İrəvanda etiraz aksiyalarına başçılıq edən “Mənim addımım” hərəkatının lideri Nikol Paşinyan hakimiyyəti İrəvan küçələrini bağlamaqla hədələyib.
Baki-xeber.com-un xəbərinə görə, o deyib ki, bu məqsədlə İrəvan-Sevan yolunda 80 yük maşını hazır vəziyyətdə saxlanıb. Bu gün günorta saatlarına mitinq təşkil edən Paşinyan kütləni etiraz aksiyalarını yeni əzmlə başlamağa çağırıb. O deyib ki, “daha bir addımla bu tarixi hadisələrə son verilməlidir”. Bu gün mərkəzi küçə və körpülərin blokadasının nəzərdə tutulduğunu deyən müxalif lider özü yürüşə Lambada körpüsündən başlayacağını bildirib. Eyni zamanda şəhərdəki bütün sürücülərə saat 20-də maşınları 20 dəqiqə ərzində yerindən tərpətməmək çağırışı edən Paşinyan axşam saat 19:00-da mərkəzi meydanda çoxminli mitinq olacağını bildirib.