şənbə günü, 17 oktyabr 2026
     

1918 – 1920-ci illərdə erməni canilərlə mübarizədə Azərbaycanın el ağsaqqallarının da böyük rolu olub

Image


 

Milli dövlətçiliyimizin, eləcə də  xalqımızın taleyində  ağır dövrlərdən biri kimi qiymətləndirilən 1918-1920-ci illərdə Azərbaycan Cumhuriyyətinin sınaq illəri, dövlət qurucuları ilə yanaşı,  bütöv  xalqımız  üçün  eyni acılarla yaşanıb.  O dövrün inzibati-ərazi bölgüsünə daxil olan yaşayış məntəqələrimizdə  körpələrdən tutmuş  yaşlılaradək  hamısı sinəsini düşmən gülləsinə sipər edərək, bu faciənin  miqyasının genişlənməsinə öz qüvvələri (canları) hesabına imkan verməyiblər. Tarixi hadisələrin  ardıcıllığı sərhədlərimiz hüdudunda harada (Naxçıvanda, Zəngəzurda, Qarabağda, Təbrizdə, Şirvanda, Lənkəranda, Qubada, Car-Balakəndə, Dərbənddə, Borçalıda) baş verməyindən  asılı olmayaraq eyni məzmunda olduğundan, el müqaviməti  hərəkatında da oxşar olayların ayrı-ayrı ərazilərdə təkrarlanması təsadüfi deyil. Çünki xalqımızın tarixən bir düşməni olub. Deməli, tarixi  görkəmli siyasi-ictimai liderlərlə, şəxsiyyətlərlə yanaşı sadə vətəndaşlar da yaradır.

Bu baxımdan xalqımıza qarşı hay quldurlarının soyqırım faciələrinin  və hərbi təcavüzünün qarşısının alınmasında yerli özünümüdafiə qüvvələrinin  müdafiə və hücum taktikaları ilə yanaşı, el ağsaqqallarının, adı-soyadı bizlərə məlum olmayan həmvətənlərimizin də rolu böyük olub. Onlar bəzi hallarda bu təcavüzün qarşısını alsalar da, çox zaman öz  həyatları bahasına bu faciələrin artmasının qarşısını alıblar.

1918-ci ilin əvvəllərində  Bakı qəzası hüdudlarında Ələt tirəsinin  Atbulaq-Navahı-Udulu istiqamətindən Ləngəbiz silsiləsinin ətəyində yerləşən  Şamaxı qəzasının  Qəşəd  kəndinə silahlı basqın edən hay quldurlarının kəndə girməsinin qarşısını  “Xəlifə dərəsi”ndə kəsmək istəyən Molla Mehrab əlində  “Qurani-Kərim”  kənd camaatı adından  imdad diləyir, günahsız dinc sakinlərin qətlinə yol verməməyi onlardan xahiş edir. Silahlı  düşmən   el ruhanisinin xahişini nəzərə almır, əksinə, onu  qonşu  Keçdəməz və  Bico kəndlərinə qarşı qırğında bələdçiliyə məcbur edirlər.  Molla Mehrab - “Müsəlman gavura kömək etməz”- deyərək etiraz etsə də, onu  silahın qundağı ilə vura-vura aparıb (300 m-ə kimi) kəndin qırağındakı dərədə qətlə yetirirlər. Hazırda həmin yerdə tək qarağac ağacının altında Şəhid ruhaninin qəbri uyumaqdadır. Bu dərədə, “Nar bağı yeri”ndə  başqa bir sakinin,  Nəzər   Həzər oğlunun da  (1899-1918)  aqibəti eyni cür təkrarlanıb, o da öz canı bahasına bələdçilikdən imtina edib və orada  qətlə yetirilib. Bico kəndinin yüzbaşısı Şahalı Cavad oğlu (1860-1935) Padarçöl  dəmiryolu stansiyasında yerləşən hay silahlı quldurları ilə danışıq aparsa da, onlar kəndə hücuma keçiblər. Kənd sakinlərinin  adi silahlarla  müqaviməti nəticəsində məhv edilmiş quldurların  (400-ə qədər) meyidini dərəyə töküb üstünü torpaqlayıblar. Sonradan Şamaxı qəzasından gəlmiş hay keşişi nə qədər axtarsa da leşləri tapa bilməyib.

