“Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyi son vaxtlar jurnalistlərə qarşı aparılan hücum kampaniyası barədə yeni açıqlama yayıb.
Qurumun rəhbəri Mətləb Salahov açıqlamasında bildirib ki, media təmsilçilərinin təhqir olunması və bir sıra hallarda hədə-qorxuya məruz qalması jurnalistlərə qarşı hücumlara və təhqirlərə görə sərt qanunlar tətbiq olunmasını zərurətə çevirib: “Hər önünə gələn jurnalistləri “zəhərləyir”, təhqir edir və “ürəyindəkiləri boşaltmağa” çalışır. Bu, olduqca aqressiv bir nifrət hissinin digər insanlar üçün də xoşagəlməz nümunəyə çevrilməsini fakt kimi ortaya qoyur. Cəmiyyətdə jurnalistlərə qarşı olan bu aqressivlik xoşagəlməz “nümunəyə” çevrilə bilər. Biz hesab edirik ki, jurnalistlərə qarşı hücum və təhqirlərə görə qanunvericilikdə nəzərdə tutulan qaydalar sərtləşdirilməlidir ki, azad sözə “qəssab kəsilənlər” yerlərini bilsinlər”.