Bazar günü günü, 18 oktyabr 2026
     

Prezident İlham Əliyev "Azərxalça" ASC-nin Xaçmaz filialının açılışını etdi - YENİLƏNDİ / FOTO

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib.

Dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni, 5 min il bundan əvvəl meydana gəlib. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməz qovuşuğu, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir.

Xalçalarımız dünyanın ən məşhur muzeylərini bəzəyir. Xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xalçalar ilmələrinin sıxlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir. Hazırda Azərbaycan xalça sənəti özünün əsil dirçəliş dövrünü yaşayır.

Prezident İlham Əliyevin həmin sahənin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar bu baxımdan xüsusilə əhəmiyyətlidir. Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərxalça” ASC-nin yaradılması dövlət tərəfindən bu istiqamətdə görülən işlərin məntiqi davamıdır. İlkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə adı çəkilən bu rayonlarda binaların tikintisi başa çatdırılıb, filiallar fəaliyyətə başlayıb, Sumqayıt Kimya Sənaye Parkında yunəyrici-boyaq fabrikinin təməli qoyulub. Dövlətimizin başçısının sərəncamlarına uyğun olaraq Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan və Şabran rayonlarında xalça istehsalı emalatxanalarının yaradılması davam edir. Növbəti filial Xaçmazda istifadəyə verilib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına burada görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, ümumi sahəsi 1252,9 kvadratmetr olan filialın binası 0,37 hektar torpaq sahəsində yerləşir. Burada 150 nəfər toxucu, 12 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində toxunan tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Xaçmaz rayonunun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursları filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursların məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.

Sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi:

- Bu gün Xaçmaz rayonunda çox əlamətdar bir gündür, xalça fabriki açılır. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl hadisədir. Son iki il ərzində artıq dördüncü xalça fabriki açılır və bu proses davam etdiriləcək. Biz xalçaçılıq sənətini yaşatmalıyıq, yaşadacağıq və belə fabriklərin açılması ölkəmizin ümumi inkişafını göstərir. Burada 100-dən çox iş yeri açılıbdır, gələcəkdə 150 iş yeri yaradılacaq, bunun üçün hər cür şərait vardır. Çox şadam ki, qadınlar üçün iş yerləri yaradılır. Ümumiyyətlə, Azərbaycanda iş yerlərinin yaradılması istiqamətində böyük işlər görülüb. Amma çox sevindirici hal ondan ibarətdir ki, qadınlar da fəal işə cəlb olunurlar. Xalçaçılıq elə sənətdir ki, bunu qadınlar yaşadırlar.

İki il əvvəl mənim sərəncamımla “Azərxalça” Səhmdar Cəmiyyəti yaradılmışdır və qarşıya vəzifə qoyulmuşdu ki, bu təşkilat xalçaçılıq sənətini yaşatsın, inkişaf etdirsin və ölkəmizin müxtəlif yerlərində 30 xalça fabriki açılsın. Bu fabrik sayca dördüncüdür və gələn ilin sonuna qədər artıq 30 fabrik işə düşəcək, minlərlə iş yeri yaradılacaqdır.

Xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlər boyu yaşadır. Bizim xalçalarımız dünyanın aparıcı muzeylərində sərgilənir. Bakıda gözəl Xalça Muzeyi tikilib istifadəyə verilmişdir. Yəni, biz xalçaçılığı yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını dünyaya bir daha göstəririk. Eyni zamanda, gənc nəsil də, qızlar da bu sənətə cəlb olunurlar. Beləliklə, tam əminlik var ki, Azərbaycan dünyada xalçaçılığın inkişafında öz sözünü gələcəkdə də deyəcəkdir. İş yerlərinin yaradılması çox önəmli məsələdir. Qeyd etdiyim kimi, bu fabriklərin fəaliyyətə başlaması nəticəsində minlərlə iş yeri yaradılacaq.

“Azərxalça”nın qarşısında bir vəzifə də qoyulub ki, xalçanın istehsalında istifadə edilən bütün xammal yerli xammal olsun. Bu məqsədlə indi ölkəmizin müxtəlif yerlərində yun tədarükü mərkəzləri yaradılır. Baramaçılıq sürətlə inkişaf etdirilir ki, ipək xalçalar da toxunsun. Sumqayıt şəhərində yunəyirici-boyaq fabriki inşa edilir. Yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Beləliklə, bundan sonra xaricdən xammalın gətirilməsinə heç bir ehtiyac qalmayacaq. Yüz faiz yerli məhsul olaraq Azərbaycan xalçası dünyaya təqdim ediləcək.

Digər mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan xalçası çox yüksək keyfiyyətə malikdir və onun satış qiyməti də yüksəkdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək.

