şənbə günü, 17 oktyabr 2026
     

Tiflisin mərkəzi tarixi yerlərindəki azərbaycanlıların evlərindən ucqarlara sıxışdırıldığı barədə rəylər dolaşır

Image


Aydın Xan Əbilov: “Sakinlər şikayət edirlər ki, onları Şeytanbazar, Ortacala, Meydan və başqa yerlərdən köçürməklə buradan Azərbaycan türklərinin izlərini silməyə çalışırlar”

Dəyanət Osmanlı: “Bu məsələni araşdırandan sonra ictimaiyyətə açıqlama verəcəyik”

Məlum olduğu kimi, qədim dövrlərdən Tiflisin əsas sakinləri arasında azərbaycanlılar da olub. Tiflisdə Azərbaycan türklərinin tarixən kompakt yaşadığı xüsusi məhəllələr olub ki, onlar bu gün də mövcuddur. Hazırda Ortacala, Meydan, Vera, Vaşlıcuvar, Saburtalo, Kaspi, Sanzona və Varketili massivlərində azərbaycanlılar kompakt şəkildə yerləşməkdədirlər. Ümumiyyətlə, Sovet dövründə də, ondan əvvəlki mərhələlərdə də Tiflisdə köklü azərbaycanlı ailələri çox yaşayıb. Qeyd etdiyimiz kimi, azərbaycanlıların 100 illər uzunu Tiflisdə yaşaması faktdır.

Son zamanlar Tiflisdə yaşayan azərbaycanlılarla bağlı müxtəlif məlumatlar alırıq. Bir müddət əvvəl Tiflisdə səfərdə olan Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində bildirdi ki, Gürcüstanın paytaxtında yerləşən azərbaycanlı məhəllələrindən, mərkəzdən azərbaycanlıların Tiflisin kənarlarına köçürülməsi haqqında məlumat alıb. A.X.Əbilov qeyd etdi ki, Tiflisin azərbaycanlı sakinlərinin ona verdiyi məlumata görə, azərbaycanlıların evləri xaricdən gələn varlı gürcülər tərəfindən baha qiymətə alınır və onların paytaxdan kənara köçürülməsi həyata keçirilir: “Mən bu yaxınlarda Tiflisə getmişdim. Orada olarkən soydaşlarımızla da ünsiyyətdə oldum, onlarla söhbətlər etdim. Tiflisin tarixən azərbaycanlılar yaşayan məhəllələrinin sakinləri öz evlərindən köçürüldüklərini deyirlər. Onlar bildirdilər ki, xaricdən gələn imkanlı gürcülər çox baha qiymətə azərbaycanlıların evlərini alırlar. Bunun nəticəsində isə yerli azərbaycanlı sakinlər ucqar yerlərə köçüb gedirlər. Sakinlər onu da qeyd etdilər ki, onların köçürülməsi olduqca sakit, mədəni şəkildə, təzyiq göstərilmədən həyata keçirilir. Yəni sakitcə gəlib yüksək məbləğdə pul təklif edib evlərini alırlar. Bilirsiniz ki, o məhəllələrdə qədim dövrlərdən azərbaycanlılar yaşayıb və bu amili təsdiqləyən saysız fakt var. Biz heç kəsin torpağına iddia etmirik, ancaq fakt budur ki, azərbaycanlılar bu ərazilərdə tarixən yaşayıb, öz mədəniyyətini, etnoqrafiyasını formalaşdırıb. Bu ərazidə Azərbaycan türklərinin adı ilə bağlı olan yerlər, məkanlar, abidələr, yer, dağ, çay adları çoxdur. Elə Tiflisin özündə neçə məkan var ki, onun adı Azərbaycan dilindədir. Narın qala, Sənan dağı, Ortacala və başqa yerlər tarixən ulu əcdadlarımızın izini özündə saxlayıb.

Azərbaycanlıların öz tarixi məhəllələrindən köçürülməsi xəbəri həqiqətən də bir ziyalı kimi məni narahat etməyə bilməzdi. Bu məsələnin kökündən araşdırılmasına ciddi ehtiyac var. Çünki azərbaycanlıların öz evindən mədəni şəkildə köçürülməsi hər kəsi narahat etməlidir. Bayaq dedim ki, Tiflisdə azərbaycanlıların izini özündə saxlayan abidələr, başqa tikililər var, onlar məhv ediləndən sonra biz onda kimə nə sübut edə biləcəyik? Çünki deyilənə görə, o varlı şəxslər məhəllələrdən evləri alandan sonra onları yerli-dibli uçurdub əvəzində başqasını inşa edirlər. Bununla da iz tamamilə silinir. Düşünürəm ki, bu məsələ ətrafında araşdırma aparılmalı, Tiflisin azərbaycanlı sakinlərini dinləmək lazımdır”.

