseldə “nüvə əməkdaşlığı” üzrə üçüncü seminarın keçirilməsi barədə razılaşıb. “Avroittifaq İranın dinc nüvə enerjisindən təhlükəsiz istifadə cəhdlərini qətiyyətlə dəstəkləyir” – deyə sənəddə bildirilir.