şənbə günü, 17 oktyabr 2026
     

Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclası keçirildi - YENİLƏNDİ

Image


Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan xüsusi iclası keçirilib. Trend-in məlumatına görə, iclasda çıxış edən Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, 1960-cı illərin sonları və 1990-cı illərin əvvələrində Ulu Öndərin hakimiyyətə gəlişi xalqımızın ən ağır sınaqları dövrünə təsadüf edir.

Spikerin sözlərinə görə, hər iki dövrdə Ümummilli Liderin yüksək idarəçiliyi sayəsində Azərbaycan mühüm inkişaf yolu keçib: “Ulu Öndər müstəqillik yolunda maneələri qabaqcadan görür, onların aradan qaldırılması istiqamətində mühüm addımlar atırdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyası qəbul edilmiş, xalqın mənafeyinin müdafiəsi üçün mühüm işlər görülmüşdü”.

O.Əsədov qeyd edib ki, Ulu Öndərin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə bir sıra təhsil ocaqları yaradılıb, çoxlu sayda gənclər oxumaq üçün Rusiyanın müxtəlif təhsil ocaqlarına göndərilib: “İmperiya dövründə Azərbaycanın müstəqilliyi üçün möhkəm zəmin yaradıldı. Ulu Öndər Heydər Əliyev Azərbaycanın davamlı inkişafı üçün əlindən gələni edib. O, ölkəmizə münasibətdə düşmənçilik mövqeyi tutanlara qarşı ən böyük maneə idi”.

O söyləyib ki, Heydər Əliyevin Sovet hakimiyyətində vəzifədən uzaqlaşdırılması Azərbaycan qarşı hazırlanan məkrli planın ilk addımı idi: “1990-ci illərin əvvələrində Azərbaycanda hakimiyyətin səriştəsizliyi ölkəni uçuruma sürükləyirdi. Lakin Ümummilli Liderin fəaliyyəti nəticəsində Azərbaycan üçün hazırlanan ssenari həyata keçmədi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini qoruyub saxlamaq mümkün olmasa da, Ulu Öndərin fəaliyyəti nəticəsində Azərbaycanın müasir müstəqiliyini qoruyub saxlamaq mümkün oldu. Heydər Əliyevin böyük siyasətə qayıdışı onun Ali Sovetə sədr seçilməsi ilə başlandı. Ölkənin ictimai-siyasi həyatı üçün çox böyük əhəmiyyəti olan bir sıra qərarlar qəbul edildi. 1993-2003-cü illərdə Heydər Əliyevin həyata keçirdiyi işlər öz miqyasına görə insanı heyrətə gətirir. Ümummilli Lider Azərbaycanda böhranın qarşısını almaqla yanaşı, vətəndaş müharibəsinin də qarşısını aldı. Cəbhə xəttində atəşkəs elan olundu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar sülh danışıqlarına başlanıldı, ölkə daxilində ictimai-siyasi sabitlik təmin olundu. Neft strategiyasının həyata keçirilməsi üçün şərait yaradıldı, Azərbaycana milyardlarla dollar investisiya qoyuldu. Neft sənayesinin dirçəlməsi qeyri-neft sektorunun inklişafına şərait yaratdı. Bazar iqtisadiyyatı bərqərar oldu. Ölkəmiz ardıcıl inkişaf yoluna qədəm qoydu, dünyanın bir çox ölkələri ilə dostluq münasibətləri quruldu”.

Ümummilli Liderin hakimiyyəti dövründə mühüm islahatların həyata keçirildiyini deyən O.Əsədov qeyd edib ki, görülən işlər nəticəsində Azərbaycanın dünyada nüfuzu artmağa başladı: “Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın inkişafı üçün lazımi tədbirlər görüldü. Azərbaycançılıq, milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünya Azərbaycanlıların qurultaylarının keçirilməsi ənənə halını aldı. Ümummilli Lider hakimiyyətdə olduğu dövrdə parlamentə də böyük diqqət göstərib. Milli Məclis Ulu Öndərin təşəbbüsü ilə çoxlu sayda qanunvericilik aktı qəbul edib”.