A.X.Əbilov qeyd etdi ki, Azərbaycan tarixinin, mədəniyyətinin, maarifçiliyinin böyük bir mərhələsi Tiflis mühiti ilə bağlıdır. O hesab edir ki, Azərbaycan türklərinin tarixən yaşadığı, əsrlər boyu öz mədəniyyətini formalaşdırdığı hər bir məkan, diyar onların evi sayılır: “Gürcüstanın paytaxtında, Borçalıda və eləcə də azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə tariximizin böyük izləri qalır və bunun tədqiqata cəlb edilməsinə çox böyük ehtiyac var. Yalnız tarixçilər, alimlər yox, elə sadə insanlar bir qədər diqqətli olsalar, orada azərbaycanlılara aid tarixi izlərin yavaş-yavaş silindiyini müşahidə edə bilərlər. Bu gün Tiflisin özündə də bu proses açıq-gizlin şəkildə həyata keçirilir. Dediyim kimi, bu barədə Tiflis sakini olan azərbaycanlılar çox danışırlar. Sakinlər şikayət edirlər ki, onları Şeytanbazar, Ortacala, Meydan və başqa yerlərdən köçürməklə buradan Azərbaycan türklərinin izlərini silməyə çalışırlar. Camaat çox narahatdır. Hər halda, bu narahatlığı onlarla söhbət zamanı dərindən duydum. Tiflisdə məscidlər, hamamlar, başqa tikililər var ki, orada azərbaycanlıların izi tamamilə o daşların yaddaşına köçüb. Onu da vurğulayım ki, Tiflisdə müxtəlif Azərbaycan şahlarının əmri ilə salınan azərbaycanlı məhəllələr var. Sakinlərin verdiyi məlumata görə, hazırda o məhəllələrin sökülməsi həyata keçirilir. Azərbaycanlıların tarixən yaşadığı küçələrdə, məhəllələrdə onların sayı get-gedə azalır. Deyim ki, soydaşlarımızın bir qismi yaşamaq üçün Bakıya, bir qismi Türkiyəyə, bir qismi isə Tiflisin ucqarlarına köçüb gedir. Düşünürəm ki, bu məsələ ilə bağlı ciddi reaksiyalar olmalıdır. Yəni azərbaycanlıların təmsil olunduğu ictimai qurum və təşkilatlar, azərbaycanlı millət vəkilləri Tiflisin azərbaycanlılar yaşayan məhəllələrinin sakinləri ilə görüşməli, onların problemlərinin həllinə yardım göstərməlidirlər. Ola bilsin ki, bu görüşlərdən, söhbətlərdən sonra sakinləri narahat edən köçürülmə prosesinin qarşısı alındı. Azərbaycanla Gürcüstan arasında sıx dostluq, qardaşlıq əlaqələri var. Bilirsiniz ki, bu dostluğun təməl daşını ümummilli liderimiz Heydər Əliyev qoyub. Bu gün də o əlaqələr hərtərəfli şəkildə davam etdirilir. Hesab edirəm ki, köçürülmə məsələsi ətrafında geniş fikir mübadiləsi, müzakirələr aparılması vacibdir”.

“Borçalı” İctimai Birliyinin rəsmi təmsilçilərindən biri, tanınmış ziyalı, əslən Borçalıdan olan Dəyanət Osmanlı mövzu ilə əlaqədar “Bakı-Xəbər”ə bildirdi ki, sözügedən məsələ ilə bağlı onlara hər hansı bir məlumat daxil olmayıb. D.Osmanlı bununla belə, vurğuladı ki, bu məlumatla bağlı ciddi araşdırma aparılacaq: “Öncə bu faktın dəqiqləşdirilməsinə ehtiyac var. Bilmək lazımdır ki, azərbaycanlılar tarixi məhəllələrindən niyə köçürülür? Yaxşı, kimlərsə gəlib pul təklif edərək evləri almaq istəyirsə, bəs sakinlər niyə evlərini satırlar? Belə təklif edildikdə onlar evlərini satmasınlar. “Borçalı” İctimai Birliyi bu məsələ ilə bağlı araşdırma aparacaq. Mən özüm də Borçalı kökənli bir ziyalı kimi bu məsələni araşdıracağam. Əvvəlcə köçürülmənin məqsədini bilməliyik, sonra onunla bağlı fikir açıqlaya bilərik. Çünki bu məlumatın araşdırılmasına ciddi ehtiyac var. Bəlkə köçürülmə prosesi köhnə evlər, binalar yerləşən məhəllələrdə həyata keçirilir? Bu məsələni araşdırandan sonra ictimaiyyətə açıqlama verəcəyik”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