Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyev təyin edilib.