İrəvanda keçmiş prezident Serj Sarkisyanın baş nazirliyinə etiraz olaraq başladılan və aprelin 13-dən davam edən “dinc” aksiyaların ilk qurbanlarından biri də dünyasını dəyişib.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, həkimlər İrəvandakı HSBC bankına silahlı hücumda yaralanan digər polisin də həyatını qurtara bilməyib.
Xatırladaq ki, mayın 3-də günorta saatlarında bıçaq, tüfəng və qumbara ilə silahlanmış şəxs sözügedən banka hücum edib. Nəticədə bankın bir əməkdaşı və bir mühafizə polisi həlak olmuş, digər polis ağır yaralı halda xəstəxanaya qaldırılmışdı. Sonradan banka hücum edən şəxsin polis polkovniki Daniel Danielyan olduğu bəlli olub və o, pulları götürüb aradan çıxarkən saxlanıb.