çərşənbə axşamı günü, 18 avqust 2026
     

Daşqın Şikarov BƏƏ-dən bu il Azərbaycana 150 mindən çox turistin gələcəyinin proqnozlaşdırıldığını dedi - MÜSAHİBƏ

Image


Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki ( BƏƏ) səfiri Daşqın Şikarovun APA-ya müsahibəsi

- Azərbaycan və BƏƏ arasında turizm sahəsində əməkdaşlığın perspektivini necə qiymətləndirirsiniz? Müsahibələrinizdən birində qeyd etmişdiniz ki, rəsmi statistikaya görə, 2017-ci ildə BƏƏ-dən Azərbaycana 102600 nəfər turist səfər edib. Bu il üçün hansı göstəricilər gözlənilir? BƏƏ-dən Naxçıvan və Gəncə şəhərlərinə birbaşa uçuşların təşkil edilməsi ilə bağlı nə deyə bilərsiniz?

- Azərbaycan prezidenti İlham Əliyevin turizmin inkişafına dair siyasəti nəticəsində ölkəmizin turistik cəlbediciliyi günü-gündən artmaqdadır. BƏƏ-dən olan turist axını Azərbaycan turizm sektorunun və bütövlükdə iqtisadiyyatın inkişafına təkan verir. Qeyd etdiyiniz kimi, statistikaya görə, 2017-ci ildə BƏƏ-dən Azərbaycana 102600 nəfər turist səfər edib. Müqayisə üçün, 2015-ci ildə bu rəqəm 7 min, 2016-ci ildə  48 min nəfər olub. Sevindirici haldır ki, bu gün Azərbaycan BƏƏ və burada yaşayan digər ölkə vətəndaşları arasında çox tanınan ölkədir. “Reuters” agentliyinin yaydığı məlumata görə, turizm və ticarət sahəsində aparıcı şirkət sayılan TRAVELPORT tərəfindən aparılmış tədqiqatlara əsasən 1 aprel 2017 - 31 mart 2018-ci il ərzində Azərbaycan BƏƏ səyahətçiləri tərəfindən ən çox səfər edilən 2 ölkədən biri olub. Həmin müddət ərzində GDS (Global Distribution Systems) qlobal şəbəkəsinə Azərbaycana səfər etmək üçün daxil olmuş sifarişlərin sayı keçən ilə nisbətən 50% artıb. Digər mənbələrdən əldə etdiyimiz statistik məlumatlar sözügedən rəqəmi təsdiqləyir. Düşünürəm ki, 2018-ci ildə BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayının 150 min nəfərdən çox olmasını proqnozlaşdırmaq olar. Ölkələrimiz arasında birbaşa uçuşların sayca artması, uçuşlara yeni aviadaşıyıcıların cəlb edilməsi, Azərbaycanda hökm sürən əmin-amanlıq, inkişaf, stabillik, qonaqpərvərlik turizmin inkişafına müsbət təsir edən əsas amillərdəndir.  Bildiyiniz kimi, 2017-ci ilin mart ayında BƏƏ-nin “Air Arabia” şirkətinin Şarja-Bakı, 2018-ci ilin mart ayında isə “Etihad” hava yollarının Abu Dabi-Bakı marşrutu üzrə birbaşa reysləri açılıb. Bu uçuşlar ölkələrimiz arasında hava əlaqəsini təmin edən AZAL və “FlyDubai” şirkətlərinin uçuşlarına əlavə olunub. Həftədə üç dəfə olmaqla, uçuşlara başlayan “Etihad” hava yolları tələbin çoxluğuna görə artıq təyyarələrini daha böyük model ilə əvəzləyib, yaxın zamanlarda uçuş sayını artırmaq barədə düşünür. 2018-ci ilin iyun ayından “Air Arabia” şirkətinin Şarja-Bakı xətti üzrə uçuşlara başlaması planlaşdırılır. BƏƏ turistlərinin Azərbaycana artmaqda olan maraqları, birbaşa uçuşlar coğrafiyasının genişləndirilməsini stimullaşdırır. Məhz bu baxımdan, Naxçıvan, Gəncə və Azərbaycanın digər şəhərlərinə uçuşların açılması turist mübadiləsinin artmasına xidmət edə bilər.