Bakı şəhəri və ətraf kəndlərinə hücuma keçən hay-daşnak və bolşevik quldurlarının Binəqədi, Biləcəri, Fatmayı, Zabrat kəndlərinə hücumlar zamanı kənd ağsaqqalları bu faciələrin qarşısını almağa çalışıb. Belə ki, Fatmayı kənd məscidinin axundu, 27 il Nəcəf şəhərində ali dini təhsil almış şeyx Ağahüseyn bir qrup kənd sakini ilə əlində müqəddəs kitabımızla düşmənin qarşısına çıxıb, dinc əhalinin həyatı naminə ölümü gözə alıb. Yenə də düşmənə aman verməyib.

Digah kəndində türk döyüşçülərinin yerləşdiyi məkan (qərargah) kənd sakini Yarməmməd Seyidməmməd oğlunun (1840-1918) evi-mülkü olub. Kənd əhalisi isə bütün vasitələrlə xilaskar və milli ordumuzun təchizatında yaxından iştirak edib.

Zabrat kəndində heyvandarlıq təsərrüfatı ilə məşğul olan Əlirza Musarza oğlu (1872-1956) hər gün qoyun kəsib döyüşçüləri yeməklə təmin edirmiş.

Güzdək kəndi  hərbi əməliyyatlar baxımından əlverişli coğrafi mövqeyə malik olduğundan, 5-ci Qafqaz İslam Ordusunun zabit və əsgər heyətinin əsas hissəsinin məskunlaşdığı yer bura olub. Kənd sakinləri  Kərbəlayi Murad Bəndalı oğlunun (1855-1934) evi qərargah, Atamalı Bədəl oğlunun (1873-1941) mülkü isə hərbi müalicəxana kimi istifadə edilib xeyli müddət. Bu kənddən döyüşlərdə köməkliyini əsirgəməyən  Məşədi Qəni Əhməd oğlunun həyətində  cəbbəxana yerləşib, Manaf Ağamurad oğlu Muradov (1887-1943) və  Qədir Kərbəlayi Məhərrəm oğlu (1895-1970) arabalarla səngərlərə silah-sursat daşıyıb, Kərbəlayi Məhərrəm İbrahim oğlu (1878-1933) isə döyüşçüləri ərzaq-yeməklə təchiz edib.

Qobu kəndində  Kərbəlayı Qasım Məşədi Mehralı oğlunun (1828-1938) evində məskunlaşan  5-ci Qafqaz İslam Ordusunun süvari və piyada dəstələri komandan Nuru paşanın başçılığı ilə ayrı-ayrı evlərdə yerləşiblər.  Məşhur döyüşçünün kölgəsində əyləşdiyi, öz əli ilə meyvəsini dərdiyi  xartut ağacı indi də qalmaqdadır,  görünüşü də o illəri xatırladır. Eləcə də  başqa həyətlərdə silah-sursat saxlanıb, döyüş atları-dəvələrı Kərbəlayi Rəcəbin, Ağaverdi Mirzalı oğlunun, Abdulla Tağı oğlunun dəvədamlarında yerləşdirilib, kənd əhli isə ərzaq-azuqə tədarükü ilə məşğul olub. O illərə aid olaylardan söz açan yaşlı kənd sakinləri Dəstəgül  Gülyar qızı Məmmədovanın (1896-1982), Babalı Kərbəlayı Qasım oğlu Qasımovun (1892-1967) söylədiklərinə görə, Şəhid olmuş qobulu döyüşçü Məşədi Hilal Hacı İsmayıl oğlunun meyitini haylar vermirmiş, xalq rəssamı Qəzənfər Xalıqovun (1898-1981) atası Hacı Ələkbər qızıl rulla onu alıb öz həyətində basdırıb, sonralar isə aparıb Kərbəla şəhərində dəfn etdirib.

