Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Fuad Rauf oğlu Muradov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.