Ermənistanın Eçmiədzin meriyasında qətl törədilib.
Baki-xeber.com-un xəbərinə görə, erməni mətbuatı yazır ki, aprelin 23-də - Sarkisyanın istefasından bir neçə saat sonra hadisəni bayram edən keçmiş deputat Akop Akoplanın dəstəsi meriyaya gələrək bu münasibətlə təbriklərini səsləndirib. “Yerkrap” könüllü cəmiyyətinin sədr müavini Nver Ovanisyanın onlara etiraz etməsilə insident yaşanıb və sonuncu vurulub. Sinəsindən bıçaq yarası alan Ovanisyanı həkimlər xilas edə bilməyib.