- Ölkəmizə gələn ərəblər əsasən ovçuluğa maraq göstərirlər. Qanunsuz ovçuluq halları ilə bağlı rəsmi xəbərlərdə də onların adı çox hallanır. Siz bu barədə nə düşünürsünüz?

- Təkcə BƏƏ-dən deyil, bütün Körfəz Əməkdaşlığı Şurası ölkələrindən Azərbaycana səfər edən ərəblərin bəziləri ovçuluğa maraq göstərirlər.

Şübhəsiz ki, turistlərin təkcə ovçuluq deyil, eyni zamanda digər fəaliyyətləri də Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və qaydaları əsasında aparılmalıdır. Qeyd olunmalıdır ki, ovçuluğa maraq göstərən BƏƏ vətəndaşları səfirliyə müraciət etdikləri halda, müvafiq qaydada məlumatlandırılır və onların qanun çərçivəsində fəaliyyət göstərmələri üçün əlaqələndirmə işləri təmin edilir.

- BƏƏ və Azərbaycan arasında ikitərəfli əlaqələrin mövcud səviyyəsi Sizi qane edirmi? İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində necə əməkdaşlıq edir?

- Qarşılıqlı anlaşma və etimada əsaslanan Azərbaycan-BƏƏ əlaqələrin siyasi, iqtisadi və humanitar sahələrində sürətlə inkişaf edir. Dövlətlərimiz arasında yüksək səviyyədə siyasi dialoq mövcuddur və bu iki ölkə liderləri və yüksək səviyyəli rəsmilərin iki və çoxtərəfli formatda görüşlərində öz əksini tapır. Birləşmiş Ərəb Əmirlikləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Ölkələrimiz eyni zamanda, beynəlxalq arenada, o cümlədən üzv olduqları BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində məhsuldar əməkdaşlıq edirlər.

- İki ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət dövriyyəsi haqqında nə deyə bilərsiniz? Bu gün BƏƏ şirkətləri, investorları Azərbaycanla hansı sahələrdə əməkdaşlığa maraq göstərir? BƏƏ-nin daxili bazarında Azərbaycan məhsullarının təşviqinə dair hansı işlər görülür?

- Məmnuniyyətlə bildirmək istərdim ki, böyük potensiala malik olan Azərbaycan-BƏƏ iqtisadi və ticarət əməkdaşlığı yüksək templərlə inkişaf edir. Belə ki, Dubay Ticarət Palatası 2017-ci ilin ilkin göstəricilərinə görə iki ölkə arasında ticarət dövriyyəsinin 221 milyon ABŞ dolları təşkil etdiyini açıqlayıb ki, bu da 2016-ci il ilə müqayisədə 3,5 dəfə çoxdur. Ticarət mübadiləsinin artmasına səbəb olan amillər kimi prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı strategiyası çərçivəsində BƏƏ-nin Azərbaycanda istehsal olunan mallar üçün prioritet bazar kimi müəyyən edilməsi, bununla əlaqədar bu ölkəyə təşkil edilən ticarət missiyaları, həmçinin böyük turist axınını göstərmək olar. Onu da bildirmək istərdim ki, beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı da ticarət mübadiləsinin artmasına təsirli təkan verən amillərdəndir. Belə ki, 2017-ci və 2018-ci illərdə ölkəmiz “Gulfood 2017”, “Arabian Travel Market”, Abu Dabidə keçirilmiş "İslam Həmrəyliyi ili - istiqamət Azərbaycan" sərgilərində, Şeyx Zayed İrsi Festivalında təmsil olunub. Həmçinin əmirliklərdən olan sənaye şirkətləri Bakı şəhərində keçirilmiş “REC Expo” daşınmaz əmlak sərgisində də iştirak ediblər. Azərbaycanın bir neçə ticarət nümayəndəliklərindən birinin də BƏƏ-də açılması və kifayət qədər təcrübəsi olan Elnur Əliyevin nümayəndə vəzifəsinə təyin olunması bu işlərin daha yüksək nəticələr verəcəyini deməyə əsas verir.

