Bazar günü günü, 18 oktyabr 2026
     

Bilik Fondu azərbaycanlıların soyqırımı ilə bağlı Tbilisidə beynəlxalq konfrans keçirdi - FOTO

Image


Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstan Milli Elmlər Akademiyasının dəstəyi ilə Tbilisidə “Soyqırım hadisələri müasir elmi araşdırmalarda" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

Fondun mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, tədbirdən əvvəl konfrans iştirakçıları Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu öndərin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən konfransda Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Dursun Həsənov, Türkiyə Respublikasının Gürcüstandakı səfiri Fatma Ceren Yazgan, Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti  akademik Georgi Kvasitadze, Çeçenistanın Yazıçılar İttifaqının sədri Kanta İbraqimov, hər iki ölkənin tanınmış tarixçi-alimləri, mütəxəssislər, media və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Muzeyin direktoru Leyla Əliyeva iştirakçıları salamlayaraq, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyalar barədə məlumat verib.

Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov ölkə başçısının soyqırımla bağlı imzaladığı Sərəncamı xatırladaraq, 100 il əvvəl – 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqının başına gətirilən dəhşətli faciə haqqında danışıb, səfir bildirib ki, Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Erməni millətçiləri Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də kütləvi qətllər, talanlar törədiblər. Konfransda tarixçi alimlərin səsləndirdikləri fikirlərin gələcək obyektiv araşdırmalara təkan olacağını vurğulayıb.

Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova icraçı direktor Oktay Səmədovun konfrans iştirakçılarına ünvanlandığı məktubu səsləndirib.

Məktubda deyilir ki, Beynəlxalq Elmi Konfransın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində Tbilisi şəhərində gerçəkləşməsi heç də təsadüfi deyil. 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclasından sonra gürcü nümayəndələri Seymdən çıxıb öz müstəqilliklərini elan etdilər. İki gün sonra, mayın 28-də Tbilisi şəhərində fəaliyyət göstərən Qafqaz canişininin binasında Azərbaycan Xalq Cümhuriyyətinin qurulması haqqında Bəyannamə qəbul olundu. Bu tarixi hadisələr hər iki xalqın dövlətçilik yolunda mühüm mərhələ kimi ölkələrimizin müasir inkişaf səviyyəsinin təkanverici qüvvəsinə çevrildi".

Türkiyə Respublikasının Gürcüstandakı səfiri Fatma Ceren çıxışında 20-ci əsrin əvvələrində azərbaycanlılara qarşı həyata keçirilən soyqırım hadisələri tarixinin dərindən öyrənilməsinə, indiki və gələcək nəslin nümayəndələrinə daha dolğun və ətraflı çatdırılmasına ehtiyac olduğunu deyib, bu istiqamətdə üç ölkə alimlərinin, siyasətçilərinin birgə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.

Gürcüstan Milli Elmlər Akademiyasının Prezidenti akademik Georgi Kvasitadze azərbaycanlı alimləri Gürcüstanda salamlamaqdan məmnun olduğunu deyib. Akademik tarixi həqiqətlərin tanıdılmasına xidmət edən konfransın real nəticələr verəcəyini bildirib.  

Çeçenistanın Yazıçılar İttifaqının sədri Kanta İbraqimov azərbaycanlıların sülhpərvər xalq olduğunu qeyd edərək, tolerant topluma qarşı onun qonşuları tərəfindən aqressivlik nümayiş etdirilməsinin yolverilməz olduğunu və haqqın qalib gələcəyinə inandığını vurğulayıb.  

Sonra Gürcüstanın Milli Müdafiə Akademiyasının Baş Qərargah ştabı baş instruktoru, tarix elmləri doktoru, akademik Şadiman Bidzadze "Soyqırım hadisələri - 1918-1920-ci il", Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev "1918-ci ildə azərbaycanlıların soyqırımnın səbəbləri", Tarixçi alim, yazıçı, professor Badri Qoquadze "Azərbaycanlıların soyqırımının 100-cü ildönümü", Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov "Bakı və Gəncə quberniyalarında azərbaycanlıların soyqırımı", Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin birinci katibi Fəxri Hacıyev "Azərbaycanlıların soyqırımı gürcü mənbələrində", Gürcüstan-Azərbaycan Dostluq Fondunun icraçı direktoru Simon Kopadze "1918-ci il azərbaycanlıların soyqırım", Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dosenti Sevinc Əliyeva, "Soyqırım hadisələri mətbuatda", "Art Paralel" Televiziya şirkətinin sədri Tenqiz Txilava "Soyqırımın 100-cü ildönümü"  Gürcüstan Respublikası Sadaxlı kənd orta məktəbinin direktoru Adil Şərifov "Gürcüstan azərbaycanlıları 1918-ci il soyqırımının kədərini bölüşürlər", Gürcüstan Müharibə Veteranları Cəmiyyətinin sədri Qəhrəman Musayev "Azərbaycanlıların soyqırımı etnik müstəvidə", Bilik Fondunun sektor müdiri Hacı Abdulla "Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis dövrü fəaliyyəti" mövzularında soyqırım dəhşətlərini açıqlayan faktlarla zəngin məruzələrlə çıxış ediblər.

Müzakirələrdən sonra Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə və konfransın qonaqlarına soyqırım həqiqətlərini, Azərbaycanın tarixini, mədəniyyətini özündə əks etdirən elmi-kütləvi ədəbiyyat nümunələri hədiyyə edilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