Nikol Paşinyan baş nazir olarsa, Respublika partiyası müxalifətə keçəcək.
Baki-xeber.com-un xəbərinə görə, belə bir açıqlama ilə partiyanın sədr müavini Armen Aşotyan çıxış edib. “Associated Press”ə müsahibəsində o deyib ki, şəxsi qənaətinə görə, yeni siyasi qüvvələrlə əməkdaşlıq mümkün deyil.
Bu arada “Tsarukyan” blokunun da, Paşinyan baş nazir olarsa, müvəqqəti hökumətdə təmsil olunmaq niyyətinin olmadığı ortaya çıxıb. Bu barədə “Jamanak” qəzeti özünün mənbələrinə istinadən xəbər yayıb. Xəbərə görə, verilən açıqlamada deyilir ki, hazırkı mərhələdə blok üzərinə siyasi məsuliyyət götürməyi məqsədəuyğun hesab etmir və bu səbəbdən də müxalifətdə qalmağa üstünlük verəcək.
Beləliklə, Paşinyanın baş nazirliyində Ermənistanı çətin günlərin gözlədiyini söyləmək olar.