Zahid Oruc: “Ulu Öndər Heydər Əliyev müqəddəs kitab kimidir: bu kitabı hər dəfə oxuduqda yenidən dərk etməyə başlayırsan”

“Ulu Öndər Heydər Əliyev kimi şəxsiyyətlərin yalnız doğum günü var. Çünki belə şəxslər ölümsüzdür”. Bunu Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə Ulu Öndərin 95 illik yubileyi bir-birinə bağlıdır: “Əgər Ulu Öndər Azərbaycanı xilas etməsəydi, bu gün AXC-nin 100 illiyindən danışa bilməzdik. Ulu Öndər Heydər Əliyev ümumilikdə milləti xilas edib".

Millət vəkili Ümummilli Liderin tarixdəki yerindən də danışıb: “Ulu Öndər Heydər Əliyev öz sistemi olan bir lider idi. O, müqəddəs kitab kimidir: bu kitabı hər dəfə oxuduqda yenidən dərk etməyə başlayırsan. Heydər Əliyevə xəyanət edənlər uğur qazana bilmədi. Azərbaycan Ümummilli Liderin sovet dövründə hakimiyyətdən getməsindən yalnız əziyyət çəkdi".

Ziyafət Əsgərov: “Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində əldə edilən uğurların miqyasını daha da genişləndirir”

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanda hüquqi və demokratik cəmiyyət quruculuğunun əsasını qoydu. Bunu isə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlardan söz açan Z.Əsgərov bu il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrinin Azərbaycan xalqının Heydər Əliyev siyasətinin davamına və inkişafa səs verdiyini göstərdiyini söyləyib.

Z.Əsgərov onu da vurğulayıb ki, bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində əldə edilən uğurların miqyasını daha da genişləndirir: “İqtisadi inkişaf üçün hüquqi baza və islahatlar əlverişli biznes mühiti yaradır. Demokratik sistemin aliliyini təmin edən ölkələr daha sürətli inkişafa nail olur. İqtisadi inkişafı hüquqi islahatlarla birlikdə həyata keçirən, bir-birini tamamlayan yanaşma ortaya qoyduqda həmin ölkələrdə iqtisadi inkişaf və vətəndaş rifahı dayanıqlı olur".

O qeyd edib ki, dövlət başçısı İlham Əliyev prezident seçildikdən sonra əldə edilən iqtisadi uğurlar beynəlxalq qiymətləndirmələrlə təsdiq edilib: “Yoxsulluq səviyyəsinin azaldılması, təhsil və səhiyyə islahatları əhəmiyyətli dərəcədə yaxşılaşdırılır. Bu inkişafı şərtləndirən amillər Prezident İlham Əliyevin islahatlar konsepsiyasının tərkib hissəsi olub. 2003-cü ildən başlayaraq Azərbaycanda iqtisadi inkişafı gücləndirəcək məhkəmə inzibati idarəçilik və kadr islahatları həyata keçirilir. Prezident İlham Əliyevin hakimiyyəti illərində məhkəmə sistemi daha da təkmilləşdirildi. İqtisadi fəaliyyətin subyektləri ilə cəmiyyətin sosial rifahı bir-biri ilə ziddiyyət təşkil etməsə də, onu qorumaq heç də asan deyil”.

Z.Əsgərovun sözlərinə görə, Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyev tərəfindən ordu quruculuğunda həyata keçirilən tədbirlər bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu gün yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Ordusu regionun ən güclü ordusu olmaqla xalqımıza özünəəminlik hissi verir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın inkişaf edən, demokratikləşən və yeniləşən ölkəsinə çevrilib, beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Bir sıra siyasi dairələr və onların maraqlarına xidmət edən təşkilatlar, antimilli ünsürlər tərəfindən aparılan qara piara baxmayaraq, Azərbaycan tam müstəqil siyasət yeridən ölkə olduğunu nümayiş etdirir”.

