Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan tərəfdarlarını aprelin 30-da vətəndaş itaətsizliyini bir müddətlik dayandırmağa çağırıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Sputnik Armenia” yazır. Xəbərə görə, o deyib ki, artıq 30 gündür vaxtının 90 faizini küçə və meydanlarda keçirir, indi isə heç olmasa yarım gün kabinetdə keçirməyin zamanı gəlib. Paşinyan deyib ki, günün birinci yarısında parlamentdə fraksiya üzvləri ilə görüşüb, günün sonunda aksiya iştirakçılarına seçkilərlə bağlı müfəssəl məlumat vermək niyyətindədir.
Paşinyan deyib ki, “ölkənin hər köşəsində” etirazların davam etdiyi şəraitdə sakit işləməsi mümkün deyil. “Etiraz aksiyalarına müəyyən müddət ara verməklə biz başladığımız işi tamamlayacaq və qələbəni möhkəmləndirəcəyik” o deyib.