Azərbaycanda milli iqtisadiyyatın inkişafı məqsədilə həyata keçirilən strategiya nəticəsində ölkə iqtisadiyyatının liberallaşması, mövcud hüquq-normativ baza və sair bu kimi amillər ölkəmizdə cəlbedici investisiya mühiti yaradıb. Mövcud məlumatlara əsasən bir sıra Körfəz ölkələrindən olan sərmayədarlar Azərbaycanda inşaat və daşınmaz əmlak sahəsinə sərmayə yatırır. Fikrimizcə, BƏƏ-li iş adamları üçün də Azərbaycanda daşınmaz əmlak, infrastruktur, turizm sahəsində 3, 4 və 5 ulduzlu mehmanxanaların inşası, eyni zamanda kənd təsərrüfatı cəlbedici sahələrdəndir. Məlum olduğu kimi, BƏƏ kənd təsərrüfatı və ərzaq məhsullarının böyük əksəriyyətini idxal edir. Bununla yanaşı, Körfəz ölkələrinin idxal etdiyi eyni məhsullar da Dubay şəhərinin logistik imkanlarından istifadə edilməklə daşınır. Əksər iqlim qurşaqlarının mövcud olduğu Azərbaycanda bir çox kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün gözəl münbit şərait var, hazırda məhsullarımız BƏƏ-də sevilir və ərəb turistlərini Azərbaycanda cəlb edən əsas amillərdən biri də ərzaq və dadlı mətbəximizdir. Bunu nəzərə alaraq səfirlik Azərbaycanda sərmayə imkanlarının təşviqi məqsədilə keçirdiyi görüşlərdə BƏƏ-li investorları Azərbaycanda kənd təsərrüfatı sahəsinə sərmayə yatırmağa və öz kapitalları ilə yetişdirilən məhsulları BƏƏ-yə idxal etməyə təşviq edir. Xam məhsulun BƏƏ-yə daşınaraq buradakı azad ticarət zonalarında, yaxud Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında yaradılmaqda olan azad iqtisadi zonada emal edilməsi və hazır məhsul kimi üçüncü ölkələrə ixrac edilməsi məqsədilə birgə müəssisələrin yaradılması da perspektivli sahələrdəndir. Eyni zamanda, BƏƏ sərmayədarlarının Bakı ətrafında azad iqtisadi zonaların yaradılmasına, Cənub-Şimal və Şərq-Qərb nəqliyyat dəhlizlərinə aid infrastruktur layihələrinin inkişafına, ölkədə yaşayan və səhiyyə sahəsində böyük biznes imkanları olan hindistanlı iş adamlarının Azərbaycanda xəstəxana inşası və işlədilməsi sahəsinə cəlb edilməsi perspektivli görünür. Məhz bu səbəbdən hazırda BƏƏ iş adamları Azərbaycanın daşınmaz əmlak, kənd təsərrüfatı, turizm, qida məhsullarının emalı sahələrinə, həmçinin Cənub-Şimal və Şərq-Qərb nəqliyyat dəhlizlərinə aid infrastruktur layihələrinin inkişafına maraq göstərirlər.

- İki ölkə arasında mədəniyyət, təhsil, səhiyyə, ədliyyə, hərbi, ali təhsil və idman sahələrində geniş tərəfdaşlıq əlaqələri ilə bağlı hansı yeni layihələr həyata keçirilir? Ölkələrimiz arasında tələbə mübadiləsi barədə nə deyə bilərsiniz?

- Qeyd etdiyim kimi, ölkələrimiz arasında əlaqələr demək olar ki, əməkdaşlığın bütün sahələrini əhatə edir. Şübhəsiz ki, humanitar sahədə əməkdaşlıq xalqlarımız arasında münasibətlərin önəmli bir hissəsini təşkil edir. Azərbaycanın BƏƏ ilə sadaladığınız bütün seqmentlərə dair əməkdaşlıq üçün müqavilə-hüquq bazası mövcuddur. Hazırda azərbaycanlı tələbələr BƏƏ-nin  aparıcı, o cümlədən Sorbon Universitetində təhsil alır.  Ölkələrimizin elm, təhsil və mədəniyyət xadimləri mübadiləsi, Azərbaycan sənət ustalarının ölkəmizin zəngin mədəniyyətini BƏƏ səhnələrində təqdim etmələri və digər fəaliyyətlər humanitar sahədə əməkdaşlıq nümunələri kimi qeyd oluna bilər.  Sözügedən sahədə son belə əməkdaşlıq ötən ayda olub. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Şarja Universitetinin İctimai əlaqələr departamentinin kommunikasiya fakültəsinin tələbələri Azərbaycanda səfərdə olub, Bakı Dövlət Universitetində azərbaycanlı tələbələrlə görüşüblər. Tələbələr BƏƏ-nin qurucusu Şeyx Zayedin anadan olmasının 100 illiyi münasibətilə Bakıda xurma ağacı əkiblər.

