Hakim Respublika partiyasının Ermənistan baş naziri postuna namizəd irəli sürməyəcəyi bəlli olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə deputat, partiyanın mətbuat sözçüsü Eduard şarmazanov deyib. O qeyd edib ki, bütün namizədlər irəli sürüləndən sonra partiya kimə dəstək verəcəyini açıqlayacaq. Şarmazanov deyib ki, onlar üçün əsas olanı “Ermənistanda və Artsaxda stabilliyin təmin olunmasıdır” və RPA fraksiyası bu səbəbdən öz nəmizədini irəli sürməmək, bütün namizədlərin proqramını müzakirə edərək səsverməyə qədər qərar qəbul etmək barədə qərar qəbul edib.
Şarmazanov onu da deyib ki, “Respublika partiyası erməni dövlətçiliyinin əsas sütunlarından biridir və bu səbəbdən də daim hakim partiya olaraq qalmalıdır”.
Xatırladaq ki, eks prezident Serj Sarkisyanın baş nazir təyinatına etiraz olaraq aprelin 13-dən İrəvanda davamlı etiraz aksiyaları keçirilir.