Hökməli kəndində hayların qırğınının qarşısının alınmasında kənd sakini  Dursədəfin qardaşı oğlu, kiçik yaşlı Vəliulla türk əsgərlərinə kömək edərək xüsusi qabiliyyətini biruzə verdiyindən, sonradan Türkiyəyə aparılıb, hərbi qulluğu davam etdirib və Türk ordusunun paşası kimi şöhrət qazanıb.

Ümumiyyətlə, Bakı şəhəri və ətraf kəndlərinin əhalisinin hay daşnak və bolşevik quldurlarının kütləvi qırğınından, soyqırım faciəsinin sərhədlərinin genişlənməsindən qoruyan bir amil də Corat, Saray, Bilgəh, Mərdəkan, Kürdəxanı, Goradil  kəndləri ətrafındakı  Ləhiş bağları olub. Camaat orada bir necə ay qalmaqla suyundan və yerli məhsullarından istifadə etməklə ayaqda qalıb.  

Bakı qəzasının Qızılburun kəndində (Hacıqabul rayonu) el ağsaqqalları Molla Babalı Babakişi oğlu (1890-1946) və Xanlar Eynal oğlu Rəhimov (1875-1955) camaatı (15-20 binəlik) yaxınlığdakı “Qızıl dağ”da və  “Pələngli dağda”kı kühüllərdə yerləşdirərək, sadə silahla (təklülə tüfənglə, mauzerlə) zirehli maşınla üzbəüz dəmiryolunda qərarlaşan düşmənə qarşı vuruşmağı üstün tutub. Silahlı haylar orada çox qalmayıb qonşu ərazilərə keçməli olublar.

Navahı kəndinin ağsaqqalları Mirtağı Mirbaba oğlu (1855-1918), Əli İsmayıl oğlu İsmayılov (1867-1918) hay-bolşevik quldurlarının yerli əhaliyə qarşı qanlı-irticaçı davranışlarına etiraz olaraq 1918-ci ilin may ayında Bakı şəhərinə gedərək S.Şaumyana şikayət edirlər, baş cəllad onlara məktub verir ki, yerində hay nümayəndəsinə çatdırsınlar, nəticəsi isə o olur ki, şikayətdən narazı qalan haylar xeyli dinc sakini bir yerə yığıb gülləbaran edirlər. Bununla belə, Navahı kəndinin bir dəstə döyüşçüsü (Mirkazım Mirbaba oğlu, Seyid Ağahüseyn Mirtağı oğlu,  Mirtağı Mirbaba oğlu, Kərbəlayi Məşədi Rəşid)  Salyan nahiyəsindəki qırğınların qarşısını almaq üçün könüllü olaraq vuruşmağa gediblər. Yolda Muşovdağ ətrafında qarşılaşmada haylar təkrar qanlı qırğınlar törədiblər.

Gəncə istiqamətindən hərəkət edən 5-ci Qafqaz İslam Ordusunun 150-yə qədər zabit və əsgər heyəti Göyçay qəzasının Yalman kəndi ətrafında bir neşə günlük düşərgə qurduqda onların xidmətində kəndin ən varlı sakini Hacı Hidayət Abdulqədir oğlu (1832-1932), eləcə də bütün kənd camaatı durub. Piyada və süvari dəstələr Yalman çayının sol sahilində “Hacı Hidayət bulağı” deyilən yerdə, 200 illik yaşı olan qocaman qoşa cinar ağaclarının ətrafında çadırlarını qurublar, həmin şahid ağaclar indi də qalmaqdadır. Deyilənə görə, türk döyüşçülərinin əsas qidası heyvandarlıq-ağartı məhsulları (süd, qatıq, ayran, qaymaq)  olub.

Həmin illərdə qəzanın Təzə  Şilyan kəndi ərazisində baş verən həlledici döyüşlərində türk ordusunun artileriya qurğuları kənd sakinlərinin  həyətlərində qurulmuşdu. Qonşu döyüş meydanlarında yaralı döyüşçülər Ələkbər Kərim oğlu Kərimovun (1835-1910) evində müalicə olunar, yaralıların sağaldılmasında isə qonşu Bəydövül kənd sakini həkim kimi kömək edirdi.