Siyavuş Novruzov: “Ümummilli Lider Heydər Əliyev dövlət maraqlarını hər şeydən üstün tuturdu”

"Biz Ümummilli Lider Heydər Əliyevin dövlət maraqlarını hər şeydən üstün tutduğunun şahidiyik. Ulu Öndər Azərbaycanın bütün qayğılarını əzbər bilən bir insan idi”. Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Ulu Öndər Heydər Əliyevin ədalətli insan olduğunu xüsusi vurğulayan deputat S.Novruzov bildirib: “Azərbaycanda yaşayanlar tərəfindən vaxtilə Heydər Əliyevə qarşı Moskvada ədalətsizlik edildi. Bütün bunlara baxmayaraq, o, hər kəsə ədalətlə yanaşır, onları bağışlayırdı. Ümummilli Lider Heydər Əliyev ədalətsizliyə qarşı mübarizə aparırdı. Dahi şəxsiyyət mübariz idi. Amma Ulu Öndəri ağrıdan məsələ sonradan bəzilərinin ona xəyanət etməsi oldu”.

Millət vəkili Heydər Əliyevin ümumbəşəri şəxsiyyət olduğunu vurğulayıb: “O, bütün bəşəriyyət üçün çalışıb. Ümummilli Lider partiya yaratmaq istəmirdi. Lakin sonradan əhalinin vəziyyətini dəyişmək üçün Yeni Azərbaycan Partiyasını yaratdı. Hazırda Yeni Azərbaycan Partiyası Ulu Öndərin əsasını qoyduğu siyasətin davam etdirilməsi istiqamətində əsaslı işlər aparır. Çünki bu, Heydər Əliyevin siyasi xəttidir. Bizim borcumuz Azərbaycanın müstəqilliyinin əbədi olması üçün çalışmaqdır. Ümummilli Lider həm də humanist şəxsiyyət idi. Bildiyiniz kimi, Şərqdə ilk dəfə ölüm hökmü məhz dahi şəxsiyyət tərəfindən ləğv edilib”.

Bahar Muradova: “Heydər Əliyevin 95 illik yubileyindən danışarkən əslində Azərbaycanın 95 illiyindən bəhs edirik”

“Ulu Öndər Heydər Əliyev 15 ildir cismən bizi tərk etsə də, elə bir gün yoxdur ki, dahi şəxsiyyət xatırlanmasın”. Bunu isə Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

O bildirib ki, Ulu Öndərin daim var olması üçün bu irsə yaradıcı yanaşmalı, irəliyə aparmalıyıq: “Necə ki, bu gün Prezident İlham Əliyev bu işi irəliyə aparır. Biz də öz növbəmizdə, Prezident İlham Əliyevə dəstək olmalıyıq. Ümummilli Lider Heydər Əliyev sağlığında yalnız öyülmür, həm də tənqid olunurdu. Ulu Öndərin ünvanına kəskin şəkildə tənqid irəli sürənlər var idi. Lakin illər keçdikcə onlar da Heydər Əliyevin irsini anlamağa başladılar. Bunun özü böyük irəliləyişdir. Biz Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi haqqında danışarkən əslində Azərbaycanın 95 illiyi haqqında danışırıq. Ümummilli Lider hər zaman bizə düzgün yol göstərib, məsələni bir-bir anlamaqla yoluna qoymağı tövsiyə edib”.

B.Muradova vurğulayıb ki, vaxtilə Ulu Öndər Heydər Əliyevi özünə rəqib görənlər bu gün onun Azərbaycanı inkişafa aparan güc olduğunu dərk edirlər: “Onun liderliyi, tam şəxsiyyət olması da bundadır. Yalnız böyük şəxsiyyətlər ədalətli ola bilirlər. Heydər Əliyevin böyük ruhu bütün xəyanətlərin qarşısında böyük görünür. Ümummilli Lideri anlamayan insanlar bədbəxt adamlardır. Nə qədər Azərbaycan var, Ulu Öndər onu sevənlərin ürəyində yaşayacaq. Bir sözlə, onun dövlətə, xalqa, millətə fayda gətirən ideyalarından doğan şəfəqlər Ulu Öndəri sevənlərin qəlbinə işıq saçacaq, Ümummilli Lideri sevməyənlərin isə gözünü qamaşdıracaq”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