Avroittifaq ölkələri Amerika sanksiyalarından gələcək ziyanı qarşılamağa yardım edərsə, Tehran “nüvə anlaşması”nın şərtlərinə əməl etməyə hazırdır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “The Wall Street Journal” nəşri yazır. Bildirilir ki, Brüssel İranın neft və qazını almağa davam etməklə onu nüvə zənginləşdirilməsi fəaliyyətindən çəkindirməyi düşünür.
Qəzetin xəbərinə görə, məsələnin həlli üçün Aİ 1996-cı il qanununu tətbiq etməyi nəzərdə tutur. Həmin qanun Avropa təşkilatlarını Amerika sanksiyalarından sığortalayır.
Xatırladaq ki, mayın əvvəlində ABŞ prezidenti Donald Tramp, öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək, İranla “nüvə anlaşması”ndan çıxdığını bəyan edib. Ardınca İran nüvə zənginləşdirilməsi proqramını davam etdirəcəyini açıqlayıb.