- İki ölkə arasında yaxın zamanlarda rəsmi səfər mübadilələri nəzərdə tutulubmu? Abu Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed əl-Nəhyanın Azərbaycana səfərinin təşkil olunması üçün iş davam etdirilirdi. Tarix dəqiqləşdirildimi?

- Qeyd etdiyim kimi, yüksək səviyyəli səfərlər ölkələrimiz arasında əlaqələrinin inkişafı üçün müstəsna rol oynayan amillərdəndir.

1-2 fevral 2016-cı il tarixlərində prezident İlham Əliyev BƏƏ-də rəsmi səfərdə olub. Eyni zamanda, 21 may 2017-ci il tarixində dövlət başçısı Səudiyyə Ərəbistanında keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirakı çərçivəsində Abu Dabinin Vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Hazırda Şeyx Məhəmməd bin Zayed əl Nəhyanın Azərbaycana rəsmi səfərinin təşkili istiqamətində müvafiq işlər davam etdirilir. Tarixlər dəqiqləşdikdən sonra mətbuata açıqlanacaq. 2018-ci ildə BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş Bakıda keçirilmiş Qoşulmama Hərəkatının nazirlər iclasında iştirak edib, eyni zamanda Azərbaycanın maliyyə naziri Samir Şərifov, birinci vitse-prezidentin köməkçisi və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov BƏƏ-də işgüzar səfərlərdə olublar. Son aylar ərzində ikitərəfli yüksək səviyyəli səfərlər sırasında gənclər və idman naziri Azad Rəhimovun, mədəniyyət naziri Əbülfəs Qarayevin, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri (hazırda kənd təsərrüfatı naziri) İnam Kərimovun, Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərovun, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin BƏƏ-yə səfərlərini, BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilmiş iclasında iştirakını, xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Məhəmməd Şərəfin, BƏƏ prezidentinin ədliyyə və dini məsələlər üzrə müşaviri Əl-Sayid Əbdülrəhman əl-Haşiminin Azərbaycana səfərini və s. təmasları qeyd etmək olar. Xarici işlər naziri Elmar Məmmədyarovun cari ilin payızında BƏƏ-yə işgüzar səfəri planlaşdırılır. Bununla yanaşı, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin BƏƏ-yə səfəri təşəbbüs edilib. Bu istiqamətdə iş davam etdirilir.

- 2008-ci ildə təsis edilmiş Azərbaycan-BƏƏ hökumətlərarası birgə komissiyanın növbəti iclası nə zaman baş tutacaq? İki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr gözlənilirmi?

- Azərbaycan Respublikası hökuməti və BƏƏ hökuməti arasında İqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə komissiyası və həmçinin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin cari ilin oktyabr-noyabr aylarında keçirilməsi planlaşdırılır. Bildiyiniz kimi, bu kimi tədbirlərin  və görüşlərin keçirilməsi dövlətlərimiz arasında münasibətlərin inkişafına xidmət edən vacib platformalardır. Sözügedən mexanizmlər əlaqələrimizin iqtisadi, ticarət, humanitar və digər sahələrdə inkişaf vektorunu müəyyənləşdirir və artım dinamikasını təmin edir. Həmin platformalar siyasi dialoqun aparılması və siyasi mövqelərimizi əlaqələndirmək üçün son dərəcə vacibdir. Bu baxımdan hökumətlərarası komissiya və siyasi məsləhətləşmələrin növbəti iclasların hazırlanması aidiyyəti nazirliklər və  digər qurumların cəlb edilməsi ilə böyük və hərtərəfli işin aparılmasını, indiyə qədər görülmüş işlərin təftiş edilməsini, yeni təkliflərin hazırlanmasını tələb edir ki, hazırda bu istiqamətdə müvafiq işlər aparılır.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