Bazar günü günü, 18 oktyabr 2026
     

AMEA-da Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş tədbir keçirildi

Image


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası akademik Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş tədbir keçirib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, akademik Zərifə Əliyevanın əmək fəaliyyəti üçün seçdiyi yol onun ailəsinin seçdiyi tibb yolu olub.

Akademik qeyd edib ki, həkimlik peşəsi arasında göz həkimliyini seçən Zərifə Əliyeva özünün elmi və həkimlik fəaliyyəti ilə Azərbaycana mühüm töhfələr verib, Azərbaycan elminin nüfuzunu yüksəyə qaldırıb.

Elmi fəaliyyətlə məşğul olan Zərifə Əliyevanın elmi əsərlərini elmimizin xəzinəsi adlandıran A.Əlizadə bildirib ki, Zərifə Əliyeva özünün elmi məktəbini yaradıb:

“Zərifə Əliyevanın tədqiqat üçün seçdiyi peşə xəstəlikləri üzrə elmi istiqaməti bu gün inkişaf edib. Onun bu istiqamətdə elmimizə verdiyi töhfələr unudula bilməz. Onu da qeyd edim ki, Zərifə Əliyeva gözəl alim olmaqla yanaşı, böyük mədəniyyətə malik insan idi. Onun bir necə dil bilməsi, konfranslarda rus dilində etdiyi elmi çıxışlar insanı valeh edirdi”.

A.Əlizadə əlavə edib ki, Zərifə Əliyeva yüksək elmi nailiyyətlərinə görə yüksək mükafat olan SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibi, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Zərifə Əliyevanın doğulub boya-başa çatdığı Əziz Əliyevin ailəsinin Azərbaycan elminə böyük töhfələr verdiyini söyləyib:

“Əziz Əliyevin ailəsində əsasən, həkimlər olub. Əziz Əliyevin ailəsini həkimlər sülaləsi adlandırırdılar. Bu ailə Azərbaycan elminə böyük töhfə verib”.

Ə.Əmiraslanov bildirib ki, Zərifə Əliyeva tədqiqatların aparılması üçün heç zaman yüngül sahə seçməyib:

“Zərifə Əliyeva o zaman tüğyan edən traxoma xəstəliyi ilə mübarizə aparırdı. O zaman Azərbaycanın bəzi regionlarında traxoma hətta epidemiya şəklini almışdı. Zərifə Əliyeva bu sahə üzrə Moskvada təkmilləşdikdən sonra onun rəhbərliyi ilə böyük qrup yaradılıb və xəstəliklə mübarizəyə başlanılıb”.

Ə.Əmiraslanov qeyd edib ki, əslində, Zərifə Əliyeva traxoma xəstəliyi ilə mübarizəyə başlamaqla böyük risk edirdi. Çünki hətta korluğa səbəb olan traxoma infeksiyon xəstəlik idi və onun insandan insana keçməsi təhlükəsi var idi.

Komitə sədri əlavə edib ki, Zərifə Əliyeva elmin diqqətdən kənarda qalan istiqaməti - peşə xəstəliklərinin görmə orqanlarına təsiri sahəsində də araşdırmalar aparıb:

“O, hətta AMEA-nın Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradıb. Zərifə Əliyeva göz yaşlarının axarlarının patologiyası ilə də ciddi məşğul olub. Ömrünün son illərində isə tibbi deontologiyanın əsaslarının öyrənilməsi ilə məşğul olub".

Akademik bu gün Azərbaycanda fəaliyyət göstərən Milli Oftalmologiya Mərkəzinin Zərifə Əliyevanın təklifi ilə tikildiyini söyləyib.

Hazırda Milli Oftalmologiya Mərkəzinin dünyanın ən tanınmış oftalmoloji mərkəzlərindən biri olduğunu vurğulayan Ə.Əmiraslanov qeyd edib ki, bu gün Azərbaycan oftalmoloqlarının apardığı elmi tədqiqatlara dünya elmi tərəfindən dəyər verilir.

Akademik daha sonra əlavə edib ki, Zərifə Əliyevanın tələbələrinin çox az hissəsi bu gün sağ qalsa da, onun yaratdığı elmi məktəb öz fəaliyyətini davam etdirir və akademik Zərifə Əliyeva adına məktəb daim yaşayacaq.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov isə bildirib ki, Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini bütün dünyaya tanıdıb.

Onun sözlərinə görə, Zərifə Əliyeva az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıb.

Zərifə Əliyevanın elmi istiqamətlərinin çox geniş olduğunu nəzərə çatdıran E.Qasımov əlavə edib ki, böyük alimin 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifi olub:

“Zərifə Əliyeva öz xəstələrinə çox həssaslıqla yanaşırdı. Tələbələrinə də həmişə deyərdi ki, həkim xəstə üçün yaxın bir adam olmalıdır. Zərifə Əliyeva ictimai xadim kimi də fəaliyyət göstəırib. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülh Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin üzvü idi. Zərifə xanım oftalmologiyanın fədaisi idi. Onun elmi istiqamətləri, elmi fəaliyyəti müasir oftalmoloqlar üçün həmişə örnək olacaq. Bu gün Milli Oftalmologiya Mərkəzi akademik Zərifə Əliyevanın adını daşıyır. Biz çox xoşbəxtik ki, belə gözəl şəraiti olan bu tibb ocağında çalışırıq”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli qeyd edib ki, həkimlik peşəsi arasında göz həkimliyini seçməsi Zərifə Əliyevanın cəmiyyətə işıq vermək istəyi ilə bağlı idi:

“Zərifə Əliyeva traxoma xəstəliyini müalicə edərkən insanların gözünə işıq bəxş edirdi. Dünya oftalmologiya elmində Azərbaycanı layiqincə təmsil edən Zərifə Əliyeva özü Azərbaycanın elmi üçün işıq mənbəyinə çevrildi”.

AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova bildirib ki, keçmiş sovet dövründə Azərbaycan bu ittifaqın kimya sənayesi mərkəzlərindən biri sayılırdı. Buna görə də həmin dövr üçün vacb məsələlərdən biri kimya sənayesinin görmə orqanlarına təsirini öyrənmək olub:

“Zərifə Əliyeva 40 mindən çox fəhləni bu tədiqaqat cəlb etdi. O, kənd təsərrüfatı sahəsində pestisidlərin görmə orqanlarına təsirini öyrənmək üçün də tədqiqat aparıb. Bu tədiqaqata pestisidlərlə təmasda olan 500-ə yaxın insanı cəlb edib. Bu tədqiqatlar nəticəsində məlum olub ki, pestisidlərin görmə orqanlarına təsiri nəticəsində gözdə iltihabi xəstəliklər əhəmiyyətli dərəcədə artır. Zərifə Əliyevanın bu gün apardığı tədiqaqtlar herantologiya sahəsi üçün də önəmli rol oynayır”.

Tədbirdə daha sonra akademik Zərifə Əliyevaya həsr olunan qısametrajlı film nümayiş olunub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