BMT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tərəflərini problemin dinc yolla nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırır.
“Trend”-in məlumatına görə, bu barədə təşkilatın baş katibi Antoniu Quterreşin bəyanatında deyilir.
Baş katib ATƏT-in Minsk Qrupunun tərəfləri təmas xətti boyunca istənilən potensial eskalasiyanın qarşısını almağa və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağıran bəyanatına qoşulduğunu bildirib.