Şamaxı qəzasında kütləvi soyqırım törədən S.Lalayanın və  T.Amiryanın silahlı dəstələrinə qarşı Ərəbcəbirli kəndində yerli könüllü müdafiə dəstələrini səfərbər edən Molla Almaz Əfəndi Fərhad oğlu və qardaşı Molla İsgəndər türk qoşununun rəhbər heyəti ilə birlikdə müdafiə səngərlərini gəzib, döyüşçülərin təchizatını təşkil edib və eyni zamanda özləri də vuruşublar.    

1918-ci ilin mart-aprel aylarında azğın  H.Srvantsyanın  Quba qəzasına daxil olan silahlı quldurları  Quba şəhərindən sonra Xaçmaz şəhəri istiqamətində hərəkət edərək birinci Şıxlar kəndinə  (ərazi  Samur-Dəvəçi kanalının alt hissəsində, 4-5 km aralıda yerləşir, bünövrəsini Şamaxı rayonunudan köçmüş şeyxlər qoyub) girir.  Kəndin axundu əlində “Qurani-Kərim” ağsaqqallarla birlikdə hayların qarşısına çıxmaqla  kənd  əhalisini kütləvi qırğından müəyyən  müddətlik xilas edə bilir. Bu kəndin müdafiəsində həm də yerli özünümüdafiə dəstələrinin üzvləri başda Əli bəy Harun bəy oğlu Zizikski  (1876-1929, onun şeyxlərlə qohumluq əlaqəsi vardı, bacısı Camal xanım şeyxlərdən birinin həyat yoldaşı idi) olmaqla yaxından iştirak edir.  Qeyd etmək lazımdır ki, Quba qəzasının əhalisinin hay-bolşevik quldurlarının qanlı qırğınından xilas edilməsində Dağıstandan köməyə gələn azadlıq hərakatı liderlərindən biri Nəcməddin Qotsinskinin (1859-1925) də nizami döyüşçü dəstələri igidlik göstərib, quldur hay-bolşevik dəstələrinin hücumunu Bakı şəhərinədək dəf edə biliblər.

Bakı qəzasının (Xızı rayonu) Keçəllər kəndində Kərbəlayi Heybət Hacı Murad oğlu (1870-1937) Nuru paşanın ordusunun bu hissədə olan bölümünün ərzaqla təminatını təşkil edib, yerli könüllü dəstələrlə döyüşlərdə iştirak edib, bölgədə (Ağdərə, Qarabulaq, Əmbizlər kəndlərində)  qanlı qırğınların qarşısını ala bilib.

Cavad qəzasında (Salyan rayonu ərazisində) Kür çayının mənsəbindən hərbi gəmilərlə hücuma keçən hay quldurlarının qarşısını Kürqaraqaşlı kənd sakini Ələsgərin  evinin  2-ci  mərtəbəsində  quraşdırılmış  qurğu ilə 3 km məsafədən atılan top atəşi ala (Kürün “Qaraboğaz” adlanan yerində) bilmişdi. Bundan sonra döyüşlər ətraf  Cəngən, Beşdəli, Ərəbqardaşbəyli, Tatarməhlə, Xocalı kəndlərində aparılıb. Salyan nahiyəsində hay quldurlarının qırğınının qarşısının alınmasında el ağsaqqalı Mir Bağır Ağanın rolu böyük olub.

1918-1920-ci illərdə Zəngəzur qəzasında quldur A.Ozanyanın və  Q.Nijdenin silahlı dəstələrinə qarşı 1-ci Qafqaz  Ordusu və Naxçıvan könüllüləri ilə birlikdə vuruşmalarda Qafan, Zəngilan, Qubadlı nahiyələrinin  Qatar, Qazançı, Dərəli, Ağkənd, Isgəndərbəyli, Çəkədin, Yusiflər, Keçikli, Beşdəli, Vənətli, Yeməzli, Gilətağ, Çərəli kəndlərinin özünümüdafiə qüvvələrinin təşkil edilməsində ruhanilərin, el ağsaqqallarının və hörmətli şəxslərinin rolu böyük olub.

