Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Qeyd edək ki, bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.