Ermənistanın yeni hökumət başçısı Nikol Paşinyanın imzaladığı ilk fərman 9 May – Qələbə günü ilə bağlı olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ermənistan nazirlər kabinetinin yaydığı press-relizdə deyilir. Sənədə görə, bu ölkədə bayram gününün adı dəyişdirilərək matəm günü elan olunub. Erməni baş nazir deyib ki, ölkəsi sovet rejiminin qalığı olan bu bayramı sonuncu dəfə bayram olaraq qeyd edir, əslində isə bu gün matəm kimi qeyd olunmalıdır. Çünki bu müharibədə Stalinin maraqlarının təmin olunması yolunda yüzlərlə erməni ölüb.
Paşinyan deyib ki, əslində kapitulyasiya mayın 8-də imzalandığından, bütün dünya bu müharibənin Qələbə günü kimi 8 mayı bayram edir, bundan sonra bu sıraya Ermənistan da qoşulur.
Məsələ burasındadır ki, Avropada 1945-ci ilin 8 mayında kapitulyasıyanın imzalanması günü sonuna təsadüf edib, saat fərqinə görə isə Rusiyada artıq mayın 9-u olub.
Kavkazplus.com. olaya münasibət bildirərək yazır ki, nasist Qaregin Njdeyə pərəstiş edilən bir ölkədə, görünür, nasizm üzərində qələbənin bayram edilməsi aktual deyil.