İsgəndərbəyli kəndində  Aslan bəy və Əbil bəy qonşu Ağbis və Ağakişilər kəndlərinin könüllü dəstələrini bir yerə toplayaraq Türk Ordusunun gəilişinədək  əhalinin müdafiəsini qurub, sonra isə silahlı qüvvələrin maddi təminatında iştirak ediblər.

Zəngəzur qəzasının Qarakilsə bölgəsinin (1940-cı ildən sonra Sisian rayonu adlanıb) Sofulu kənd sakini Teymur Süleyman oğlu (1870-1945)  Gorus Qəza Milis İdarəsində işləyərkən xəbər tutur ki, quldur haylar kəndlərə hücum edəcək. Vaxt itirmədən Ərəfcə, Qızıl Şəfəq, Comərdli, Sofulu kəndlərinə xəbəri çatdırır, camaat imkan tapıb tezliklə  Naxçıvan ərazilərinə (xüsusilə  Culfa, Şahbuz,  Ordubad nahiyələrində) sığına bilib, kütləvi qırğından xilas olublar. 

Naxçıvan şəhəri və ətraf kəndlərinin, xüsusilə Culfa, Babək, Şahbuz rayonlarının Yaycı, Cəhri, Camaldın, Ərəzin, Bənənyar, Sirab, Daşqala, Zeynəddin, Qahab, Kərimqulu dizə, Qoşadizə, Şəkərabad, Qaraqala və digər kəndlərində A.Ozanyanın mükəmməl silahlı quldur dəstələrinə qarşı qeyri-bərabər döyüşləri yaşından asılı olmayaraq hamı apardığından (təəssüf ki, Şəhid olanlar da az olmamışdır), azğın düşməni bu qədim torpaqdan qova biliblər. Bu döyüşlərdə Nehrəm kənd sakinləri Kərbəlayı Muxtar, Hacı Mehdi, topçu Yavər, Müseyib və Müslüm qardaşları,  Zeynəddin kəndində Xamməməd kişi, Sirab kəndində (haylar bu kəndə pənah gətirmiş digər  qonşu kəndlərin dinc sakinlərini də qətlə yetirmişlər)  Bayram kişi, Qəzənfər ağa... canları bahasına müqavimət göstərə biliblər. Qanlı qırğınların şahidi olan “Qarayazı düzü”, “Yal dalı”, “Gəlin ağıl”, “Gavur yoxuşu”, “Cinli keçidləri” adlı yerlər  tarixi yaddaşımızın təbii səhifələridir.

1918-1919-cu illərdə  Cəbrayıl  qəzasında hayların  silahlı basqınından sonra azad edilmiş Kürdlər kəndinə qayıdan camaatın içməli sudan korluq  çəkdiyini görən türk döyüşçüləri kənddə bir neşə kəhriz qazaraq istifadəyə veriblər.

Oxşar hadisə Şamaxı qəzasının Ərəbcəbirli kəndində də olub.

Yüzillik vaxt məsafəsindən  geriyə və tarixi hadisələrə qısa nəzər saldığımız mövzuda düşmənlərimizin hücumuna qarşı mübarizədə el müqavimətinin mənbələrini aşağıdakı istiqamətlər aydın göstərir:

- yerli özünümüdafiə  qüvvələrinin formalaşması və düşmənə qarşı sərt təpki göstərməsi;

- xalq yardımının könüllü təmin edilməsi;

- el ağsaqqallarının (din adamlarının, ruhanilərin, imkanlı kəslərin) nüfuzu və təsir gücü;

- təcavüzə məruz qalmış  Azərbaycan xalqının haqq müdafiəsi və ümumxalq mübarizəsi.

Bu mübarizə Xalq və El bir olduqda daha güclü olur.

Qismət  YUNUSOĞLU

Bakı  Dövlət  Universitetinin  müəllimi   

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