Bax görürsünüz, xalçaçılıq sənətinin inkişafı və “Azərxalça”nın uğurlu fəaliyyəti nəticəsində biz bir neçə məqsədə çatmış oluruq. İş yerləri, yerli istehsal, xammalın təşkili və ölkəmizin dünyada təbliği baxımından xalçaçılığın çox böyük önəmi var. Təsadüfi deyil ki, müxtəlif ölkələrdə keçirilən sərgilərdə, təqdimatlarda mütləq Azərbaycan xalçası təqdim edilir.

Şadam ki, bu gözəl müəssisə Xaçmaz şəhərində yaradılır. Xaçmazın inkişafına böyük diqqət göstərilir. Bu gün biz Xaçmaz şəhərində içməli su layihəsinin açılışını qeyd edəcəyik. Bu da çox böyük sosial layihədir. Digər sosial məsələlər də öz həllini tapır. Son illər ərzində 40-a yaxın məktəb tikilib və ya təmir edilmişdir, mərkəzi rayon xəstəxanası əsaslı təmir olunmuşdur. Mən onun açılışında iştirak etmişəm. Olimpiya İdman Kompleksinin açılışında da iştirak etmişəm. Ümumiyyətlə, bu səfər mənim Prezident kimi Xaçmaza sayca 8-ci səfərimdir və bütün səfərlər zamanı gözəl müəssisələrin, obyektlərin açılışları olmuşdur.

Onu da qeyd etməliyəm ki, Xaçmazda digər infrastruktur layihələri icra edilir, qazlaşdırma artıq 80 faizdən çoxdur, yeni yollar salınır. Bu gün həm kənd yolu, həm də Xaçmaz-Xudat yolu açılacaqdır. Mənə verilən məlumata görə, son illərdə 7 yol layihəsi icra edilib və əhalinin 70 faizi artıq yeni yollarla əhatə olunub. Bu proses gələn illərdə də davam etdiriləcəkdir. Elektrik enerjisi ilə heç bir problem yoxdur və Xaçmaz rayonunda qazlaşdırma 100 faizə çatmalıdır. Qarşıya belə vəzifə qoyulub, yaxın gələcəkdə biz buna da nail olacağıq.

Bildiyiniz kimi, ölkəmizdə kənd təsərrüfatına böyük diqqət göstərilir, 40-dan çox aqropark yaradılır. Birinci aqropark mənim iştirakımla Xaçmaz rayonunda açılmışdır. Yalama aqroparkı indi uğurla fəaliyyət göstərir. Orada da çoxlu iş yerləri yaradılır. Əlbəttə ki, Xaçmaz rayonunun turizm potensialı çox böyükdür və zəngindir. Buraya həm ölkəmizin müxtəlif yerlərindən, həm də xarici ölkələrdən gələn turistlərin sayı artır, bir çox istirahət mərkəzləri vardır. Onların sayı da artmalıdır ki, Xaçmaz rayonunun inkişafı daha da sürətlə getsin.

Beləliklə, sənaye istehsalının, kənd təsərrüfatının, turizmin inkişafı və əlbəttə ki, Xaçmaz şəhərinin abadlaşdırılması çox sevindirici hallardır. Xaçmaz indi muzeylər, parklar şəhəridir. Burada gözəl abadlıq işləri görülür ki, vətəndaşlar daha da yaxşı yaşasınlar, inkişaf daha da sürətlə getsin və ölkəmiz həmişə ən yüksək zirvədə olsun. Əlbəttə, bu işlərdə sizin əməyiniz də çox önəmlidir. Sizi bir daha ürəkdən təbrik edirəm.

X X X

Müəssisənin işçisi Zahirə Beydullayeva dedi:

- Cənab Prezidentimiz, Sizə “xoş gəlmisiniz” deyirəm. Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirik. Allah Sizə cansağlığı versin, ömrünüz uzun olsun. Siz bizim ömürlük Prezidentimizsiniz.

X X X

Filialın direktoru Sevda Xəlilova dedi:

- Cənab Prezident, xoş gəlmisiniz, Sizi xaçmazlılar adından salamlayıram. Yeni açılmış müəssisəmizə, bizim üçün yaradılan iş yerlərinə görə Sizə bütün xalçaçılarımız adından dərin minnətdarlığımı bildirirəm. Sizin yüksək diqqət və qayğınız sayəsində hazırda müəssisəmizdə 100-dən çox qadın çalışır. Rayonumuz da Sizin sayənizdə çox gözəlləşir, abadlaşır. Çox sağ olun, cənab Prezident, Sizə təşəkkür edirik, minnətdarlığımızı bildiririk.

X X X

Dövlətimizin başçısı burada toxunan Quba qrupuna aid ilk hazır xalçanı kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