“Çıxış” Fraksiyası “Vətəndaş sazişi” partiyasının lideri Nikol Paşinyanı Ermənistan Baş nazirliyinə namizəd irəli sürüb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə erməni mətbuatı yazır. Bildirilir ki, aprelin 26-da keçirilən toplantısında “Çıxış” Fraksiyası Konstitusiyanın müvafiq maddəsinə istinad edərək, “Vətəndaş sazişi” partiyasının lideri Nikol Paşinyanın Baş nazir postuna namizədliyini irəli sürüb.
Xatırladaq ki, Nikol Paşinyanın liderliyilə İrəvanda Sarkisyanın baş nazir postuna təyinatına etiraz olaraq başlayan kütləvi hərəkar onun istefa verməsilə nəticələnib. Lakin hakim Respublika partiyasının hələ də hakimiyyətdən çəkilməməsi etiraz aksiyalarının səngiməsinə imkan vermir.